Yaşayış binası (Xaqani küçəsi, 9)

Yaşayış binası — 1896-cı ildə Xaqani küçəsi, 9 (keçmiş Molokanski, 9) ünvanında inşa edilmiş binanın memarı İohan Edeldir. Müstəqillikdən sonra bir müddət İraq səfirliyi kimi fəaliyyət göstərən bina hazırda istifadəsizdir.[1]

Yaşayış binası
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Xaqani küçəsi, 9
Memar İohan Edel
Tikilmə tarixi 1896
KateqoriyaBina
Yaşayış binası (Bakı)
Yaşayış binası

Xaqani küçəsi, 9 ünvanında yerləşən bina Bakının mərkəzində sayca çox az olan əsl villalardan biri idi. Bağçalı bina, qırmızı xəttən kənarda yerləşirdi ki, bu da Bakıda tarixi məhəllənin salınmasında nadir hal idi. Bina, memarlıq üslubu baxımından italyan intibahına meyllidir. Burada korinf sütunları və klassik formalı eyvanlardan istifadə olunmuşdur. Bina, fasadının plastikliyi, incə qurulmuş interyerləri və ümumi plan xüsusiyyətlərinə görə fərqlənir.[1]

  1. 1 2 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası. Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 387-388. ISBN 978-9952-32-020-6.