Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi — Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur.[1]
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Xaqani küçəsi, 47 |
Memar | İosif Ploşko |
Tikilmə tarixi | 1910-1912 |
Kateqoriya | Bina |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir.[2]
Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir. Karnizdən xaricdə tikilmiş bənd aşırımları dərin şəkildə kəsilmiş gözəl hissələrdən ibarət kiçik balkonların əla şəkildə işlənmiş yarımdairə tağları, enerjiyə malik plastika və yüksək memarlıq üsullarının dinamikasını qeyd edir.[2] Bu quruluşda divarların üzlük materialı və memarlıq detallarında əhəngdaşı fəal rol oynayır.[1]