Ya Qarabağ, ya ölüm (film, 2013)

Ya Qarabağ, Ya Ölüm — 2013-cü ildə çəkilən Azərbaycan sənədli filmi.

Ya Qarabağ, ya ölüm
Fayl:Ya Qarabağ, ya ölüm (film, 2013).png
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycanca
İl 2013

Filmdə yaradıcı heyət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bu gün düşmən tapdağında olduğunu hər kadrda donə-donə xatırlamağa, unutmamağa səsləyir.

Çəkilişlər Xocavənd rayonunun Nərgiztəpə ərazisində, Bakı, Şamaxıİsmayıllı rayonlarında aparılıb.[1]

Film Xocavənd Rayon İcra Hakimiyyətinin sifarişi və təşəbbüsü ilə çəkilib.

Filmin ideya müəllifi yaşadığı həyatda Qarabağ faciəsinin acısını təmamilə dadmış, vətən uçün qardaşları ilə birgə vuruşmuş Xocavənd RİH-nin başçısı Eyvaz Huseynovdur. Filmin iştirakçıları da bu gün türk dunyasının qəbul etdiyi, tanıdığı insanlardır: yazıçı-publisist, sənətçi Ahmet Şafak, xalq artisti Mənsum İbrahimov, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, vətənpərvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlı, Muğam Müsabiqəsinin iştirakçısı Səadət Cavadova. Çağdaş ədəbiyyatımızda öz imzası və istedadı ilə seçilən, Vətən, Yurd, Qarabağ mövzusunda əsərlərin müəllifi Sona Vəliyevanın filmdə səslənən şeirləri bizi düşmən tapdağında qalan torpaqlarımıza səsləyir…

10 iyun 2013-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə çəkilmiş "Ya Qarabağ, Ya Ölüm" filminin Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilmişdir.

filmin çəkilişinə rəhbərlik edən Bəxtiyar Qaraca

  1. Kəmalə Mirzəyeva. "Xankəndindən Şuşaya..." anl.az (az.). Ədalət. 26 iyul 2013. İstifadə tarixi: 4 may 2016.

Azərbaycan filmlərinin siyahısı

Filmi izlə