Nərgiztəpə — Azərbaycanın Xocavənd rayonu ərazisində Tunc dövrünə aid qədim yaşayış yeri. Rayon mərkəzindən təqribən 5 km şərqdə yerləşir. Yaşayış yeri təxminən 1 hektardan çox ərazini əhatə edir.[1]
Nərgiztəpə yaşayış yeri | |
---|---|
39°51′06″ şm. e. 47°11′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Xocavənd rayonu |
Sahəsi | 1 ha |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1993-cü il aprelin 17-də Xocavəndin yaxınlığındakı alınmaz qala olan qədim Nərgiz təpə uğrunda döyüş oldu.Bir neçə dəfə həmlə etdikdən sonra, alınıb-verildikdən sonra, Nərgiz təpəni işğalçıların əlindən ala bildilər.
Ermənistan silahlı qüvvələri 2017-ci il fevralın 24-25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçiblər. Lakin Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.[2]