Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sənədli filmlər istehsal edən studiyasıdır. Əvvəllər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının tərkibində kinoxronika bölməsi olub. 1991-ci ildən müstəqil sənədli filmlər studiyaları kimi fəaliyyət göstərdilər. 1993-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində müstəqil studiya kimi fəaliyyət göstərir. Studiyanın ilk rəhbəri Zaur Məhərrəmov olub. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı.
"Yaddaş" Studiyası 1997-ci ildən başlayaraq dövlət sifarişi ilə ildə bir sənədli film çəkir. Yaddaş əsasən portret janrına müraciət edir. Filmləri arasında "Şeytanbazar" (Nizami Abbas), "İlyas Əfəndiyev" (Cəmil Fərəcov), "Arif Babayev", "Həsən Seyidbəyli", "Rafiq Babayev" (Cəmil Quliyev), "Səma Şairi" (Şamil Nəcəfzadə) var.