Yadigar Hüseynov

Hüseynov Yadigar Yusif oğlu (3 may 1955, Saraçlı, Bolnisi rayonu2 dekabr 2016) — fizika-riyaziyyat elmləri doktoru.

Yadigar Hüseynov
Yadigar Yusif oğlu Hüseynov
Doğum tarixi 3 may 1955(1955-05-03)
Doğum yeri
Vəfat tarixi 2 dekabr 2016(2016-12-02) (61 yaşında)
Milliyyəti azərbaycanlı
Uşağı 3 övlad
Atası Yusif Hüseynov
İş yeri
Təhsili

Yadigar Hüseynov 1955-ci il mayın 3-də Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur.

1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir.

1977-1981-ci illərdə Qəbələ rayonunda müəllim işləmiş, 1981-2000-ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur. 1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür. 2003-cü ildə "Avtonom qidalanan funksional qurğu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə Bərk cisim elektronikası kafedrasını yaratmışdır. Hazırda həmin kafedranın professoru və kafedra müdiridir. 120-dən çox elmi məqalənin, 6 müəlliflik şəhadətnaməsinin, 2 monoqrafiyanın, 6 dərs vəsaitinin müəllifidir. 2000-ci ildən Sumqayıt Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb.

Ailəlidir, üç övladı və 6 nəvəsi var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]