Yakopo Peri (it. Jacopo Peri; 20 avqust 1561, Roma — 12 avqust 1633, Florensiya) — İtaliyalı bəstəkar və müğənni, Florensiya kameratasının üzvü. Təxminən 1597-ci ildə yazılan və İlk opera sayılan "Dafna" əsəri və qədim operalardan biri hesab edilən "Evridika"nın müəllifi.
Yakopo Peri | |
---|---|
it. Jacopo Peri | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Roma, Papa dövləti |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Florensiya, Toskana Böyük Hersoqluğu |
Vətəndaşlığı | İtaliya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera bəstəkarı, orqan ifaçısı, opera müğənnisi, bəstəkar |
Fəaliyyət illəri | 1587-ci ildən |
Janr | opera |
Musiqi alətləri | orqan |
Səs tembri | tenor |
Vikianbarda əlaqəli mediafayllar |
Peri musiqi təhsilini Florensiyada almışdır, onun müəllimi Kristofano Malvezzi sayılır. Yerli kilsələrdə müğənni və orqan ifaçısı kimi işləmişdir. Sonradan Mediçilərin sarayında müğənni (tenor) və saray bəstəkarı kimi çalışmağa başladı. Pyeslər və madriqallar üçün yazdığı musiqilər onun bəstələdiyi ilk əsərlərdir.
1590-cı illərdə Peri Florensiyanın əsas musiqi xeyriyyəçisi Yakopo Korsi ilə tanış oldu. Onlar ikisi də eyni fikirdə idilər ki, müasir incəsənət yunan və Roma mədəniyyətinin klassik əsərlərindən geri qalır. Onlar yunan faciəsini özlərinin anladığları kimi bərpa etmək qərarına gəldilər. Onların bu işi Florensiya kameratasının 10 il öncə başladığı işi davam etdirdi. Onların "monodoniya" ilə eksperiment apardılar ki, bu da ariya və reçitativin yaranmasına gətirib çıxartdı. Peri və Korsi libretto yazmaq üçün şair Ottavio Rinuççinini dəvət etdilər. Onların birgə əsəri "Dafna" ənənəvi olaraq ilk opera hesab edilir, o, 1597-98-ci illərdə Venesiyada karnaval zamanı göstərilmişdir.
Peri və Rinuççini "Evridika" adlı növbəti opera üzərində birgə işləməyə başladılar, onun premyerası 1600-cu il oktyabrın 6-da Florensiyanın Palazzo Pitti sarayında keçirilmişdir. Əsərdə ariya və xorla birlikdə reçitativ hadisələrin irəliləməsi üçün istifadə olunurdu.
Sonralar Peri daha 5 opera və saray həyatının müxtəlif hadisələrinə aid digər janrlarda olan əsərlər yazdı. Onun vəfatı zamanı yaratdığı opera üslubu kiçik nəslin (məsələn, Klaudio Monteverdi) işləri ilə müqayisədə kifayət qədər köhnəlmiş görünsə də, Perinin yaradıcılığının opera janrının yaranmasına təsiri böyükdür.