Yakov Kostyukovski

Yakov Aronoviç Kostyukovski (rus. Яков Аронович Костюковский; 23 avqust 192111 aprel 2011, Moskva) — sovet və rus şairi, dramaturq və ssenaristi.

Yakov Kostyukovski
Yakov Aronoviç Kostyukovski
Doğum tarixi
Doğum yeri Zolotonoşa, Ukrayna SSR
Vəfat tarixi (89 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi miokard infarktı
Dəfn yeri
  • Vvenedenskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
  • Moskva Tarix, Fəlsəfə və Ədəbiyyat İnstitutu[d] (19391941)
Fəaliyyəti dramaturq, ssenarist, şair, jurnalist, hərbi müxbir[d], yazıçı
Mükafatları "Şərəf" ordeni (Rusiya) "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Yakov Aronoviç Kostyukovski 23 avqust 1921-ci ildə anadan olmuşdur. 1939–1941-ci illərdə Fəlsəfə, ədəbiyyat və tarix institutunun filologiya fakültəsində təhsil almışdır.

Qəzet və jurnal nəşrilə məşğul olmuşdur. 1948-ci ildən Vladlen Baxnovla birlikdə felyetonlar, satirik şeirlər, pyeslər, ssenarilər yazmışdır. 1963-cü ildən isə Moris Slobodskoyla ortaq kitablar yazmışdır.

O, Moris Slobodskoy və Leonid Qaydayla birlikdə 3 məşhur komediyanın ssenarisini yazmışdır: ""I" əməliyyatı", "Qafqaz əsiri" və "Brilyant əl".

Yakov Aronoviç Kostyukovski 11 aprel 2011-ci ildə miokard infarktından aprelin 8-də ağır vəziyyətdə gətirildiyi Moskvanın Botkin adına şəhər klinikasında vəfat etmişdir[1][2].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
  2. Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
  3. Brilyant əl (film, 1968)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Сценарист "Кавказской пленницы" Я.Костюковский скончался от инфаркта". 2011-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.
  2. Умер сценарист "Бриллиантовой руки" Яков Костюковский

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]