Yalançıəqrəblər

Yalançı əqrəblər (lat. Pseudoscorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.

Yalançı əqrəblər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Dəstə:
Yalançı əqrəblər
Beynəlxalq elmi adı

Yalançı əqrəblər kiçik ölçüləri və gizli həyat tərzi ilə səciyyələnirlər. Başqa hörümçəkkimilər arasında yalançı əqrəblər yalnız onlara məxsus olan bədən quruluşu, xüsusi halda qısqac formasında olan iri pedipalplar – ikinci cüt ətrafları ilə seçilir. Bu sonuncular əqrəblərin qısqacına çox bənzədiyi üçün hörümçəkkimilərin bu dəstəsinə yalançı əqrəb adı verilmişdir. Bundan başqa, hərəki xeliser barmaqların — birinci cüt ətrafların ucunda tor vəzilərin olması, xela barmaqlarındakı zəhərli aparat, mürəkkəb "nikah" davranışı, eləcə də dişinin yumurtaları və körpələri daşıması yalançı əqrəblərin fərqli təkamülündən xəbər verir. Yalançı əqrəblər yırtıcıdırlar, qida kimi xırda buğumayaqlılardan kolenbol, gənə, həşərat sürfəsi, xırda hörümçəklər və.s – dən istifadə edirlər. Yalançı əqrəblər səhralardan tutmuş qarlı dağlara qədər, demək olar ki, hər yerdə rast gəlinir. Gizli yaşayış yerlərinə — daşların, ağac qabıqlarının altına, döşənəyə, quş yuvalarına, torpağın müxtəlif horizontlarına yerləşən gəmirici yuvalarına üstünlük verirlər.[3]Çoxlu miqdarda mağara yalançı əqrəb növləri, vardır. Onlar mağara həyatı üçün səciyyəvi olan əlamətlər kəsb etmişlər: gözlər yox olmuş, ətrafların buğumları uzanmış, duyğu tükləri güclü inkişaf etmişdir. Chelifer concroides L.Cheiridium museorum Menge kimi Sinantrop növlər yaxşı məlumdur. Onlara evlərdə, suvağın altında, kitabların arasında, herbarilərin içində rast gəlmək olar . Dalğalı zolaqlarda rast gələn qalofilləri, eləcədə cücələrdə, quşlardagəmiricilərdə foreziya edən növü Lamprochernes nodosus Schrank xüsusi qeyd etmək lazımdır. Azərbaycanın yalançı əqrəblər faunası 52 növə malikdir. Onların əksəriyyəti Kiçik Asiya-Qafqaz shelkovnikovi Neobisium anatolicum Beier. Dactylochelifer gruberi, Qafqaz endemiki Qafqaz chtonius azerbaidzhanus Schwaller et Dashdamirov, Ronxus arexellus Schwaller et Dashdamirov, Colocheiridius centralis nataliae Sashdamirov, Hernes horvatii Aralıq dənizi Colocheiridium libanoticus Beier., Pselaphochernes Lacertosus, Hysterochelifer meridianus, palearktik Neobisium carcinoides Dendrochernes cyrneus, Dactylochelifer latreillei zoocoğrafi kompleksləri təmsil edir. Aşağıda Azərbaycanın əsas coğrafi regionları üçün səciyyəvi olan növlərin adı verilir: Böyük Qafqaz üçün — Chthonius shelkovinikovi Ch.azerbaidzhanus Schaw Et dash, Neobisium anatolicum Beier, N.validum, Roncus microphthalmus, Asanthocreagrisredikorzevi Dash, Beierochelifer sp indet., Kür-Araz ovalığı üçün – Mukrobisium brevifemoratum, Minniza babylonica Beier, Atemnus politus, withius piger, Chelifer cancroides L., Talış zonası üçün – N.alticola Beier, N.macrodactylum, R.parablothroides Hadzi, Chernes horvathii, Dactylochelifer gruberi Beter.[4]

  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. Harvey M. S. Order Pseudoscorpiones de Geer, 1778. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 119–120. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. Azərbaycanın heyvanlar aləmi II cild. Buğumayaqlılar tipi. — Bakı: Elm, 2004–388 s.
  4. B. İ. Ağayev, Z. A. Zeynalova "Onurğasızlar Zoologiyası". Bakı, "Təhsil", 2008, səh.357