Yalançı Horn burnu

Yalançı Horn burnu[1] (isp. Falso Cabo de Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan Oste adasında yerləşən Hardi yarımadasının ən ucqar cənub nöqtəsi.

Yalançı Horn
Yerləşməsi
55°43′36″ c. e. 68°03′17″ q. u.HGYO
Akvatoriya Dreyk boğazı
Ölkə  Çili
Yalançı Horn xəritədə
Yalançı Horn
Yalançı Horn

Əsl Horn burnu isə kiçik bir adada yerləşir. Səyyahların bir çovu səhvən Oste adasındakı burnu Horn olaraq bilmişlər. Oste adası arxipelaqın əsas adasından Biql boğazı ilə ayrılır. Hazırda isə təcrübəli dənizçilər bu səhvi etmirlər.

Yalançı Horn burnu əslindən 56 km şimal-qərbdə yerləşir.

Burnun iqlıimi qışı yağışlı, küləkli və yumşaq, yayı isə sərin keçir. İl ərzində temperatur 0 °С - 15 °C arasında dəyişir.

Horn burunlarının heç biri nə Cənubi Amerika materikinin nə də dünyanın ucqar nöqtəsi sayılmır.

  1. Murphy, Dallas. Rounding the Horn. Basic Books. 2005-05-25. səh. 161. ISBN 978-0465047604. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.