Biql boğazı — Odlu torpaq arxipelaqına daxil olan əsas adanı Oste Navarino adasından və bir necə xırda adalardan ayırır. Boğazın sahillərində Usuaya, Puerto-Vilyams və Puerto-Toro kimi yaşayış məntəqələri vardır. Bu limanlar Cənub yarım kürəsində ən ucqar yaşayış yerləridir. Boğazın adlanmasına gəldikdə isə bu ad Çarlz Darvinnin Cənubi Amerikaya səyahətə gəldiyi gəminin adıdır. Uzunluğu 240 km, eni isə çox dar olub 5–6 km təşkil edir. Magellan boğazı kimi sakit axınlara malikdir. Buranın gözəl mənzərələri turistləri bura cəlb edir. Sularında suitilər, pinqivinlər və ən əsas Magellan pinqivininə rast gəlmək olar. 1978-ci ildə Çili ilə Argentina arasında boğazın yerləşdiyi ərazi üstündə münaqişə yaranır. 1985-ci ildə isə Vatikannın səyi sayəsində məsələ həll edilir.
Biql boğazı | |
---|---|
Ümumi məlumatlar | |
Eni | minimum 5-6 km |
Uzunluğu | 240 km |
Yerləşməsi | |
54°52′32″ c. e. 68°08′11″ q. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Odlu Torpaq arxipelaqına daxil olan adaları |
|
|
Vikianbarda əlaqəli mediafayllar |