Yalançı müxtəlifyarpaq yemişan (lat. Crataegus pseudoheterophylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Yalançı müxtəlifyarpaq yemişan | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yalançı müxtəlifyarpaq yemişan |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
İran, Qafqaz, İraq, Əfqanistanda təbii halda yayılmışdır.
Açıq-qırmızı, boz rəngli budaqları olan kiçik ağac və ya koldur. Yarpaqları lələkvari, üst tərəfi parlaq açıq-yaşıl, alt tərəfi göyümtüldür. Meyvəsi yumurtavari formalı, qəhvəyi-qırmızı rənglidir.
Dəniz səviyyəsindən 1200-2000 m hündürlükdə daşlı qayalıqlarda bitir. İstiyə, soyuyğa davamlı olub, torpağa təlabkar deyildir.
Böyük və Kiçik Qafqaz, Naxçıvan MR-da təbii halda rast gəlinir.
Dekorativ görünüşə malikdir. Yaşıllaşdırmada istifadə edilir.