Yalançı sabunağacı (lat. Koelreuteria paniculata)
Yalançı sabunağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Yalançı sabunağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çin, Koreya, Yaponiyada geniş yayılmışdır.
Hündürlüyü 17 m-ə, dimetri 40 sm-ə çatan iri koldur. Budaqları açıq qəhvəyi qabığa malikdir. Yarpaqları 45–50 sm uzunluqda və 25 sm enində olub, tək lələkvarı və bəzən cüt lələkvarıdır. Yarpaqcıqlar qarşı-qarşıya düzülüşlü, 9–15 olub, oturandır. Çiçəkləri ikicinsli, bulanıq-sarı rəngdə olub, 30–40 sm uzunluqda seyrək, iri süpürgələrə toplanmaqla budaqların uclarında ensizləşir. Kasa yarpaqlar 5, bitişik, dərindilimlidir. Ləçəklər 4, erkəkciklər 8, uzun saplaqlı, dişicik sütuncuğu 3 bölümlüdür və erkəkciklərdən qısadır. Meyvələri 3 yuvalı, 5 sm uzunluqda, qutucuqdur, hər yuvada bir ədəd şarşəkilli, qara rəngli meyvə vardır. Toxumları şarvarı, rəngi qaradır. İyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabrda meyvəsi yetişir.
İşıq və istisevən, torpağa az tələbkar, şoranlığa nisbətən davamlı bitkidir.
Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Meyvə və çiçəkləri çox bəzəklidir. Toxumlarından sabun surroqatı hazırlamaq üçün istifadə edilir. Qabığından yapışqana oxşar maddə alınır.