Yamantau dağı

Yamantau (başq. Яман тау — «pis (zalım) dağ») — Cənubi Uralda yerləşən yüksək nöqtə. İnzibati cəhətdən Rusiya Federasiyasının Başqırdıstan Respublikası Beloteski rayonu ərazisində yerləşir. Şimal qərbə uzanır. Uzunluğu 3 km, eni isə 5 km təşkil edir. Əsas zirvələri Böyük Yamatau (1640 m) və Kiçik Yamatau (1510 m) zirvələridir. Cənubi-Ural qoruğu ərazisində yerləşir.

Yamantau dağı
başq. Яман тау
Ümumi məlumatlar
Dağ silsiləsi Ural dağları[1]
Mütləq hündürlüyü 1638 m
Nisbi hündürlüyü 1.330 m
Yerləşməsi
54°15′18″ şm. e. 58°06′07″ ş. u.HGYO
Ölkə  Başqırdıstan
Yamantau dağı xəritədə
Yamantau dağı
Yamantau dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İllik yağıntının miqdarı 700 – 1100 mm təşkil edir. Qar örtüyü 80—100 sm qalınlığına mslik ola bilir. Üstəlik onun qalma müddəti 180-205 gün təşkil edir. Parçalı relyefə sahibdir. Yanvar ayının orta temperaturu -14...-17 °C, iyun ayının isə +9...+16 °C təşkil edir.

Başqırdlar coğrafi obyeklərin adlarına böyük əhəmiyyət verirdilər. «Zalım dağ» adının verilməsi əbəs yerə verilməmişdir. Belə ki, dağın ətraf ərazilərı bataqlıqlaşmış bölgədən ibarətdir. Bu isə burada heyvandarlığın inkişaf etdirməyi mümkünsüz edir. Üsləlik yerli başqırdlar dağa gedənlərin sağ qayıtmadığını bilirdilər. Sb isə dağlarda çoxlu sayda ayının olması idi.

Pyotr İvanoviç Rıçkov özünün «Orenburq coğrafiyası» kitabında yazır:

Yan Tau, Noqay yollarında elə həmin qəzəbli dağdır ki, burada pislik oturur…

Digər məlumat:

  1. Dağın ilkin adı "Yameletau" olmuşdur. Hazır ki ad ondan tprəmişdir;
  2. «Yam» — yerli dialekdə fərqli məna kəsb edir;

Dağın şərəfinə Ufa şəhərində Yamantau küçəsi vardır.

Yamantaudan 10 km qərbdə Mejqore şəhəri yerləşir. Təstiqlənməmiş məlumatlara görə burada genişmiqyaslı gizli yeraltı inşa işləri aparılır[2][3][4]. Hal-hazırds burada qorunma elədə böyük deyildir. Ərazisə ordu hissələri yerləşdirilmişdir.

  • Рычков П. И. Топография Оренбургская. СПб., 1762. С. 243.
  1. Яман-тау (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.
  2. УЛЯНА ПЕТРОВА Ноевият ковчег на руския президент[ölü keçid]
  3. "What Is That There Under the Mountain?". «Белорецкий рабочий», 24 марта 1996. Archived from the original on 2000-12-10. İstifadə tarixi: 19 мая 2009.  (ing.)
  4. Despite Cold War’s End, Russia Keeps Building a Secret Complex. The New York Times Arxivləşdirilib 2018-12-14 at the Wayback Machine (ing.)