Yamazaki Sokan

Yamazaki Sokan (山崎宗鑑?, 1465, Omi əyaləti[d], Tosando[d]1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqahaykay şairi.[1] Norişiqe Şina əsl adıdır.[2] Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur.[1]

Yamazaki Sokan
yap. 山崎宗鑑
Doğum tarixi 1465
Doğum yeri
Vəfat tarixi 1553
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı

Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır.[1] O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur.[2] Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur.[1][2] Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır.[3]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır.[1] O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir.[3] Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.[3] Bunun səbəbi Sokanın əsəri sadəcə tələbələri üçün tərtib etməsi, digər səbəbi isə haykaylarının kobud təbiəti idi.[3] Sokan bu əsərə görə "haykunun atası" titulunu qazanmışdır.[1]

Əsər XVII əsrin haykay şairlərinə, xüsusilə, Danrin məktəbinə təsir göstərmişdir.[3] Bir çox haykay şairi onun üslubunu təqlid etməyə çalışmışdır.[3]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 313. ISBN 0-87011-628-2. İstifadə tarixi: 17 noyabr 2022.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1894. İstifadə tarixi: 17 noyabr 2022.