Yan Eliasson

Yan Klennet Qlenn Eliasson (isv. Jan Kenneth Glenn Eliasson; 17 sentyabr 1940[1], Göteborq) — İsveç sosial-demokrat siyasətçisi, diplomat, BMT Baş Məclisinin Prezidenti (2005-2006), İsveç Xarici İşlər Naziri (2006)[2]. Hal-hazırda BMT Baş Katibinin Sudanın Darfurdakı xüsusi elçisidir[3].

Yan Eliasson
isv. Jan Eliasson
iyun 2005 – 11 sentyabr 2006
1 iyul 2012 – 31 dekabr 2016
SonrakıƏminə Ceyn Məhəmməd
Şəxsi məlumatlar
Doğum tarixi 17 sentyabr 1940(1940-09-17)[1] (83 yaş)
Doğum yeri
Partiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhsili[redaktə | mənbəni redaktə et]

1957-1958-ci illərdə tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-nin İndiana şəhərində təhsil almış, sonra 1962-ci ildə İsveç Dəniz Akademiyasını bitirmişdir. 1965-ci ildə Göteborq Universitetinin Biznes, İqtisadiyyat və Hüquq Məktəbində iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır. Amerika Universitetinin (1994), Göteborq Universitetinin (2001) və Uppsala Universitetinin (2005) fəxri dərəcələrinə sahibdir[4][5].

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Eliasson diplomatik karyerasına 1965-ci ildə İsveç Xarici İşlər Nazirliyində staj ilə başladı[6]. 1982-1983-cü illərdə İsveç Baş naziri Olof Palmenin diplomatik müşaviri və 1983-1987-ci illərdə Xarici İşlər Nazirliyində Siyasi Məsələlər üzrə Baş Direktor vəzifələrində çalışıb[7].

1980-1986-cı illərdə Eliasson BMT-nin İran-İraq müharibəsindəki vasitəçilik missiyasında iştirak etdi[8]. 1988-1992-ci illərdə İsveçin BMT-dəki Daimi Nümayəndəsi vəzifəsini icra etdi və eyni zamanda BMT Baş Katibinin İran və İraq üzrə Şəxsi Nümayəndəsi oldu. 1991-ci ildə BMT Baş Məclisinin Fövqəladə Hallar üzrə İşçi Qrupunun sədri və 1991-1992-ci illərdə BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) sədr müavini olmuşdur. 1992-ci ildə Eliasson Birləşmiş Millətlər Təşkilatının İnsani Məsələlər üzrə Baş katibinin birinci müavini təyin edildi[9]. Somali, Sudan, Mozambik və Balkanlarda əməliyyatlara qatıldı.

24 aprel - 6 oktyabr 2006-cı il tarixlərində Yoran Persson Sosial Demokrat kabinetində İsveç Xarici İşlər Naziri vəzifəsində çalışmışdır. 2006-cı ilin sentyabr ayında keçirilmiş parlament seçkilərindən sonra partiyası seçkilərdə məğlub olduqda, Uppsala Universitetində dərs verəcəyini bildirdi.

2006-cı ilin dekabrında BMT Baş Katibi Kofi AnnanEliassonu Sudanın Darfur şəhərinə Xüsusi Elçi təyin etdi. 2 mart 2012-ci ildə Baş Katib Pan Gi Mun, Ian Eliasson'u Birləşmiş Millətlər Təşkilatı Baş katibinin birinci müavini təyin etdi. Baş Katibin birinci müavini vəzifəsinə 1 iyul 2012-ci ildə başladı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Davos 2014 Participant List.
  2. United Nations Web Services Section. "Jan Eliasson, Deputy Secretary-General of the United Nations". un.org. 3 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2015.
  3. "SIPRI welcomes Ambassador Jan Eliasson as new Governing Board Chair | SIPRI". sipri.org (ingilis). 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  4. Kihlström, Staffan. "Eliasson får FN-toppjobb". Dagens Nyheter (Swedish). 2 March 2012. 7 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2012.
  5. Näslund, Lars. "Här svär Jan Eliasson eden - blir ny FN-topp". Expressen (Swedish). 2 July 2012. 7 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2015.
  6. "Skarp kritik från den svenska regeringen (Sharp criticism from the Swedish government)". Dagens Nyheter (isveç). 13 July 2006. 4 February 2012 tarixində orijinalından arxivləşdirilib.
  7. "Arxivlənmiş surət". 2017-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  8. Regeringskansliet, Regeringen och. "Jan Eliasson ny styrelseordförande för SIPRI". Regeringskansliet (isveç). 2017-04-27. 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  9. Lukins, Emma. "Gais tar till diplomathjälp för Wanderson". Göteborgs-Posten (Swedish). 29 March 2011. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2015.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]