Yan Meyeroviç (azərb. Meyeroviç Yan Maksoviç; 2 yanvar 1955, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Yan Meyeroviç | |
---|---|
azərb. Meyeroviç Yan Maksoviç | |
Doğum tarixi | 2 yanvar 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (35 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | yəhudi |
Yan Meyeroviç 1955-ci ilin 2 yanvar tarixində Bakıda anadan olub. Milliyyətcə yəhudidir. Moskvadakı Molodyojnıy kooperativi Bakı filialının direktoru idi. Bir qızı, bir oğlu qalıb. Yanvarın 19-da Yan Maksimoviçin qonşusu, 78 yaşlı qadın Qreytman Raximya Davıdovna ondan xahiş edir ki, axşam onu aeroporta çatdırsın. O, gecə reysi ilə uçmalı idi. Qreytmanın əri erməni olub. Bakıdan gedib. Arvadı isə onun yanına gedəsi imiş.
Yan Maksimoviç qonşusu Elçin Mirzəyevdən xahiş edir ki, onları aeroporta aparsın. Təxminən axşam saat 23 radələrində yola çıxırlar. Bakı-Binə yolunun Suraxanı qəsəbəsində əsgərlər maşını avtomat atəşinə tutmuş, nəticədə maşındakıların hər üçü yaralanmış, ancaq Qreytman Sarkisova sağ qalmışdır. Sabahısı gün Meyeroviç Yan və Mirzəyev Elçinin meyidini Çaparidze adına xəstəxananın meyidxanasından tapıblar. Şəhidin bədənində 15 yerdən güllə yarası aşkar olunub. Şəhidlər xiyabanında dəfn edilib.
Ünvanı: Bakı, 1 may küçəsi 187.