Yan tərəfi üstündə koital poza

Yan tərəfi üstündə koital pozanı göstərən cütlüyün şəkli.

Yan tərəfi üstündə koital poza — Masters və Conson tərəfindən insanın cinsi reaksiyasında təsvir edilmiş olan seks pozasıdır. Pozanı sınadıqdan sonra heteroseksual iştirakçıların 75%-i bu pozan bəyənərək ona üstünlük vermişdirlər.

Bu pozaya girmək üçün qadın partnyorun üstdə olması və kişi partnyorun penisinin üstdəki qadınının vaginasına daxil olması lazımdır və bundan sonra:

  1. Kişi sol əli ilə qadının sağ ayağını yumşaq bir formada yuxarı qaldırır.
  2. Kişi dizini çarpayıdan qaldırmadan sol dizini yüngülcə əyməyə başlayır. Bunun yerinə o, sol dizini əyərkən çölə doğru sürüşdürərək sol daxili budunu tavana doğru açır. Daha sonra, sol ayağını sağ dizinin altından keçənə qədər yuxarı və çölə doğru sürüşdürür.
  3. Bu vaxt qadın sola tərəf əyilərək ağırlığını sol dizinin üstünə yükləyir. Bu isə öz növbəsində, qadına qaldırmış olduğu sağ ayağını arxasında düzəltməyə və partnyorunun əyilmiş sol ayağına yerləşdirməyə imkan verir. Bu zaman penisin vaginadan sürüşərək çıxmamasına xüsusi diqqət göstərilməlidir.
  4. Ayaqlar dəyişdirildiyi zaman qadın kişinin sinəsinə doğru əyilməlidir. Bu zaman qadın, hər iki qolu ilə kişinin bədənini öz bədəninə doğru bərk-bərk sıxmalıdır.
  5. Birlikdə bədənin yuxarı hissəsinin qaldığı yerdə qadın sağ (kişi isə sol) tərəfinə dönür. Qadın özünü sağ dirsəyinə söykəyə və yaxud da yastığa söykənərək uzana bilər. Kişi çanaqlarını bir-birinə sıxaraq arxası üstə düz bir formada uzanır. Bu zaman kişi çarpayıda arxası üstə uzanır və qadının gövdəsinin müstəvisi kişiyə demək olar ki, perpendikulyar formada olur. Qadının çiyinləri demək olar ki, şaquli formada, sol çiyni sağ çiyninin üstündə olur. Qadının gövdəsi elə əyilməlidir ki, çanaq hissəsi üfüqi vəziyyətdə olsun və çanaq sümüyünə söykənsin. Qadının çəkisi tamamilə bədəninin sağ tərəfində və sağ dirsəyinin üstündə olmalıdır.
  6. Bundan sonra penis vaginaya soxulur
  7. Cinsi münasibət bu formada davam etdirilir.
Yan tərəfi üstündə seks pozası

Bu poza kişinin sağ ombasına söykənmiş olan qadının sol ayağı istisna olmaqla, hər iki partnyoru çarpayıdan (kürəyindəki kişi, sağ çiynindəki qadın və gövdə) tam dayaqlı vəziyyətdə qoyur. Kişi arxası üstə düz formada uzanarkən, qadın bir qədər sağ istiqamətə əyilir. Beləliklə onların bədənləri təxminən 30°lik bir bucaq təşkil edərək, partnyorları qadının ağırlığı ilə sağ çiyində üz-üzə qoyur. Hər iki partnyorun başlarının altında yastıqlardan istifadə olunur. Qadının bədəni tələb etdiyi halda, qadının bədəninin yuxarı hissəsini dəstəkləmək üçün daha çox yastıqdan istifadə oluna bilər.

Masters və Consona görə, yan tərəfi üstündə koital pozada rahatlıq əldə edildikdən sonra, kişi və yaxud da qadın partnyorun fiksasiyasına ehtiyac olmur. İstənilən bir istiqamətdə qarşılıqlı olaraq çanaqların hərəkət azadlığı mövcuddur və əzələ kramplarının və yaxud da bədənin çəkisinin gərgin dəstəyinə ehtiyac olmur. Yan tərəfi üstündə koital poza həm kişiyə, həm də qadına seks zamanı rahatlıq bəxş edir. Bu poza qadınlar üçün xüsusilə effektivdir, çünki bu poza, cari intim münasibətdəki gərginlik səviyyəsindən asılı olaraq yavaş və ya sürətli bir formada çanaq zərbələrindən qadını tam azad edir.

Bu poza cütlüklər tərəfindən dəfələrlə təkrarlanmış və xüsusilədə kişilərin üstünə düşən təzyiqin azalmasına görə erkən boşalma hallarında qətiyyətlə tövsiyə olunmuşdur. Bu poza heteroseksual cütlüklərin xüsusi ilə seçdiyi pozalardan biridir.

  • Masters, W.H.; Johnson, V.E. Human Sexual Response. Toronto; New York: Bantam Books. 1966. ISBN 0-553-20429-7.