69 (seks pozası)

69 pozasında qarşılıqlı oral seks edən kişi və qadın

Altmış doqquz, rəqəmlər ilə ifadə etdikdə 69, hər iki cinsi partnyorun cinsiyyət orqanlarını bir-birlərinin ağızlarına uyğunlaşdırdığı və eyni vaxtda oral sekslə məşğul olduğu bir seks pozası növüdür[1]. Beləliklə, şəriklər, yaxud da partnyorlar 69 rəqəmindəki 6 və 9 rəqəmləri kimi bir-birinin əksinə dayanırlar[2][3][4]. Bu poza istənilən seksual kombinasiya üçün tətbiq edilə bilər[4][5].

69 pozasının variantlarına müştərək formada həyata keçirilən anilingus və barmaqlar vasitəsilə edilən anus və ya vaginanın penetrasiyası da daxildir. 69 pozası partnyorların yan tərəflərinin üstündə uzanması ilə nisbətən daha rahat şəkildə tətbiq oluna bilər[6].

Partnyorlar altmış doqquz pozasında eyni vaxtda cinsi oyanma yaşasalar da, bu poza özünü cinsi baxımdan rahatlamağa çalışan partnyor üçün diqqət yayındırıcı ola bilər. Bu poza boyları bir-birinə yaxın olmayan partnyorlar üçün əlverişsiz ola bilər[7].

Qədim Çin simvolu Yin və Yang (kişiqadın) ilə bu poza bir qədər oxşarlıq təşkil edə bilər. Fransız dilindəki “soixante-neuf” (69) termini ilk məlum formasında 1790-cı illərin Fransasında nəşr olunan və Böyük Fransa inqilabı dövründə fransızların ilk liderlərindən biri olan Mademoiselle Theroigne de Mericourta həsr olunmuş “Fahişənin katesizmi” əsərində xatırlanır[8].

Altmış doqquzun ilk dəfə olaraq aydın bir formada təsviri Münhen Muzeyində (Deutsches Museum) yerləşən qədim dövrə məxsus olan neft lampası üzərində kişinin üzərində uzanmış formada təsvir edilmiş qadın şəklində görünmüşdür, bu lampanın ilk təqlidi (imitasiyası, kopyası, surəti) Dr. Qaston Vorberqin Die Erotik der Antiken in Kleinkunst und Keramik portfelində istehsal edilmişdir (Münhen, 1921). Dr. Vorberq bu əsərin Roma dövrünə aid olduğunu bildirmişdir[9].

Həmçinin, Hindistanın Mumbay şəhəri yaxınlığındakı Elephanta adasındakı hindu məbədində altmış doqquzu təsvir edən başqa bir artefakt müəyyən edilmişdir. Bu əsər ayaq üstə duran bir kişi və ayaqları ilə onun çiyinlərindən asılmış qadının təsvir edildiyi heykəldir[10].

  1. "Soixante-neuf definition and meaning | Collins English Dictionary". www.collinsdictionary.com (ingilis). Collins English Dictionary. 8 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2018.
  2. Rojiere, Jean. The Little Book of Sex. Ulysses Press. 2001. ISBN 1-56975-305-9.
  3. Julie Coleman, "Love, sex, and marriage: a historical thesaurus", Rodopi, 1999, ISBN 90-420-0433-9, p.214
  4. 1 2 Aggrawal, Anil. Forensic and Medico-legal Aspects of Sexual Crimes and Unusual Sexual Practices. Boca Raton: CRC Press. 2009. səh. 380. ISBN 978-1-4200-4308-2.
  5. René James Hérail, Edwin A. Lovatt, "Dictionary of Modern Colloquial French", Routledge, 1990, ISBN 0-415-05893-7, p.484
  6. Rathus, Spencer A.; Nevid, Jeffrey S.; Fichner-Rathus, Lois; Herold, Edward S.; McKenzie, Sue Wicks. Human sexuality in a world of diversity (2nd). New Jersey, USA: Pearson Education. 2005. səh. 221. ISBN 0-205-79029-1.
  7. Feldman, Brian. "Why 69 Is the Internet's Coolest Number (Sex)". Intelligencer. 2016-06-09. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
  8. Legman 1969, p. 289
  9. Legman 1969, p. 290
  10. Legman 1969, p. 301