Yantszı

Yantszı (çin. 長江 listen — Uzun çay; çin dilində |揚子江|扬子江|Yángzǐ Jiāng|Yantsızyan) Listen)[1] — Avrasiyanın ən sulu və uzun çayıdır. Dünya üzrə uzunluğuna görə Nil və Amazon çaylarından sonra 3-cü yeri tutur. Çin ərazisi ilə ilə axır, uzunluğu 5800 km, hövzəsinin sahəsi — 1 808 500 km².

Yantszı
Chang Jiang
Ölkə  ÇXR
Keçdiyi ərazilər Çin ÇXR
Mənbəyi Tibet
 • Yüksəkliyi 5 600 m
Mənsəbi Şərqi Çin dənizi
Uzunluğu 6 300 km
Su sərfi 31 900 m³/san
Su hövzəsi Şərqi Çin dənizi
Hövzəsinin sahəsi 1 808,5 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yantszı çayı

Yantszı çayı Şərqi Çin dənizinə tökülərkən böyük delta yaratmışdır. Böyük məsafədə gəmiçilik üçün yararlıdır, suvarmada geniş istifadə olunur. Çin əhalisinin dörddə bir hissəsi Yantszı çayının hövzəsində yaşayır.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Çin Xalq Respublikasının ərazisində Sakit okeana (Şərqi Çin dənizi) tökülən çaylarından biri. Avrasiyada ən uzun çay. Tibet yaylasının mərkəzi hissəsindən, 5500 metr hündürlüyündən başlanır.

  1. Yalunszyan
  2. Yuanszyan
  3. Minszyan
  4. Qanszyan
  5. Szyalinszyan
  6. Xanşuy
  7. Syanszyan

Xarakteriktikası

[redaktə | mənbəni redaktə et]

Üç hissəyə bölünür:

  1. Yuxarı axın
  2. Orta axın
  3. Aşağı axın

Y. dərəsində çoxlu iri göllər var. Çay Musson rejimlidir. Səviyyəsi İyul-Avqust aylarında qalxır. İl ərzində orta hesabla 280-300 mln. ton çöküntü gətirir.Orta illik su sərfi 34 min m³/san-dir.İllik axım 1072 km³-dir.Mənsəbindən 2850 km-ə qədər gəmiçiliyə yararlıdır.Balıq ovlanır.Y.hövzəsi mühüm kənd təsərrüfatı rayonudur. Əsasən, çəltik, həmçinin pambıq, buğda, batat, çay, çətənə və s. yetişdirilir.

Yantszı çayı üzərində qurulan Yantszı hidroelektrik stansiyası orta hesabla Çinin yarıya qədərini elektrik enerjisi ilə təmin edir. Onun tikintisi 32 milyard dollara başa gəlib.

Əsas portları

[redaktə | mənbəni redaktə et]

Şanxay,Nankin,Uxan,Çunsin,Çendu və s.

Azərbaycan Sovet Ensiklopediyası