Uxan

Uhan[2][3][4] və ya Uxan[5][6] (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər YanszıHan çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir.[7]

Əyalət mərkəzi, Şəhər
Uhan
武汉市
30°35′ şm. e. 114°17′ ş. u.HGYO
Ölkə  ÇXR
Region Şərqi Asiya
Rayon Hubey
Tarixi və coğrafiyası
Əsası qoyulub E.ə. 1500
Sahəsi 8.494,41 km²
Mərkəzin hündürlüyü 37 m
Saat qurşağı UTC+8
Əhalisi
Əhalisi 19 milyon[1] nəfər (2015)
Milli tərkibi Han xalqı
Rəsmi dili Çincə
Rəqəmsal identifikatorlar
Poçt indeksi 430000
Nəqliyyat kodu 鄂A
Digər
武汉政府门户网站 (Uhan Dövlət Veb Portalı)
Uhan xəritədə
Uhan
Uhan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uçanq, HankouHanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsilnəqliyyat mərkəzi kimi tanınır.[7]

"Uhan" adı Yanszı çayının şimalcənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən. 武昌), "Han" hissəciyi isə bu çayın şimal sahilindəki "Hankou" şəhərinin adından (çin. ənən. 汉口) götürülüb. 1926-cı ildə Şimal Ekspedisiyası Uhan bölgəsinə çatdı və Milliyyətçi Çin yeni bir paytaxt salmaq üçün Hankou, UçanqHanyanın vahid şəhər altında birləşdirilməsini qərara aldı. 1 yanvar 1927-ci ildə[8] meydana gələn şəhər "武漢" ("Uhan" üçün ənənəvi Çin simvolları) olaraq elan edildi, sonradan isə "武汉" (Sadələşdirilmiş Çincə) olaraq sadələşdirildi.[9][10][11]

Şəhər mənzərəsi

[redaktə | mənbəni redaktə et]

Uhan şəhəri Hubey əyalətinin mərkəz-şərqində yerləşir. Coğrafi koordinatları: 30°35' şm. e., 114°17' q. u.

Şəhər 3 hissədən ibarətdir: Uçanq, HankouHanyan. Ümumiyyətlə, bunlar "Uhanın üç şəhəri" adlanır (Bu səbəbdən, "Uhan" ~ "Uçanq" + "Hankou"/"Hanyan").

Bu 3 şəhər 1927-ci ildə birləşmişdir. Nəticədə isə Uhan şəhəri meydana gəlmişdir. Şəhərlər bir-birindən Yanszı çayı və on6n qollarından biri vasitəsilə ayrılır. Hər 3 hissə bu çaylar üzərində Çinin ilk modern körpülərindən biri vasitəsilə bağlanır. Ona görə də, həmin körpü Çində "İlk körpü" adlandırılır.

  • Uçanq həm Hankou, həm də Hanyanı ayıran Yanszı çayının cənub-şərqində yerləşir.
  • Hankou onu Uçanqdan ayıran Yanszı çayının şimal sahilindədir. Hankou onu Hanyandan ayıran Han çayının da şimalındadır.
  • Hanyan onu Uçanqdan ayıran Yanszı çayının qərb sahilindədir. Hanyan onu Hankoudan ayıran Han çayının isə cənubundadır.
Uhan şəhəri qış mövsümündə

Uhan şəhəri ilin 4 fəslini də yaşayır. Şəhərin iqlim tipi isə rütubətli subtropikdir. Bu səbəbdən, hava, əsasən, bol yağışlıdır. Uhan rütubətli yayları ilə tanınır, şeh nöqtələri tez-tez 26 °C (79 °F) və ya daha çox olur. Tarixən, Çuntsin, Nankin və Uhan isti yaylarına görə "Üç ən isti şəhər" adını almışdı. Lakin son məlumatlar artıq Uhanın "ən isti yay mövsümü olan şəhərlər" siyahısında ilk sıralarda olmadığını göstərir.


Uhan şəhərinin (1981-2010-cu illər üzrə) iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 25,4 29,1 32,4 35,1 36,1 37,8 39,7 39,6 37,6 34,4 30,4 23,3 39,7
Maksimum orta, °C 8,1 10,7 15,2 22,1 27,1 30,2 32,9 32,5 28,5 23,0 16,8 10,8 21,5
Minimum orta, °C 1,0 3,5 7,4 13,6 18,9 22,6 26,0 25,3 20,7 14,7 8,4 2,9 13,8
Mütləq minimum, °C −18,1 −14,8 −5 −0,3 7,2 13,0 17,3 16,4 10,1 1,3 −7,1 −10,1 −18,1
Yağıntı norması, mm 48,7 65,5 91,0 135,7 166,8 218,2 228,1 117,5 74,0 80,9 60,0 29,6 1.316


Tarixi əhali
İlƏh.±%
19531.427.300—    
19824.101.000+187.3%
19906.901.911+68.3%
20008.312.700+20.4%
20077.243.000−12.9%
20109.785.388+35.1%
201410.338.000+5.6%
201510.607.700+2.6%
İnzibati bölgülərdəki dəyişikliklər əhalinin sayına təsir göstərə bilər. 1953,[12][13] 1982,[14] 1990,[15] 2000 2007[16] 2015[17]

Uhan Çinin ən sıx şəhərlərindən biridir. Mərkəzi Çinin isə ən çox əhalisi olan şəhəridir. 2010-cu ildə keçirilən Çinin 6-cı siyahıyaalmasında Uhanın 10 rayonundan 8-də (SinçjouHannan istisna olmaqla) cəmi 8.821.658 nəfər əhali qeydə alınmışdır.[18] 2015-ci ildə isə Uhan şəhəri 10.607.700 nəfərlik əhaliyə sahib olub.

Əhatə edən Uhan meqapolis ərazisinin 2010-cu ildə İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən aparılmış hesablanmasına əsasən, təxmini olaraq, 19 milyon nəfər əhaliyə məskən olduğu məlum oldu.[1]





Uhanda 2017-ci ildə din tərkibi   Çin xalq dini (Daosizm 0.93%) (79,2 %)  Buddizm (14,69 %)  Protestantlıq (2,86 %)  İslam (1,64 %)  Katolisizm (0,34 %)  Digər (1,61 %)

2017-ci ildə dərc olunmuş bir araşdırmaya görə, Uhan əhalisinin 79,2%-i ya dindar deyil, ya da ənənəvi dinlərə sitayiş edir. Bunların 0,93%-i isə Daosizmə inanır. Əhalinin 14.69%-i Buddizm, 2.86%-i Protestantizm, 0.34%-i Katolisizm və 1.64%-i İslam, 1.61%-i isə qeyd edilməmiş digər dinlərə sadiqdir.

2019-nCoV virusu

[redaktə | mənbəni redaktə et]

Uhan şəhərində 12 dekabr 2019-cu ildə yeni bir koronavirus növü yayıldı. Xəstəlik tezliklə geniş əraziləri əhatə etdi və kütləvi insan ölümünə səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklə bağlı olaraq, tarixdə 5-ci dəfə təcili vəziyyət elan etdi.

  1. 1 2 OECD Urban Policy Reviews: China 2015[ölü keçid] (İngilis dilində). read.oecd-ilibrary.org, OECD Şəhər Siyasəti İcmalları. OECD. 18 Aprel 2015. 37 səhifə.
  2. Ömərli, Tural. "Pandemiyanın yeni episentri - Latın Amerikası". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 1 avqust 2020. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  3. "Koronavirusun beşiyi Uhan şəhərində "ölənlərin sayı artıb"". BBC Azərbaycanca (az.). 17 aprel 2020. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  4. "Çinin Uhan şəhərində karantində olan azərbaycanlı tələbə təxliyə barədə: "Gözləyirik"". BBC Azərbaycanca (az.). 29 yanvar 2020. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  5. Cəfərov, Şahin. "Uxan şəhəri gündə 2 dəfə dezinfeksiya edilir". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 10 fevral 2020. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  6. "Uxan İnstitutu COVID-19 virusunun yaradılması ilə bağlı şübhələrə cavab verib". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 22 iyul 2020. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  7. 1 2 "Focus on Wuhan, China"The Canadian Trade Commissioner Service. 29 Sentyabr 2015 tarixində orijinal dan arxivləşdirildi. 24 Dekabr 2016 tarixində tapıldı.
  8. "Arxivləşdirilmiş surət" 武汉市历史沿革 行政区划网站xzqh.org (in Chinese). 行政区划网站. xzqh.org, 6 Avqust 2014. Orijinal dan 11 Dekabr 2017 tarixində arxivləşdirilib. 6 Aprel 2018 tarixində tapıldı. 1927年1月1日,中央临时联席会议宣布,国民政府在汉口开始办公。国民政府命令将武昌、汉口、汉阳三镇合为京兆区,定名"武汉",作为临时首都。4月16日,武汉市政委员会成立,武昌市政厅撤销;三镇首次统一行政建制
  9. 历史沿革 Orijinal dan 25 İyun 2012 tarixində arxivləşdirilib. 21 Mart 2012 tarixində tapıldı
  10. "Arxivləşdirilmiş surət" 江汉综述 Orijinaldan 2 Fevral 2014 tarixində arxivləşdirilib. 21 Mart 2012 tarixində tapıldı.
  11. "Arxivləşdirilmiş surət" "武汉"的由来 Orijinal dan 25 Aprel 2012 tarixində arxivləşdirilib. 31 Mart 2012 tarixində təsdiq edilmişdir. ^
  12. Shiger, A.G. The Administrative-Territorial Divisions of Foreign Countries, 2d ed, pp. 142–144. (Moscow), 1957 (Using 1953 census). Op cit. in Shabad, Theodore. "Shabad, Theodore. "The Population of China's Cities". Geographical Review. 49 (1). 1959: 32–42. doi:10.2307/211567. JSTOR 211567.". Geographical Review, Vol. 49, No. 1, pp. 32–42. American Geographical Society, Jan. 1959. Accessed 8 October 2011.
  13. Great Soviet Encyclopedia, 2d ed. (Moscow), 1958. Op cit. in Shabad, supra.
  14. 中国人口统计年鉴1982. p. 43. (3rd Census)
  15. 中国人口统计年鉴1990. p. 164. (4th Census)
  16. Wuhan (China) - Britannica Online Encyclopedia // Britannica.com. mart 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: yanvar 25, 2017.
  17. Ding, Yanfei (丁燕飞). 武汉市去年净流入人口突破230万人_荆楚网. news.cnhubei.com. fevral 27, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: mart 6, 2016.
  18. "China: Administrative Division of Húbĕi / 湖北省" 5 Mart 2016 tarixində arxivləşdirildi. 24 Dekabr 2016 tarixində tapıldı.