Murasaki Şikibu

Murasaki Şikibu (yap. 紫 式部; ən tezi 970ən geci 978, Heyan-kyo[d]ən tezi 1014ən geci 1031, Heyan-kyo[d]) — Heyan dövründə yaşamış Yaponiya roman yazıçısı, şairisaray dayəsi. Ən tanınmış əsəri 1000 və 1012-ci illər aralığında yapon dilində yazdığı "Gencinin hekayəsi" romanıdır. Murasaki Şikibu onun təxəllüsüdür, şəxsi adı məlum deyil. Lakin 1007-ci ilə aid bir saray gündəliyindəki Fucivara no Kaoruko (yap. 藤原 香子) adının əsl adı olduğu düşünülür.

Murasaki Şikibu
yap. 紫式部
XVI əsrin sonuna aid Murasaki Şikibu təsviri (müəllif Kano Takanobu).
XVI əsrin sonuna aid Murasaki Şikibu təsviri (müəllif Kano Takanobu).
Digər adı Fucivara no Kaoruko
Doğum tarixi ən tezi 970ən geci 978
Doğum yeri
Vəfat tarixi ən tezi 1014ən geci 1031
Vəfat yeri
Həyat yoldaşı Fucivara no Nobutaka
Uşağı Dayni no Sanmi
Atası Fucivara no Tametoki
Milliyyəti yapon
Fəaliyyəti məşuqə[d], roman yazıçısı, şair, yazıçı, gündəlik yazıçısı[d], filosof
Tanınır "Gencinin hekayəsi"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heyan dövründə qadınlar dövlət dili olan Çin dilini öyrənə bilməzdilər. Lakin təhsilli ailədə yetişən Murasaki kiçik yaşlardan etibarən Çin klassiklərinə maraq göstərmiş və Çin dilində səlis danışmağa başlamışdır. 25–30 yaşlarında evlənmiş, evliliyindən 2 il sonra - əri ölməmişdən öncə qızı olmuşdur. "Gencinin hekayəsi"ni nə vaxt yazmağa başladığı dəqiq məlum deyil, amma o, evli ikən və ya dul qaldıqdan qısa müddət sonra baş verdiyi güman olunur. Təxminən 1005-ci ildə Murasaki çox güman ki, yazıçı kimi reputasiyasına görə imperatorluq sarayında İmperatriça Şoşinin dayəsi olmağa dəvət edilmişdir. Xidməti boyunca yazmağa davam etmiş və əsərinə saray həyatından səhnələr də əlavə etmişdir. 5–6 il sonra sarayı tərk etmiş və Şoşi ilə birlikdə Biva gölü regionuna köçmüşdür. Alimlər onun ölüm tarixi üzərində mübahisə edirlər: çoxu 1014-cü ildə öldüyünü qəbul etsələr də, bəziləri onun 1031-ci ildə öldüyünü iddia edirlər.

Murasakinin ən məşhur əsərləri "Murasakinin gündəliyi""Gencinin hekayəsi"dir. Tamamlanmasından cəmi 10 il sonra "Gencinin hekayəsi" bütün əyalətlərdə yayılmışdır. Bir əsr sonra isə Yaponiya ədəbiyyatının klassiki olmuş və elmi tənqidin bir mövzusu olmuşdur. XX əsrin əvvəllərində onun əsəri tərcümə olunmuşdur: altı cildlik ingilis dilli tərcüməsi 1933-cü ildə tamamlanmışdır. Alimlər onun Heyan saray cəmiyyətinin qızıl dövrünü əks etdirən bu əsərinin əhəmiyyətini qəbul etməyə davam edirlər. XIII əsrdən etibarən onun əsərləri müxtəlif Yaponiya rəssamları və tanınmış ukiyo-e sənətçiləri tərəfindən illüstrasiya edilmişdir.

Murasaki Şikibu təxminən 973-cü ildə[1] Yaponiyanın Heyan şəhərində (indiki Kioto) şimali Fucivara klanında anadan olmuşdur. Şimali Fucivara klanı IX əsrdə bu sülalənin əsasını qoyan Fucivara no Yoşifusanın nəslindən gəlirdi.[2] Fucivara klanı qızlarını imperatorluq ailələri ilə evləndirərək XI əsrin sonuna qədər siyasi güc əldə etmişdir. X əsrin sonlarında və XI əsrin əvvəllərində Fucivara no Miçinaqa 4 qızını imperatorlarla evləndirərək böyük güc əldə etmişdir.[3] Murasakinin ulu babası Fucivara no Kanesuke aristokratiyanın ən pik zirvəsində idi, lakin onun ailəsi zaman getdikcə gücünü itirmiş və Murasakinin anadan olduğu ilə qədər ailə üzvlərinə Heyan aristokratiyasındkəa daha aşağı rütbələr — əyalət hakimi kimi vəzifələr verilməyə başlanmışdır.[4] Onlar saraydan uzaqlaşdırılaraq əyalətlərdə arzuolunmaz vəzifələrə gətirilmiş, mərkəzi gücdən və Kiotodakı saraydan uzaq qalmışdırlar.[5]

Ailə gücünü itirsə də, ədəbiyyat dünyasındakı reputasiyasını qorumağa davam etmişdir. Murasakinin ata tərəfdən ulu babası və babası tanınmış şairlər idi. Ulu babası Fucivara no Kanesuke 56 şeir müəllifi idi və onların 13-ü "Nijuiçidayşu"ya,[6] "36 şair kolleksiyası"na və "Yamato Monoqatari"yə daxil edilmişdir.[7] Həm ulu babası, həm babası yapon dilində yazdığı şeirlərlə böyük məşhurluq qazanan Ki no Tsurayuki ilə dost idilər.[5] Atası Fucivara no Tametoki Dövlət Akademiyasına (Dayqaku-ryo) daxil olmuş[8]Çin klassikləri və poeziyası üzrə tanınmış alim olmuşdur; öz şeirləri də antologiya halına salınmışdır.[9] O, 968-ci ildə kiçik rəsmi işçi kimi ictimai xidmətə daxil olmuş və 996-cı ilə ona hakimlik statusu verilmişdir. 1018-ci ilə kimi vəzifədə qalmışdır.[5][10] Muarasakinin anası da Tametoki kimi Fucivara klanın şimal qolundan idi. Cütlüyün üç uşağı (bir oğlan, iki qız) olmuşdur.[9]

Yüz əsas şairdən biri hesab olunan Murasaki Edo dövrünə aid bu şəkildə adına uyğun olaraq bənövşəyi kimonoda təsvir olunub.
Fucivara no Miçinaqa (təsvir XIX əsrə aiddir) Murasakinin həyatındakı əhəmiyyətli şəxslərdən biri olmuşdur.

Heyan dövründə istifadə olunan adlar müasir dövrdəki adlar kimi deyildi. Bir saray xanımı saraydakı statusuna aid təxəllüsü ilə də tanınırdı və kişi qohumunun rütbəsinə və ya təxəllüsünə aid ad da götürə bilərdi. "Şikibu" müasir soyad deyil, Murasakinin atasının vəzifəsi olduğu Şikibu-şo (Tədbirlər Nazirliyi) sözündən törəmişdir. Əlavə adı olan "Murasaki" (yapon dilində bənövşəyi deməkdir) Fucivara klanın elementi olan fuci sözünün mənası visteriya gülünün rəngindən yaranmışdır. Bu ad ona "Gencinin hekayəsi"ndə əsas qadın personaja verdiyi ada istinad olaraq verilmişdir. Miçinaqa 1007-ci ilə aid bir gündəlikdə bir neçə saray dayəsinin adını çəkmişdir. Onlardan biri olan Fucivara no Takako (Kyoşi) Murasakinin əsl adı ola bilər.[7][11]

Heyan dövrü Yaponiyasında ər və arvad ayrı-ayrı evlərdə yaşayırdılar. Uşaqlar anaları ilə yaşayırdılar, lakin ata xətti hələ də davam edirdi.[12] Lakin Murasaki atasının evində, əsasən Kiotodakı Teramaçi küçəsində balaca qardaşı Nobunari ilə yaşamışdır. Murasaki balaca ikən anası doğum zamanı ölmüşdür. Murasakinin anası ilə böyüyən azı daha 3 ögey bacı-qardaşı da var idi. O, iyirmi yaşlarında ölən bir bacısına çox yaxın idi.[13][14][15]

Murasakinin doğulduğu dövrdə Çinə olan səfərlər başa çatdıqdan və güclü milli mədəniyyət yaranmağa başlayandan sonra Yaponiya daha qapalı ölkəyə çevrilmişdi.[16] IX–X əsrlərdə Çin heroqliflərinin abbreviaturaları olan sillabik işarələr – kananın ortaya çıxması ilə yapon dili tədricən yazılı dilə çevrilirdi. Murasakinin dövründə kişilər hökumət dili olan Çin dilində yazmağa davam edirdilər, lakin kana aristokrat qadınların yazılı dili olmuş və Yaponiya ədəbiyyatında unikal formaların yaranmasına səbəb olmuşdur.[17]

Murasakinin qardaşına hökumətdə vəzifə tutmasına kömək etməsi üçün Çin dili öyrədilmişdir və Murasaki uşaqlıqda atasının evində yaşayarkən Çin dilini özü öyrənmiş və klassik Çin dilində axıcı danışmağa başlamışdır.[8] Gündəliyində yazır: "Mənim qardaşım balaca olanda Çin klassiklərini öyrənirdi, məndə ona qulaq asmaq vərdişi var idi və mən onun başa düşməkdə və yadda saxlamaqda çətinlik çəkdiyi mətnləri getdikcə daha yaxşı başa düşürdüm. Təhsilli kişi olan atam həmişə bu faktı etiraf edirdi: Bəxtimə bax, heyf ki, o kişi kimi doğulmayıb".[18] Qardaşı ilə Çin ədəbiyyatını öyrənən Murasaki bununla yanaşı çox güman ki, musiqi, kalliqrafiyaYaponiya poeziyası kimi ənənəvi sahələrdə dərslər almışdır.[13] Murasakinin təhsili qeyri-adi idi. Luis Peres "Yaponiya tarixi" əsərində qeyd edir ki, qadınların real intellektə malik olma bacarıqlarının olmadığı düşünülürdü və buna görə də onlara Çin dili öyrədilmirdi.[19] Murasaki digər insanların onu "lovğa, qəribə, adamayovuşmaz, acıdil, nağılsevər, dikbaş, şeirsevər, etinasız, dalaşqan və laqeyd" hesab etdiklərinin fərqində idi.[20] Asiya ədəbiyyatı tədqiqatçısı Toman İnq inanır ki, "onun çətin şəxsiyyəti dost qazanmasına mane olurdu".[8]

Heyan dövrünün aristokrat qadınları məhdudlaşdırılmış və tənha həyat tərzi keçirirdilər, onlara ancaq yaxın qohumu olan kişilərlə ünsiyyətdə olmağa icazə verilirdi. Murasakini avtobioqrafik şeiriyyatı göstərir ki, o, digər qadınlarla ünsiyyətdə olsa da, atası və qardaşından başqa digər kişilərlə məhdud ünsiyyətdə olmuşdur. Öz şeiriyyatını tez-tez qadınlarla bölüşsə də, kişilərlə heç vaxt bölüşməmişdir.[13] Onun statusunda olan bir çox zadəgan qadından fərqli olaraq o, yeniyetməliyə çatan kimi evlənməmişdir. Əvəzində iyirmi yaşlarının ortalarına, hətta otuz yaşlarının əvvəllərinə qədər atasının evində qalmışdır.[13][21]

996-cı ildə Murasakinin atası 4 illiyinə Eçizen əyalətinin hakimi təyin olunmuşdur və Murasaki də onunla getmişdir. O dövrdə zadəgan qadınların 5 günlük bu cür səyahətlərə çıxmaları geniş yayılmamışdı.[22] Təxminən 998-ci ildə atasının dostu, ondan yaşca böyük olan qohumu Fucivara no Nobutaka (950–1001) ilə evlənmək üçün Kiotoya qayıtmışdır.[5][13] Fucivara klanının eyni qolundan olan Nobutaka sarayda vəzifəli idi və Tədbir Nazirliyinin bürokratı idi. Geyim ekstravaqantlığına və rəqs bacarığına görə tanınırdı.[22] Evlənərkən 40 yaşlarının sonlarında idi, naməlum sayda həyat yoldaşı və uşaqları var idi.[7] Sarayda yaxşı tanınan Nobutakanın bir çox romantik münasibəti olmuşdur və çox güman ki, Murasaki ilə evliliyindən sonra da bu cür münasibətlərə davam etmişdir.[13] Murasaki evlilikdən sonra da atasının evində qalmağa davam etmişdir və əri onu mütəmadi ziyarət edirdi.[7] Nobutaka bir neçə də hakim kimi təyin olunmuşdu və Murasaki ilə evlənəndə kifayət qədər varlı idi. Onların evliliklərinin detalları haqqında versiyalar müxtəlifdir. Riçard Bourinq yazır ki, xoşbəxt evlilikləri var idi, amma Yaponiya ədəbiyyatı mütəxəssisi Haruo Şirane qeyd edir ki, şeirləri göstərir ki, Murasaki ərini sevmirdi.[5][13]

350
Murasaki Şikibu İşiyama məbədində Aya baxarkən. Şəkil müəllifi Yoşitoşidir (1889).

Cütlüyün qızı Kenşi (Katayko) 999-cu ildə anadan olmuşdur. İki il sonra Nobutaka xolera epidemiyası zamanı ölmüşdür.[13] Evli qadın kimi Murasakinin evə baxmaq və qızına qulluq etməsi üçün xeyli xidmətçisi var idi və buna görə onun xeyli vaxtı qalırdı. Murasaki bu zaman "Bambuk kəsicisinin hekayəsi" və "İsenin hekayəsi" kimi monoqatarilər oxumuşdur.[22] Alimlər inanırlar ki, o, "Gencinin hekayəsi" üzərində ərinin ölümündən öncə işləməyə başlamışdır. Dul qaldıqdan sonra kədər içində olsa belə yazmağa davam etdiyi məlumdur.[2][5] Gündəliyində ərinin ölümündən sonra keçirdiyi hisləri belə təsvir etmişdir: "Mən özümü depresiyada və başıqarışmış hiss etdim. Bir neçə il boyunca mən gün keçdikcə ruhsuz bir dəbdə mövcud oldum… vaxtın keçdiyini qəbul etməkdən daha çoxunu etməklə… Bitməyən tənhalıq düşüncəsi kifayət qədər dözülməz idi".[23]

Əfsanəyə görə Murasaki Biva gölündə yerləşən İşiyama-deraya çəkilmiş və bir avqust gecəsində Aya baxarkən "Gencinin hekayəsi"ni yazmağa ilhamlanmışdır.[14] Mütəxəssislər onun çəkilməsinin hekayəsinin əsasını bilməsələr də, yapon rəssamlar onu tez-tez İşiyama məbədində Aya baxarkən təsvir edirdilər. Murasaki bu romanı yazmaqla vəzifləndirilmiş də ola bilər: romanın qəhrəmanı Şahzadə Gencinin vəziyyətinə oxşar vəziyyətdə olan sürgün olunmuş saray adamı da ola bilər. Murasaki romanın yeni yazdığı fəsillərini dostlarına vermiş, dostları da fəsilləri çoxaldaraq yaymışdırlar. Bu yolla hekayə məşhurlaşmış və o, müəllif kimi reputasiya əldə etmişdir.[24]

Təxminən 30 yaşının ortalarında o, sarayda müəllif reputasiyasına görə saray dayəsi olmuşdur.[2][24] Çieko Mulhern "Yaponiya qadın yazıçıları, biotənqidi mənbə kitabı"nda yazır ki, araşdırmaçılar Murasakinin həyatının sonlarında bu cür hərəkət etməsinə təəccüblənirlər. Onun gündəlikləri göstərir ki, o, ərinin ölümündən sonra Miçinaqa ilə şeirlərini bölüşmüşdür və bu, ikisi arasında sevgi münasibətləri olduğu haqqında fərziyyəyə səbəb olur. Bourinq saraya Miçinaqanın konkubinası kimi gətirilməsi haqqında sübutun olmadığını bildirir. Lakin Miçinaqa onu saraya rəsmi münasibətlər olmadan gətirmişdir. Mulhern fikirləşir ki, Miçinaqa Murasakinin sarayda qızı Şoşiyə müəllimlik etməsini istəmişdir.[25]

Saray şairəsi İzumi Şikibunun Komatsuken tərəfindən çəkilmiş təsviri, 1765.

Heyan mədəniyyəti və saray həyatı XI əsrin əvvəllərində pik nöqtəsinə çatmışdır.[3] Kioto əhalisi təxminin 100.000 nəfərə çatmışdır, bu zaman isə zadəgan hissəsi Heyan sarayında hökumət vəzifələrində və saray xidmətində təcrid olunmuşdur.[26] Saray əyanları reallıqdan uzaqlaşmış, saray həyatının lazımsız detalları ilə maraqlanmış, incəsənət məşğuliyyətlərinə yönəlmişdirlər.[3][26] Əhvaldan və mövsümdən asılı olaraq emosiyalar parçaların, ətirlərin, kalliqrafiyanın, rəngli kağızların, poeziyanın və paltarların xoşedici rəng kombinasiyaları ilə rənglənməsinin bədii istifadəsi vasitəsilə ifadə olunmuşdur. Uyğun estetikaya uyğunlaşa bilməyənlər dərhal öz populyarlıqlarını (xüsusilə sarayda) itirirdilər.[19] Heyan dövrünün döşəməyə qədər uzanan saç, ağ üz və qaraldılmış diş kimi ciddi moda tələblərinə riayət edən zadəgan qadınlarının populyar məşğuliyyətləri sevgi münasibətləri, şeir yazmaq və gündəlik tutmaqdan ibarət idi. Heyan dövründə saray qadınlarının yaratdığı poeziya yapon kanonunda yazılmış ən yaxşı ədəbiyyatlardan biri kimi qəbul edilmişdir.[3][26]

995-ci ildə Miçinaqanın iki qardaşı Fucivara no MiçitakaFucivara no Miçikane naiblik vəzifəsini boş buraxaraq ölmüşdürlər. Bundan sonra Miçinaqa xalası oğlu Fucivara no Koreçikaya (İmperator İçiconun həyat yoldaşı Teyşinin qardaşı) qarşı güc əldə etməyə başlamış və bacısı Senşinin sayəsində də güc mənimsəmişdir. Teyşi 996-cı ildə keçmiş İmperator Kazanı öldürməklə bağlı skandala qarışdığı üçün sarayda nüfuzu düşən qardaşı Koreçikanı dəstəkləyirdi və bu gücünü zəiflədirdi.[27] Dörd il sonra Miçinaqa ən böyük qızı, 12 yaşlı Şoşini İmperator İçiconun hərəmxanasına göndərmişdir.[28] Şoşinin hərəmxanaya qoyulmasından bir il sonra Teyşinin təsirini azaltmaq və Şoşinin gücünü artırmaq üçün Miçinaqa Teyşinin həmin titula artıq sahib olmasına baxmayaraq qızına "İmperatriça" titulu vermişdir. Tarixçi Donald Şayvli başa salır: "Miçinaqa eyni imperatorun imperatriçaları Teyşi (və ya Sadako) ilə Şoşi arasında gözlənilməz görüş təşkil edəndə hətta pərəstişkarları da şoka salmışdı. Teyşi həmişəki kimi "İşıq saçan varis daşıyıcı" titulunu, Şoşi isə "daxili damağı" olan titulu daşıyırdı". Beş il sonra Miçinaqa Murasakini Şoşinin sarayına Bourinqin "kompanyan-müəllim" kimi təsvir etdiyi vəzifəyə gətirmişdir.[27][29]

Yuxarı statuslu qadınlar sarayda tənhalıqda yaşayırdılar və strateji evliliklər sayəsində ailələrinə siyasi güc qazandırırdılar. Şoşinin vəziyyətinə oxşar olaraq imperiya klanına məxsus üzvlərlə edilən evliliklər sayəsində qadınlar klanlarının imperator üzərində böyük təsiri olmuşdur. Miçinaqa və digər Fucivara üzvləri güclərini bu cür qazanmışdılar. Tənhalıqlarına baxmayaraq bəzi qadınlar qatılanların sayından asılı olaraq yarış salonları vasitəsilə təsir gücü əldə etmişdirlər.[30] İçiconun anası və Miçinaqanın bacısı Senşinin bu cür salonu var idi və çox güman ki, Miçinaqa Şoşinin ətrafına Murasaki kimi bacarıqlı qadınları yığmaq üçün bir rəqib salonu tikmək istəyirdi.[24]

Murasakinin saraydakı rəqibi Sei Şonaqonun "Benizuri-e"də təsviri (1760-cı illər).

Murasaki saraya gələndə Şoşinin 16–19 yaşı var idi.[31] Artur Uoleyə görə Şoşi həyat tərzini atasının malikanəsi ilə İmperiya sarayı arasında bölən ciddi fikirli gənc qadın idi.[32] O, ətrafına İzumi Şikibu və ilk vernakulyar hekayələrdən biri olan "Çiçəklənən zənginlik hekayəsi"nin müəllifi Akazome Emon kimi istedadlı qadın yazıçıları toplamışdı.[33] Qadınlar arasında rəqabətin mövcudluğu Murasakinin gündəliyində öz əksini tapmışdır. O, İzumi haqqında gündəliyində tənqidi yazı yazmışdır: "İzumi Şikibu əyləndirici məktub-yazıçıdır. Lakin onun haqqında qaneedici olmayan şeylər var. O, səliqəsiz əl yazısı ilə qeyri-rəsmi kompozisiyalar yaratmaq bacarığına malikdir, lakin poeziyada o, həm maraqlı mövzuya, həm də təqlid etmək üçün bir az klassik modelə ehtiyacı var. O, mənə əsl şairə kimi görünmür".[34]

Şoşi saraya gələndə "Yastıq kitabı"nın müəllifi Sey Şonaqon Teyşiyə saray dayəsi kimi xidmət göstərirdi. Bir versiyaya görə Murasaki Şoşinin sarayına Şonaqonun rəqibi kimi dəvət olunmuşdur. Murasaki Şoşinin xidmətinə daxil olmazdan öncə Teyşi 1001-ci ildə ölmüşdür, buna görə iki yazıçı heç vaxt görüşməmişdirlər. Lakin gündəliyində Şonaqon haqqında yazan Murasaki onu yaxşı tanıyırdı və ondan çox təsirlənmişdir.[35] Şonaqonun "Yastıq kitabı" təhsilli saray dayələri ilə tanınan Teyşinin sarayını işıqlandırmaq üçün sifariş edilmişdi. Yaponiya ədəbiyyatı alimi Coşua Mostounun fikrincə Miçinaqa Murasakini Şoşi üçün bərabər və ya daha təhsilli qadın kimi gətirmişdir.[36]

İki yazıçının da xasiyyətləri fərqli idi: Şonaqon hazırcavab, ağıllı və açıq sözlü idi. Murasaki isə utancaq və həssas idi. Murasakinin gündəliyindəki başlıqlar onların yaxşı yola getmədiklərini göstərir. Murasaki yazır: "Sey Şonaqon… qonxunc dərəcədə lovğadır. Özünü ağıllı hesab edir, yazılarını başa düşülməsi çətin olan Çin heroqlifləri ilə yazır".[37] Kin fikirləşir ki, Murasakinin Şonaqon haqqında fikirləri Şoşi və onun sarayındakı qadınların təsiri ilə formalaşıb, çünki Şonaqon onlara rəqib imperatriçası idi. Bundan əlavə, o hesab edir ki, Murasaki saraya Şonaqonun məşhur "Yastıq kitabı"na qarşılıq olaraq "Gencinin hekayəsi"ni yazmaq üçün gətirilmişdir.[35] Murasaki müxtəlif yollarda özünü Şonaqonun əksi kimi göstərmişdir. O, yastıq kitabı janrını tənqid etmiş və Çin dilini bilməklə lovğalanan Şonaqondan fərqli olaraq özünü Çin dilini bilmirmiş kimi aparmışdır.[36]

"Xronikalar xanımı"

[redaktə | mənbəni redaktə et]

Heyan dövrünün sonlarında Çin dilinin populyarlığının azalmasına baxmayaraq, çin dilindəki (xüsusilə, Bo Tszyuyi tərəfindən yazılan) balladalar populyarlığını qorumağa davam etmişdir. Murasaki Çin dili və Tszyuyinin balladaları ilə maraqlanan Şoşiyə Çin dilini öyrədirdi. İmperatriça olduqdan sonra Şoşi üzərində çincə yazılar olan pərdələr quraşdırığı üçün konfliktə səbəb olmuşdu, çünki Çin dili kişilərin dili hesab olunurdu və qadınların yaşadığı yerlərdən uzaq saxlanılırdı.[38] Çin dilini öyrənmək qadınlara yaraşdırılmayan hərəkət hesab olunurdu və ancaq kişilərin ədəbiyyatla maraqlanması barədə olan təsəvvürlərə qarşı idi. Qadınlar ancaq yapon dilində oxuya və yaza bilərdilər, bu da onları hökumətdən və güc strukturundan uzaqda saxlayırdı. Klassik Çin dili təhsili olan Murasaki isə Şoşiyə bu dili öyrədə bilən azsaylı qadınlardan biri idi.[39] Bourinq yazır ki, Murasakinin Çin dilini bilməsi və Şoşiyə öyrətməsi "az qala təxribat" hesab olunsun.[40] Çin dili təhsili barədə təmkinli olan Murasaki dərsləri gizlicə verməyə çalışırdı. Gündəliyində yazırdı: "Keçən yaydan bəri… çox gizlicə, başqa insanların olmadığı təsadüfi anlarda əlahəzrətləri ilə oxuyurdum… Əlbəttə ki, formal dərslərdən söhbət də gedə bilməz… Düşünürəm ki, bu barədə kiməsə nəsə deməmək ən yaxşısıdır".[41]

Murasaki Şikibunun Tosa Mitsuoki tərəfindən çəkilmiş təsviri (XVII əsrin sonları).

Çox güman ki, Murasaki "Xronikalar xanımı" (Nihonqi no tsubone) ləqəbini Şoşiyə Çin ədəbiyyatını öyrətdiyi üçün qazanmışdır.[24] Murasakidən xoşu gəlməyən dayələrdən biri onu Çin dilini bilməklə lovğalandığını iddia etmiş və ona "Xronikalar xanımı" ləqəbini vermişdir. Bu ləqəb klassik "Yaponiya xronikaları"na allüziya idi. Bu hadisə "Gencinin hekayəsi"ndən bəzi fəsillərin imperatora yüksək səslə oxunması zamanı baş vermiş və müəllifin yüksək səviyyəli təhsili vurğulanmışdır. Murasaki gündəliyində yazırdı: "Necə də gülüncdür! Evimdəki xanımlara təhsilimi açıqlamaq barədə tərəddüd etdiyim halda, sarayda belə şey etməyi düşünüblər?".[42] Ləqəb təhqiredici xüsusiyyətə malik olsa da, Malhern düşünür ki, ləqəb Murasakinin xoşuna gəlirdi.[24]

Çin dilinə qarşı olan münasibət ziddiyyətli idi. Teişinin sarayında Çin dili yüksək qiymətləndirilirdi və imperator hakimiyyəti ilə aliliyin simvolu idi. Amma Şoşinin zalında dilə qarşı böyük düşmənçilik yaranmışdı. Bunun səbəbi çox güman ki, yapon dilinin Çin dilindən üstün sayılmasının başladığı dövrdəki siyasi mühit idi. Düşmənçilik Murasaki və onun saraydakı mövqeyinə təsir etmiş və Çin dilini bildiyini gizlətməsinə məcbur etmişdir. Şöhrətpərəst, eşqbaz, Çin dili bilikləri haqqında danışmağı sevən Şonaqondan fərqli olaraq, Murasaki daha təvazökar idi və bu xasiyyəti Miçinaqanı təsirləndirmişdi. Murasaki Çin dilindən istifadə edib yazılarında işlətsə də, ictimai şəkildə dili rədd edirdi. Yapon mədəniyyətinin çiçəkləndiyi dövrdə bu, tərifəlayiq hərəkət hesab olunurdu.[43]

Murasaki saray həyatından xoşbəxt deyildi. Poeziya müsabiqələrinə qatılması barədə qeydlər mövcud deyil. Xidməti boyunca sadəcə bir neçə şeiri və məktubu digər qadınlarla mübadilə etmişdir.[5] Şonaqondan fərqli olara Murasaki gündəliyində saray həyatını, digər dayələri və kef məclislərini sevməməsi barədə təəssüratlarını yazmışdır. Sayşo adlı başqa bir dayə ilə yaxın dost olmuş və buranın qışlarından zövq aldığını yazmışdır: "Burada qarın yağmasına tamaşa etməyi sevirəm".[44][45]

Valiyə görə Murasaki saray həyatından tam da narazı deyildi, amma Şoşinin sarayında darıxırdı. O iddia edir ki, Murasaki malikanəsi daha az ciddi və maraqlı görünən Senşi ilə xidmət verməyə üstünlük verərdi. Murasaki gündəliyində Şoşinin sarayı haqqında yazır: "[o,] ətrafına bir çox gənc xanımları topladı… Əlahəzrətləri getdikcə daha çox həyat təcrübəsi yığırdı və artıq başqalarını eyni ciddi standartlarla mühakimə etmirdi. Lakin onun sarayı həddən artıq darıxdırıcılığına görə tanınırdı".[46]

Murasaki saraydakı kişiləri xoşlamırdı, onları sərxoş və axmaq hesab edirdi. Lakin bir çox mütəxəssis əmindir ki, Murasakinin Miçinaqa ilə romantik münasibətləri olub. Miçinaqa onu təqib edirdi və ona təzyiq edirdi. Onun Miçinaqa ilə olan münasibəti gündəliyində ən son 1010-cu ildə öz əksini tapmışdır. Bir şeirində Miçinaqaya yazmışdır: "Sən nə mənim kitabımı oxudun, nə də sevgimi qazandın".[47] Murasaki gündəliyində qeyd edir ki, hətta Miçinaqa bir gecə otağına soxularaq "Gencinin hekayəsi"nin yeni yazılmış fəslini oğurlamışdı.[48] Lakin Miçinaqanın hamiliyi onun yazmağa davam etməsi üçün vacib idi.[49] Murasaki qızının saray fəaliyyətlərindən də bəhs etmişdir: təmtəraqlı tədbirlər, mürəkkəb münasibətlər, evlilik sistemi və Şoşinin iki oğlunun doğumu.[48]

Murasaki tənhalıqda yazmağı sevirdi.[48] O inanırdı ki, saray mühitinə uyğun gəlmir: "Qədim hekayələri oxumaqla məşğulam… sahib olduğum poeziya dünyasında keçirdiyim bütün vaxt digər insanların varlığını dərk etməməyimə səbəb olur… Lakin onlar məni tanıyanda mehriban və sakit biri olduğumu görüb çox təəccüblənirlər".[50] İnqe deyir ki, sarayda dostlar qazanmaq barədə danışmaqdan çəkinmirdi və Malhern fikirləşir ki, Murasakinin saray həyatı digər saray şairlərinə nisbətən daha sakit idi.[8][24] Malhern iddia edir ki, onun İzumi barədə qeydləri onun yaradıcılığına yox, davranışlarına yönəlmişdi. Əxlaqa önəm verməməsini və saraydakı sevgi münasibətlərini qəbul etmirdi.[33]

Heyan sarayının cəmiyyətində rütbə əhəmiyyətli yer tuturdu və Murasaki özünü rütbəli, güclü Fucivaralar ilə ümumi xüsusiyyətlərinin olduğunu hiss etmirdi.[51] Gündəliyində saray həyatı haqqında yazır: "Başa düşmüşəm ki, ailənin aid olduğum qolu aşağı rütbəlidir, amma bu fikir məni nadir hallarda narahat edirdi və saray həyatını arasıkəsilməz işgəncəyə döndərən, dəyərsizliyin əzab verən şüurluluğundan uzaq idim".[52] Saraydakı mövqelərindən biri onun sosial vəziyyətini yaxşılaşdıra bilərdi, amma bunun haqqında yazmaq üçün daha böyük təcrübə əldə etmişdi.[24] Murasaki təcrübə etdiyi saray həyatını Şoşiyə qoşulandan sonra yazdığı Genci fəsillərində yaxşı əks etdirmişdir. Çox güman ki, "Murasaki" adı saray naharlarının birində baş verən hadisə nəticəsində ona verilib: 1008-ci ildə tanınmış saray şairi Fucivara no Kinto "gənc Murasakani" ("Gencinin hekayəsi"ndə Murasaki adlı personaja allüziya) soruşmuşdur. Həmin dövrdə bu, bir kişi saray şairinin qadın müəllifə kompliment hesab olunurdu.[24]

Murasakinin son illərini keçirdiyi Rozanci məbədindəki Genci bağı.

İmperator İçico 1011-ci ildə öləndə Şoşi İmperatorluq sarayında Bivada yerləşən Fucivara malikanəsinə köçmüşdür və çox güman ki, Murasaki ilə birlikdə ora getmişdir. Murasakinin Şoşi ilə birlikdə Bivada olduğuna aid 1013-cü ilə dair qeyd mövcuddur.[49] Corc Eston qeyd edir ki, Murasaki saraydan ayrılanda yenə İşiyama məbədinə bağlanmışdır: "Murasaki son günlərini ədəbiyyat və dinə həsr etmək üçün saray həyatından ayrılaraq bu gözəl yerə gəlmişdir. Lakin Motori kimi bəzi skeptiklər bu hekayəyə inanmaqdan imtina edərək … məlum olan faktlarla uyğun olmadığını qeyd edirlər. Digər tərəfdən məbədin otağında tapılmış, müəllif tərəfdən istifadə olunan mürəkkəb qabı və onun əlyazması ilə yazılmış bir Buddizm sutrası tənqidçilərin şübhələrini ortadan qaldırmasa da, məbədin ziyarətçilərinin bu fakta inanmasına kifayət edir".[53]

Murasaki böyük ehtimalla 1014-cü ildə ölmüşdür. Onun atası həmin il Eçiqo əyalətindəki vəzifəsindən təcili Kiotoya gəlmişdi və bunun Murasakinin ölümü ilə bağlı olduğu güman olunur. Şirane "Yuxular körpüsü: Gencinin hekayəsinin poetikası" kitabında qeyd edir ki, ümumi şəkildə, 1014-cü il Murasakinin ölüm tarixi, 973-cü il isə doğum tarixi kimi qəbul olunur. Yəni ümumi fikrə görə Murasaki öləndə 41 yaşında olmuşdur.[49] Bourinq isə 1014-cü ili qəbul etmir və iddia edir ki, Murasaki 1025-ci ilə kimi Şoşi ilə yaşamışdır.[54] Vali də razılaşır ki, Murasaki Şoşinin oğlu İmperator Qo-İçico üçün 1025-ci ildə təşkil olunmuş mərasimlərdə iştirak etmiş ola bilər.[50]

Murasakinin qardaşı Nobunori təxminən 1011-ci ildə ölmüşdür və çox güman ki, qızın ölümünün də buna əlavə olunması atasının vəzifəsini tərk edərək Miidera məbədində yaşamasına səbəb olmuşdur (1029-cu ildə bu məbəddə ölmüşdür).[2][49] Murasakinin qızı 1025-ci ildə saray xidmətinə daxil olaraq gələcək imperator Qo-Reizei üçün südanalıq etmişdir. Daha sonra Dayni no Sanmi adı ilə məşhur şairə olmuşdur.[55]

Tosa Mitsuoki tərəfindən XVII əsrdə çəkilmiş bu rəsm əsərində Murasakinin İşiyama məbədində ədəbi yaradıcılıqla məşğul olması təsvir olunub.

Murasakinin 3 əsas əsəri var: "Gencinin hekayəsi", "Murasaki Şikibunun gündəliyi" və 128 şeirindən ibarət "Poetik xatirələr".[48] Onun əsərləri yapon yazısının yaranması və inkişafını əks etdirməsi baxımından əhəmiyyət kəsb edir. Həmin dövrdə yaponlar yazısı olmayan danışıq dilindən yazılı dilə keçid edirdilər.[30] IX əsrə qədər yapon dili manyoqana sistemi üzrə Çin heroqlifləri ilə yazılırdı.[56] IX əsrin sonlarında əsl yapon yazısı olan kananın ixtirası inqilabi uğur idi. Yaponiya müəllifləri əsərlərini öz dillərində yazmağa başlamış, hekayə (monoqatari) və poetik jurnal (nikki bunqaku) kimi janrlar ortaya çıxmışdır.[57][58][59] Tarixçi Edvin Reyşauer monoqatari kimi janrların yaponca yazıldığını və kana ilə yazılan "Gencinin hekayəsi"nin həmin dövrün görkəmli əsəri olduğunu vurğulamışdır.[17]

Gündəliyi və poeziya

[redaktə | mənbəni redaktə et]

Murasaki gündəliyini Şoşinin sarayında xidmətə başladıqdan sonra yazmağa başlamışdır.[48] Murasakinin sarayda yaşadığı təcrübələr haqqında məlumatların böyük qismi gündəlikdən gəlir. Gündəlik 1008–1010-cu illərdəki hadisələri əhatə edir. Uzun izahedici hissələr onun digər xidmətçi qadınlarla münasibətlərindən, Miçinaqanın təbiətindən, Şoşinin oğullarının doğumundan, Gencini yazmaq prosesindən bəhs edir. Murasaki gündəliyində "Gencinin hekayəsi"nin yeni fəsillərini transkripsiya üçün xəttatlara verməsini təsvir etmişdir.[48][60] Saray gündəliklərinin çoxu hamilərə həsr oldunduğu üçün Murasaki gündəliyini Şoşinin oğlu İmperator Qo-İçiconun doğumuna həsr etmişdir. Bu hadisənin Miçinaqa üçün müstəsna əhəmiyyəti var idi, çünki qızının imperatorla evləndirmə səbəbi doğulacaq gələcək imperatorun babası və imperatorun köməkçisi olmaq istəyi idi.[61]

"Poetik xatirələr" Murasakinin 128 şeirdən ibarət kolleksiyasıdır.[48] Malhern həmin əsərin "bioqrafik ardıcıllıq üzrə yazıldığını" qeyd edir. Orijinal əsər itmişdir. Ənənəyə görə şeirlər şəxsdən şəxsə nüsxələnərək ötürülürdü. Bəzi şeirlərin sevgilisinə (çox güman ki, artıq ölmüş ərinə) həsr olunduğu hesab olunsa da, ənənəni təqib edib adi sevgi şeirləri də yazmış ola bilər. Şeirlər bioqrafik detallara malikdir: ölmüş bacısını, atası ilə Eçizen əyalətinə ziyarətini və Şoşi üçün şeir yazmasını təsvir edir. Murasakinin şeirləri 1206-cı ildə Fucivara no Teika tərəfindən nəşr olunmuşdur və həmin versiyanın orijinala ən yaxın versiya olduğu hesab olunur. Həmin dövrdə Teika Murasakinin seçmə əsərlərini "Qədim və müasir dövrlərin yeni kolleksiyası" adlı imperatorluq antologiyasına daxil etmişdi.[48]

Gencinin hekayəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Gencinin hekayəsi (roman)
"Gencinin hekayəsi"nin 34-cü fəslinə həsr olunmuş bu illüstrasiyada bağçada oynayan kişilər təsvir olunub.

Murasakinin ən məşhur əsəri 1100 səhifə və 54 fəsildən ibarət olan "Gencinin hekayəsi" adlı 3 hissəli romandır.[62][63] Güman olunur ki, romanı tamamlamaq üçün 10 il sərf etmişdir. İlk fəsillərin evliliyi zamanı və ya ərinin ölümündən qısa müddət sonra yazıldığı ehtimal olunur. Sarayda yazmağa davam etmiş və Şoşinin xidmətində ikən tamamlamışdır.[64] Bu cür uzun əsəri ərsəyə gətirmək üçün Murasakinin hamiyə ehtiyacı var idi. Miçinaqa onu kağız, mürəkkəb və xəttatlarla təchiz etmişdir. İlk əlyazma cildləri xidmətçi qadınlar tərəfindən toplanaraq bir araya gətirilmişdir.[49]

"Yaponiya ədəbiyyatının həzləri" adlı kitabında Kiin iddia edir ki, Murasaki vaka saray gündəlikləri və erkən monoqatari ənənələrindən bəhrələnərək bu əsəri yazmışdır. O, Çin tarixinin, epik poeziyanın və həmin dövrün yapon nəsrinin üslublarından istifadə etmiş və həmin üslubları qarışdırmışdır.[65][62] Adolfson qeyd edir ki, formal Çin stilini dünyəvi mövzularla müqayisə etməsi ona parodiyasatira kimi özünəməxsus bir xüsusiyyət qazandırmışdır.[66] "Gencinin hekayəsi" ənənəvi monoqatari janrının xüsusiyyətlərini daşıyır: bir danışan tərəfindən hekayə nəql olunur. Lakin Kiin iddia edir ki, Murasaki janrı daha da inkişaf etdirərək tamamilə müasir bir formata gətirmişdir. "Parlaq şahzadə" Gencinin hekayəsi IX əsrin sonlarından X əsrin əvvəllərinə qədər olan dövrdə baş verir və Murasaki erkən monoqatarilərdən fərqli olaraq nağıl və fentezi elementlərini əsərindən kənarlaşdırmışdır.[67]

"Gencinin hekayəsi"ndəki mövzular həmin dövrün mövzularına uyğundur, Şiveli həmin əsərin "dövrün tiranlığını və romantik sevginin qaçınılmaz kədəri"ni ümumiləşdirdiyini qeyd edir.[68] Əsərin əsas mövzusu həyatın kövrəkliyi - "insan mövcudluğunun kədəri"dir (mono no avare) və bu termin romanda mindən çox dəfə işlədilib.[69] Kiin hesab edir ki, Murasaki maraqsız olan saray həyatından qaçmaq üçün belə bir əsər yaratmışdır. Şahzadə Gencini yaradarkən bacarıqlı, ləyaqətli, zərif, simpatik protaqonist yaratmışdır. Kiin yazır ki, "Gencinin hekayəsi" Heyan dövrünə baxış atmağımıza imkan yaradan bir əsərdir; məsələn, qadınların pərdələr və ya fusumalar arxasında gizlənməsinə baxmayaraq sevgi münasibətləri çiçəklənmişdir.[67]

Helen Makkullo Murasakinin yazısını "universal müraciət" hesab edir və qeyd edir ki, "əsər janrının və dövrünün sərhədlərini aşıb ötür. Heyan sarayında romantika kimi sadə mövzusuya sahib olmaqdan əlavə kulturoloji istinadları Heyan dövrünün ortalarına aid olsa da, Murasaki Şikibunun unikal dahiliyi əsəri insan münasibətlərinin, əbədi sevgi xoşbəxtçiliyinin mümkünsüzlüyün güclü bəyannaməsinə çevirmişdir."[70] Şahzadə Genci hər bir sevgilisi ilə qadınların daxili gözəlliyini və həyatın kövrəkliyini kəşf edir və Kiinə görə bu xüsusiyyət onu qəhrəmana çevirir. Roman o qədər populyar olmuşdu ki, yapon dilində olmasına baxmayaraq, İmperator İçico tərəfindən oxunmuşdur. 1021-ci ildə kitabın bütün fəsilləri tamamlanmış və digər əyalətlərdə axtarılmağa başlamışdır.[67][71]

Murasakiyə həsr olunmuş, XVII əsrə aid yapon yelpiyi.

Murasaki və digər Heyan dövrünün qadın yazıçıları yazılı yapon dilinin inkişafında vacib yer tutduqları üçün Murasakinin reputasiyası və təsiri heç vaxt azalmamışdır.[72] XII əsrdən etibarən saray şairləri üçün onun əsərlərini oxumaq məcbur idi və əsərləri araşdırmaçılar tərəfindən tənqid olunmuş, etibarlı versiyaları yaradılmışdır. Ölümündən bir əsr sonra artıq klassik yazıçı hesab olunmağa başlamışdır.[71] XVII əsrdə Murasakinin əsəri konfutsiçi fəlsəfə üçün emblematik olmuş və qadınlara onun kitablarını oxumaq tövsiyə olunurdu. 1673-cü ildə Kumazava Banzan onun yaradıcılığının həssaslıq və emosiyaların təsviri baxımından əhəmiyyət kəsb etdiyini yazmışdı. O, "Genci haqqında qarışıq şərhlər" adlı əsərində yazır ki, "insanın hisləri başa düşülməyəndə Beş İnsan Münasibətinin harmoniyası itir".[73]

Murasakinin ölümündən bir əsr sonra "Gencinin hekayəsi" romanının nüsxələri ortaya çıxmağa və illüstrasiyaları hazırlanmağa başlamışdır. XII əsrə aid olan "Genci Monoqatari Emaki" əlyazması 4 əlyazmadan, 19 rəsmdən və 20 kalliqrafiyadan ibarətdir. 1110-1120-ci illərə aid olan illüstrasiyalar Fucivara no Takaçikaya, kalliqrafiyalar isə dövrün məşhur xəttatlarına aiddir. Əlyazma Qoto muzeyindəTokuqava İncəsənət Muzeyində saxlanılır.[74]

XVII əsrdə qadın ərdəmi onun ədəbi bilikləri ilə də ölçüldüyündən Murasaki və ya Genciyə həsr olunmuş artifaktlara böyük tələb yaranmış və bu cür işlər genci-e adlandırılmağa başlanmışdır. Gencidən səhnələr və Murasaki illüstrasiyaları ilə bəzədilmiş cehizlər yuxarı zümrədən olan qadınların arasında populyar olmuşdur: XVII əsrdə genci-e gəlinin mədəni səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilirdi. XVIII əsrdən etibarən isə ailədaxili uğuru simvolizə etməyə başlamışdır. 1628-ci ildə Tokuqava İemitsunun qızının toyu üçün bu cür qutular hazırlanmışdı. 1649-cu ildə Şahzadə Toşitada toy hədiyyəsi kimi ipəkdən hazırlanmış, Kano Tanyu tərəfindən çəkilmiş bir cüt genci-e örtüyü əldə etmişdir.[75]

Murasaki bir çox rəsm əsəri və illüstrasiya üçün populyar mövzu olmuş, bu əsərlərdə dahi qadın və şairə olduğu vurğulanmışdır. Rəsmlərdə əsasən İşiyama məbədindəki stolunda əyləşməsi, ilham üçün Aya baxması təsvir olunur. XVII əsrdə Tosa Mitsuoki onun haqqında bir sıra əlyazma rəsmləri yaratmışdır.[76] "Gencinin hekayəsi" əsrlər boyunca ukiyo-e sənətçiləri üçün populyar mövzu olmuş, Hiroşiqe, KiyonaqaUtamaro kimi sənətçilər romanın müxtəlif versiyalarına illüstrasiyalar çəkmişdirlər.[77] Genci incəsənəti ilk dövrlərdə saray mədəniyyətinin bir hissəsi kimi hesab edilsə də, Edo dövrünün ortalarından etibarən samuray sinifi və xalq da onun illüstrasiyalarını əldə etməyə başlamışdır.[78]

Murasakiyə həsr olunmuş 200 yenlik əsginas.

Murasakinin əsərləri min il boyunca müxtəlif emaki, byobu-e, ukiyo-e, film, komiks və müasir dövrdə manqaya mövzu olmuşdur.[78] Layza Delbinin "Murasakinin hekayəsi" adlı romanı Murasakinin uydurulmuş həyatı haqqındadır və atası ilə birlikdə Eçizen əyalətinə səyahəti zaman yaşadığı romantik münasibətlərdən bəhs edir.[79]

Murasakinin əsas əsəri olan "Gencinin hekayəsi" klassik əsər hesab olunur. Makkullo Murasakini həm unikal cəmiyyətin təmsilçisi, həm də ümumbəşər insan narahatçılıqlarından danışan yazıçı kimi təsvir edir və Yaponiyanın onun kimi başqa dahini görmədiyini bildirir.[64] 1920-ci illərdə əsəri ingilis dilinə tərcümə olunanda oxucular onu Şekspir, OstinPrustla müqayisə etmişdilər.[80] Malhern qeyd edir ki, necə ki, Şekspir Elizabet İngiltərəsini öz əsərlərində təsvir edə bilmişdisə, Murasaki də Heyan Yaponiyasını o cür təsvir edə bilmişdi.[81] Şekspir kimi Murasakinin də əsərləri bir çox tənqid və kitabın mövzusu olmuşdur.[81]

2008-ci ildə "Gencinin hekayəsi"nin 1000 illiyi münasibətilə Kioto şəhərində şeir müsabiqələri, Gencinin hekayəsi muzeyinə və İşiyama məbədinə ziyarətlər təşkil olunmuş, qadınlar XII əsrdə Heyan sarayındakı qadınlar kimi 12 qatlı cunihitoe və uzun peruklar geyinmişdilər. Müəllif və əsəri manqalara və muzey sərgilərinə mövzu olmuşdur.[15] İlk 2000 yenlik əsginasın reversi ona və "Gencinin hekayəsi"nə həsr olunmuşdur.[82] Bənövşəyi giləmeyvələrə malik bir bitki növünə onun adı verilmişdir.[83]

1510-cu ilə aid edilən "Genci albomu" Harvard Universitetində sərgilənməkdədir. Öz növünün ilki hesab olunan bu albom Tosa Mitsunobunun 54 rəsm əsərindən və müxtəlif xəttatlar tərəfindən hazırlanmış 54 kalliqrafiya səhifəsindən ibarətdir. Vərəqlər Edo dövrünə aid olan və üzərində 1690-cı ildə Tosa Mitsuoki tərəfindən çəkilmiş bir rəsm əsərinin olduğu bir qabda mühafizə olunur.[84]

  1. Bourinq doğum ilinin 973-cü il olduğuna inanır; Malhern 970-978-ci illər aralığında doğulduğunu iddia edir və Vali onun 978-ci ildə doğulduğunu fərz edir. Bax: Bowring (2004), 4; Mulhern (1994), 257; Waley (1960), vii.
  2. 1 2 3 4 Shirane (2008b), 293
  3. 1 2 3 4 Henshall (1999), 24–25
  4. Shirane (1987), 215
  5. 1 2 3 4 5 6 7 Bowring (2004), 4
  6. Chokusen Sakusha Burui 勅撰作者部類
  7. 1 2 3 4 Mulhern (1994), 257–258
  8. 1 2 3 4 Inge (1990), 9
  9. 1 2 Mulhern (1991), 79
  10. Adolphson (2007), 111
  11. Seven women were named in the entry, with the actual names of four women known. Of the remaining three women, one was not a Fujiwara, one held a high rank and therefore had to be older, leaving the possibility that the third, Fujiwara no Takako, was Murasaki. See Tsunoda (1963), 1–27
  12. Ueno (2009), 254
  13. 1 2 3 4 5 6 7 8 Shirane (1987), 218
  14. 1 2 Puette (1983), 50–51
  15. 1 2 Green, Michelle. "Kyoto Celebrates a 1000-Year Love Affair" Arxivləşdirilib 2012-04-07 at the Wayback Machine. (December 31, 2008). The New York Times. Retrieved August 9, 2011
  16. Bowring (1996), xii
  17. 1 2 Reischauer (1999), 29–29
  18. qtd in Bowring (2004), 11–12
  19. 1 2 Perez (1998), 21
  20. qtd in Inge (1990), 9
  21. Knapp, Bettina. "Lady Murasaki's The Tale of the Genji". Symposium. (1992). (46).
  22. 1 2 3 Mulhern (1991), 83–85
  23. qtd in Mulhern (1991), 84
  24. 1 2 3 4 5 6 7 8 Mulhern (1994), 258–259
  25. Bowring (2004), 4; Mulhern (1994), 259
  26. 1 2 3 Lockard (2008), 292
  27. 1 2 Shively and McCullough (1999), 67–69
  28. McCullough (1990), 201
  29. Bowring (1996), xiv
  30. 1 2 Bowring (1996), xv–xvii
  31. According to Mulhern Shōshi was 19 when Murasaki arrived; Waley states she was 16. See Mulhern (1994), 259 and Waley (1960), vii
  32. Waley (1960), vii
  33. 1 2 Mulhern (1994), 156
  34. Waley (1960), xii
  35. 1 2 Keene (1999), 414–415
  36. 1 2 Mostow (2001), 130
  37. qtd in Keene (1999), 414
  38. Adolphson (2007), 110, 119
  39. Adolphson (2007), 110
  40. Bowring (2004), 11
  41. qtd in Waley (1960), ix–x
  42. qtd in Mostow (2001), 133
  43. Mostow (2001), 131, 137
  44. Waley (1960), xiii
  45. Waley (1960), xi
  46. Waley (1960), viii
  47. Waley (1960), x
  48. 1 2 3 4 5 6 7 8 Mulhern (1994), 260–261
  49. 1 2 3 4 5 Shirane (1987), 221–222
  50. 1 2 Waley (1960), xv
  51. Bowring (2004), 3
  52. Waley (1960), xiv
  53. Aston (1899), 93
  54. Bowring (2004), 5
  55. Mulhern (1996), 259
  56. Mason (1997), 81
  57. Kodansha International (2004), 475, 120
  58. Shirane (2008b), 2, 113–114
  59. Frédéric (2005), 594
  60. McCullough (1990), 16
  61. Shirane (2008b), 448
  62. 1 2 Mulhern (1994), 262
  63. McCullough (1990), 9
  64. 1 2 Shively (1999), 445
  65. Keene (1988), 75–79, 81–84
  66. Adolphson (2007), 121–122
  67. 1 2 3 Keene (1988), 81–84
  68. Shively (1990), 444
  69. Henshall (1999), 27
  70. McCullough (1999), 9
  71. 1 2 Bowring (2004), 79
  72. Bowring (2004), 12
  73. qtd in Lillehoj (2007), 110
  74. Frédéric (2005), 238
  75. Lillehoj (2007), 110–113
  76. Lillehoj, 108–109
  77. Geczy (2008), 13
  78. 1 2 Shirane (2008a), 1–2
  79. Tyler, Royall. "Murasaki Shikibu: Brief Life of a Legendary Novelist: c. 973 – c. 1014" Arxivləşdirilib 2020-08-24 at the Wayback Machine. (May 2002) Harvard Magazine. Retrieved August 21, 2011.
  80. Keene (1988), 84
  81. 1 2 Mulhern (1994), 264
  82. "Japanese Feminist to Adorn Yen" Arxivləşdirilib 2013-05-18 at the Wayback Machine. (February 11, 2009). CBSNews.com. Retrieved August 11, 2011.
  83. Kondansha (1983), 269
  84. McCormick (2003), 54–56
  • Adolphson, Mikhael; Kamens, Edward and Matsumoto, Stacie. Heian Japan: Centers and Peripheries. (2007). Honolulu: Hawaii UP. ISBN 978-0-8248-3013-7
  • Aston, William. A History of Japanese Literature. (1899). London: Heinemann.
  • Bowring, Richard John (ed). "Introduction". in The Diary of Lady Murasaki. (1996). London: Penguin. ISBN 978-0-14-043576-4
  • Bowring, Richard John (ed). "Introduction". in The Diary of Lady Murasaki. (2005). London: Penguin. ISBN 978-0-14-043576-4
  • Bowring, Richard John (ed). "The Cultural Background". in The Tale of Genji. (2004). Cambridge: Cambridge UP. ISBN 978-0-521-83208-3
  • Frédéric, Louis. Japan Encyclopedia. (2005). Cambridge, MA: Harvard UP. ISBN 978-0-674-01753-5
  • Geczy, Adam. Art: Histories, Theories and Exceptions. (2008). London: Oxford International Publishers. ISBN 978-1-84520-700-7
  • Inge, Thomas. "Lady Murasaki and the Craft of Fiction". (May 1990) Atlantic Review. (55). 7–14.
  • Henshall, Kenneth G. A History of Japan. (1999). New York: St. Martin's. ISBN 978-0-312-21986-4
  • Kodansha Encyclopedia of Japan. (1983) New York: Kōdansha. ISBN 978-0-87011-620-9
  • Keene, Donald. Seeds in the Heart: Japanese Literature from Earliest times to the Late Sixteenth Century. (1999). New York: Columbia UP. ISBN 978-0-231-11441-7
  • Keene, Donald. The Pleasures of Japanese Literature. (1988). New York: Columbia UP. ISBN 978-0-231-06736-2
  • The Japan Book: A Comprehensive Pocket Guide. (2004). New York: Kodansha International. ISBN 978-4-7700-2847-1
  • Lillehoj, Elizabeth. Critical Perspectives on Classicism in Japanese Painting, 1600–17. (2004). Honolulu: Hawaii UP. ISBN 978-0-8248-2699-4
  • Lockard, Craig. Societies, Networks, and Transitions, Volume I: To 1500: A Global History. (2008). Boston: Wadsworth. ISBN 978-1-4390-8535-6
  • Mason, R.H.P. and Caiger, John Godwin. A History of Japan. (1997). North Clarendon VT:Tuttle Publishing. ISBN 978-0-8048-2097-4
  • McCormick, Melissa. "Genji Goes West: The 1510 Genji Album and the Visualization of Court and Capital". (March 2003). Art Bulletin. (85). 54–85
  • McCullough, Helen. Classical Japanese Prose: An Anthology. (1990). Stanford CA: Stanford UP. ISBN 978-0-8047-1960-5
  • Mostow, Joshua. "Mother Tongue and Father Script: The relationship of Sei Shonagon and Murasaki Shikibu". in Copeland, Rebecca L. and Ramirez-Christensen Esperanza (eds). The Father-Daughter Plot: Japanese Literary Women and the Law of the Father. (2001). Honolulu: Hawaii UP. ISBN 978-0-8248-2438-9
  • Mulhern, Chieko Irie. Heroic with Grace: Legendary Women of Japan. (1991). Armonk NY: M.E. Sharpe. ISBN 978-0-87332-527-1
  • Mulhern, Chieko Irie. Japanese Women Writers: a Bio-critical Sourcebook. (1994). Westport CT: Greenwood Press. ISBN 978-0-313-25486-4
  • Perez, Louis G. The History of Japan. (1990). Westport CT: Greenwood Press. ISBN 978-0-313-30296-1
  • Puette, William J. The Tale of Genji: A Reader's Guide. (1983). North Clarendon VT: Tuttle Publishing. ISBN 978-0-8048-3331-8
  • Reschauer, Edwin. Japan: The Story of a Nation. (1999). New York: McGraw-Hill. ISBN 978-0-07-557074-5
  • Shirane, Haruo. The Bridge of Dreams: A Poetics of "The Tale of Genji". (1987). Stanford CA: Stanford UP. ISBN 978-0-8047-1719-9
  • Shirane, Haruo. Envisioning the Tale of Genji: Media, Gender, and Cultural Production. (2008a). New York: Columbia UP. ISBN 978-0-231-14237-3
  • Shirane, Haruo. Traditional Japanese Literature: An Anthology, Beginnings to 1600. (2008b). New York: Columbia UP. ISBN 978-0-231-13697-6
  • Shively, Donald and McCullough, William H. The Cambridge History of Japan: Heian Japan. (1999). Cambridge UP. ISBN 978-0-521-22353-9
  • Tsunoda, Bunei. "Real name of Murasahiki Shikibu". Kodai Bunka (Cultura antiqua). (1963) (55). 1–27.
  • Ueno, Chizuko. The Modern Family in Japan: Its Rise and Fall. (2009). Melbourne: Transpacific Press. ISBN 978-1-876843-56-4
  • Waley, Arthur. "Introduction". in Shikibu, Murasaki, The Tale of Genji: A Novel in Six Parts. translated by Arthur Waley. (1960). New York: Modern Library.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]