Yapon Luvr Heykəltaraşlığı Muzeyi

Yapon Luvr Heykəltaraşlığı Muzeyi (ルーブル彫刻美術館, Ruburu Çokoku Bicutsukan?)Yaponiyanın Mie prefekturasının Tsu şəhərində yerləşən incəsənət muzeyi. Muzeydə Luvrdakı məşhur heykəllərin replikaları sərgilənir. Luvr muzeyinin yeganə rəsmi qardaş muzeyidir.

Yapon Luvr Heykəltaraşlığı Muzeyi
Xəritə
Açılış tarixi 1987
Ölkə
Yerləşir Tsu
34°40′35″ şm. e. 136°20′57″ ş. u.HGYO
louvre-m.com

Muzeyin qurucusu və ilk direktoru Yuciro Takekava olmuşdur. O, 1960-cı illərdə Fransaya səyahət edərək Luvr muzeyini ziyarət etmiş və "Miloslu Venera" heykəlindən təsirlənmişdir. Takekava yaponların da Luvr muzeyindəki heykəlləri görməsini istəmiş və yeni muzey layihəsi üçün 17 dəfə Parisə səyahət etmişdir.[1][2]

Muzey 7 dekabr 1986-cı ildə Luvr muzeyinin qardaş muzeyi kimi yaradılmışdır. Açılışı 16 dekabr 1987-ci ildə baş tutmuşdur. 6 aprel 1988-ci ildə muzeyi ziyarət edənlərin sayı 100.000-i keçmişdir.[1]

Muzeydə 1300 heykəl sərgilənir. Bu heykəllər Luvr muzeyindəki məşhur heykəllərin replikalarıdır və hazırlanmasında Luvrun incəsənət departamentinin heyəti iştirak etmişdir.[1] Muzeyin kolleksiyasına "Minoslu Venera", "Samotrikanın qanadlı zəfəri", "Belvederli Apollon", "Nefertitinin büstü", "Diskobol", "Musanın hökmü", "Hammurapi qanunları", "Qabili Diana" kimi heykəllər daxildir.[3] Burada Luvr Muzeyi ilə yanaşı, Britaniya MuzeyiMetropoliten İncəsənət Muzeyi kimi digər muzeylərin də əsərləri sərgilənir. Muzeydə Rozetta daşınınAzadlıq heykəlinin replikaları yerləşir.[4]

Muzey Şinqon sektasının baş məbədi olan Daykannon məbədi tərəfindən idarə olunur. Bu səbəbdən muzeydə buddist heykəlləri də sərgilənir. Muzeydə yerləşən 11 başlı və min qollu Bodhisattva Kannon heykəli dünyadakı ən böyük min qollu Kannon heykəlidir.[4]

  1. 1 2 3 "History". Muzeyin rəsmi saytı (yaponca). 1 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2024.
  2. "世界でただ一つ、ルーブル美術館が認める姉妹館「ルーブル彫刻美術館」". Lotas Town (yaponca). 28 iyun 2024. 1 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2024.
  3. "Collection List". Muzeyin rəsmi saytı (yaponca). 1 oktyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2024.
  4. 1 2 "Appreciation". Muzeyin rəsmi saytı (yaponca). 16 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]