Rəşid daşı və ya Rozetta daşı (ər. [Həcərur-Raşid ]- حجر رشيد, fr. la pierre de Rosette, ing. Rosetta Stone) – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər aralı yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlifik Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunmuşdur. 1802-ci ildən Rəşid daşı Britaniya muzeyində saxlanılmaqdadır.
Rozetta daşı | |
---|---|
Rosetta stone ロゼッタ・ストーン[1] | |
Ölkə | Böyük Britaniya |
Şəhər | London |
Yerləşir | Britaniya muzeyi |
Tikilmə tarixi | e.ə. 196 |
Kəşf tarixi | 15 iyul 1799 |
Hündürlüyü | 112,3 sm |
Eni | 757 mm |
Material | qranodiorit |
Vəziyyəti | muzey eksponatı |
Vikianbarda əlaqəli mediafayllar |
Tünd boz rəngli bu qranit[2] kitabə e.ə. 196-cı ilə məxsusdur. Daş kitabə zədəli halda günümüzə gəlib çatdığından heroqlif mətnin 2/3-si itirilmişdir.
1799-cu ildə Napoleon Bonapart Misir uğrunda gedən müharibədə türklərlə və ingilislərlə döyüşə girəcəkdir. Bonapart əsgərlərinə xəndək qazmağı əmr etmişdi. Əsgərlərdən biri çox bu işi canla-başla görürdü. Birdən belin nəsə bərk bir şeyə toxunduğunu hiss etdi. Bu böyük daş idi. Həmin əsgər onun üstünün tozunu təmizlədi. Daha sonra bu daşın üzərində qəribə yazılar göründü. Fransızlar bu daşa Misirin Rozetta şəhərində (indiki Rəşid şəhəri) tapıldığı üçün ona "Rozetta daşı" adı verdilər. Bundan sonra döyüşdə fransızlar ingilislərə məğlub oldu və Rozetta daşını ingilislərə verməyə məcbur oldular. 1802-ci ildə Rozetta daşını Britaniya muzeyinə verildi. Alimlər bu daşın sirrini açmağa nə qədər cəhd etsələr də, heç bir şey əldə edə bilmədilər. Lakin bu yunan dilində yazılmış mətni oxumaq mümkün olsa da, heroqliflərin sirrini açmaq heç kəsə müyəssər olmadı.
Jan-Fransua Şampolyon ilk dəfə olaraq 1822-ci ildə daş kitabənin tədqiq edərək Misirin Demotik, Hiratik və hieroqrif yazılarını oxumağa səy göstərmişdir. Belə ki bunun üçün o, originaldan deyil, köçürmə daşdan istifadə etmişdir. Böyüdülmüş formada olan du daş köçürmə hal hazırda onun doğulduğu Fijak şəhərində Yazı meydanında (fr. Place des Écritures) qoyulmuşdur. Şampolyon, Jan Fransuanın bu kəşfindən sonra bir çox Misir əlyazmaları oxuna bilinmişdir. Demək olar ki, bu daş kitabə Misir elminin (fr. Égyptologie) inkişafına təkan vermişdir.
Şampolyon, Jan Fransua ilə yanaşı fransız şərqşünası Silvester de Sasi, İsveç diplomatı David Okerblad, ingilis alimi Tomas Yunq da bu daş kitabə üzərində öz tədqiqatlarını aparmışdırlar.
Daş kitabənin mətni 14 heroqlifik, 32 demotik və 54 qədim yunan yazı sətrindən ibarətdir.
"14 Ksantikos 9-cu il (Makedoniya təqvimi), Misir təqvimi ilə 18 Peret 2-ci il (e.ə. 23 mart 196-cı il), yuxarı və aşağı Misirin yeniyetmə kralı (çarı) (fironu) atasının taxtına oturmuşdur. O Amonun canlı təsviridir (əksidir) və Ranın oğlu; Ptah tərəfindən seçilmiş(dir).2 Aetos, Aetosun oğlu, İsgəndərin rahibləri (kahinləri) I Ptolemey, II Ptolemey və I Berenike və II Arsinoya, III Ptolemey və II Berenike, həmçinin tanrıların parlaq ilahisi V Ptolemey idi;3 I Berenikeyə zəfər bəxş etmiş Filininin qızı Pirra, həmçinin Diogenin qızı Areia,4 I Arsinoyanın səbətinin daşıyıcısı və Ptolemeyin qızı İren, ata sevimlisi rahibə I Arsinoya, fərman verilən gün, necə ki, Leson rahibləri və digər rahiblər Misir məbədlərindən mərasimə (bayrama)5 Memfisə gəlmişdirlər. Bu mərasimdə V Ptolemey atasından çarlığı (fironunluğu) qəbul etmişdir. Bütün bu rahiblər fərman vermişdilər"
5V Ptolemey parlaq ilahi tanrı, hökmdar IV Ptolemeyin6 və çariça III Arsinoyanın oğlu həmişə Misir məbədinə yaxşılıq etmiş və ürəyi tanrılara mehriban idi (olmuş), məbədə çoxlu gümüş və buğda vermişdir. O tanrı və ilahənin oğlu olan tanrıdır, o həmçinin İsida və Osirisin oğlu Hordur.7 O, Misirin yenidən sakitliyə qovuşması və məbədin möhkəmlənməsi üçün çox işlər görmüşdür. O, bütün ağalara (cənablara) bəxşişlər (xələtlər, hədiyyələr) vermişdir. O, vergiləri və ödənişləri daha da azaltdı və yüngülləşdirmişdir. 8 Misir xalqının krala (çara) (firona) vergi qalıqlarını ləğv etmişdir. O, uzunmüddətə məhkum edilmiş və həbs edilmiş insanları azadlığa buraxmışdır.
8 O ki qaldı gümüş və taxıla, məbədə 9illik rahiblərin məvacibi üçün verilmişdir V Ptolemeyin əmri ilə saxlanılmışdır. O, paklıq rahiblərinin vergisinin atasının zamanında olduğu kimi yüksək olmaması üçün əmr vermişdir. Məbəd qulluqçularının10 ildə bir dəfə İsgəndəriyyəyə məcburi ziyarətə getməkdəm azad etmişdir. Heç bir gəmi (qayıq) səfərbər olunmamalıdır. Firona kətan parça olaraq ödənilən verginin 3/2-si bağışlanılmışdır. 11 O, allahlara ənənəvi olaraq, düzgün qaydada sitayiş və borcların ödənilməsini öz qayğısına götürmüşdür. O, evlərinə dönmək istəyən döyüşçülərin və tərk etmişlərin təzədən öz 12yurdlarına dönməsinə izin vermişdir; (əvvəlki) mülklərinə yiyələnə bilərlər. 17Bundan başqa IX hakimiyyət ilinə qədərki məbədin gümüş və taxıldan ibarət (həddən ziyadə) qalıq borcları ləğv edilmişdir. Əlavə olaraq rahiblərin taxıl və üzüm bağı sahiblərinin çaxır töycülərini ləğv etmişdir."
12 O, piyadaları, süvariləri və gəmiləri səfərbər edərək düşmən(lər)i(mizi) Misirdən qovmağa (çıxarmağa) nail olmuşdur. O, bunun üçün (xəzinəsindəki) gümüş və taxıl(ı) əsirgəməmişdir. O, üsyançıların əlinə keçmiş, çoxlu silah və sürsatla istehkamlanmış Şekan şəhərinin üzərinə gedərək, (O,) şəhəri və qiyamçıları mühasirəyə alaraq, ona muxalif olan 14tanrı yolunu azmış kafirlərin qarşısında, selin qarşısında sədlər cəkərək ordugah qurmuşdur. Hökmranlığının VIII ilində Nilin səviyyəsinin qalxmasından15 ölkənin çox ərazilərini sel basmışdır. O, hücuma keçərək şəhəri tutaraq düşmənləri(ni) məğlub etmişdir. O, Ra və Harsiesisin uzun illər bundan qabaq bu ərazilərdə çalmış olduqları zəfər kimi qələbə çalmışdır. 16Məğlub edilmiş üsyançıları tanrıların köməyi (razılığı) ilə Memfisdə taxtaçıxma mərasimində layiqi cəzalandırmaq üçün dar ağacından asdırmışdır."
"18O, sələfləri kimi Apis və Minevius oküzləri və digər müqəddəs heyvanlar üçün çox bəxşişlər ehsan etmişdir. O, məbədin bütün 19qaziyə(mərasim) və bayramlarında, tanrılar yolunda verilən qurbanlarda ehsanlarda iştirak etmişdir. Ritualları qanuniləşdirmişdir. O, çoxlu qızıl, gümüş, taxıl və digər fitrələr vermişdir. 20 O, tanrı ruhu ilə Məbədləri, hücrüləri (sandıqları), altarları və digər şeyləri bərpa etdirərək yeniləşdirmişdir. O, rituallara hörmətlə yanaşaraq onları yeniləşdirmişdir. Bununların əvəzində tanrılar onu zəfərlə, güclə, sağlıqla (sağlamlıqla)21 mükafatlandırmışlar. Onun firon hakimiyyəti (səltənəti) və uşaqlarının hökmranlığı sonsuzluğa qədər davam edəcəkdir."
21Bu (yaxşı) münvalla: rahiblərin (kahinlərin) fikrincə V Ptolemey parlaq ilahi, tanrıdır. Tanrıların ata(lıq) qayğısı ona bu şərəfi necə ki atasına qardaşları tanrılar tərəfindən vermişdir. Hər məbəddə V Ptolemeyin daşınan əksi hazırlansın və 23"Misirin Xilaskarı Ptolemey" adlandırılsın. O, V Ptolemey kimi gərək müvafiq məmləkət tanrıları ilə yanaşı, onlardan zəfər qılıncını qəbul edərək durmalıdır. O misirsayağı olmalı və bütün məbədlərdən görünməlidir. Rahiblər (kahinlər) onun qarşısında gündə üç dəfə sitayiş və ibadətlərini etməlidirlər. 24Bu ibadətlər və sitayişlər digər tanrılara olan sitayiş və rituallara uyğunlaşdırılmış icra edilməlidir. 25Hər bir məbəddə digər tanrılarla yanaşı qızılı hücrədə (sandıqda) əlavə olaraq tanrı V Ptolemeyə məxsus müqəddəs göz qoyulacaqdır."
25Hücrünün (sandığın) bu gün və hər zaman seçilməsi üçün üzərində on qızıl tac və 26digərlərində olduğu kimi bir ədəd gözlüklü ilan (kobra) həkk olunmalıdır. Tacların ortasında onun Memfis mərasimində Yuxarı və Aşağı Misirin hökmranlığını qəbul edərkən başına qoyulmuş cüt tac həkk olunmalıdır. Belə ki, yuxarı tərəfdə (möhür olaraq) 27papirus və qamış (lat.Juncus), aşağı şərqə baxan tərəfdə gözlüklü ilan (kobra) səbət və papirusla birlikdə həkk olunmalıdır. Bunun mənası Yuxarı və Aşağı Misirin kralı (çarı) (fironu) hər iki məmləkəti ağ günə (nura) (işıqlığa) catdıracaq deməkdir."
27(Misir təqvimi ilə) 30 Şemu IV tarix, 28Yuxarı və Aşağı Misirin hökmdarının (fironunun) doğum günü məbədlərdə bayram edilsin. Hökmdarın (fironun) doğuluşu bütün (yaxşılıqların) (yaxşı şeylərin) (yaxşı hadisələrin) (firavanlığın) başlanğıcıdır. Bu yaxşı şeylərə (hadisələrə) (Misir təqvimilə) 17 Axet II (E.ə. 22 noyabr 197-ci il) tarixində onun təmtəraqla taxta çıxışı da aiddir. Buna görə hər ayın 17 və 30-cu günü məbədlərdə bayram (qeyd) edilsin. Bu iki aylıq mərasimlərdə 29qurbanlar kəsilsin, içkilər paylanılsın. Axet ayının ilk beş günü bütün məbədlərdə V Ptolemey(in) üçün (şərəfinə) (şəninə) mərasimlər və nümayişlər (yürüşlər) keçirilməlidir. Bu zaman çələnglər daşınmalı 30 qurban verilmələr (kəsilmələr) və içki payla(n)malar təşkil edilməlidir. Misir məbədlərinin rahibləri (kahinləri) özlərini bu parlaq ilahi tanrının rahibləri (kahinləri) adlandıraraq sənədlərə yazmalı və öz üzüklərində həkk etdirməlidirlər."
"31Əgər Misir xalqı V Ptolomeyin qızıl hücrücünü (sandığını) illik keçirilən təsvir olunan mərasim və yürüşlər zamanı öz yaşadıqları yerdə (ərazidə) görünməsini istərlərsə, V Ptolomeyin qızıl hücrücünün (sandığının) nüsxəsini (surətini)düzəltdirmək imkanına malikdirlər. Onda bəyan edilməlidir: Misir xalqı parlaq ilahi tanrıya (V Ptolomeyə)32 hörmət(lə) edir (anır), çünki o haqqdır (qanunidir). Fərman və əmrlər bir möhkəm daşdan düzəldilmiş kitabəyə allah kəlamı (qədim Misir hieroqlifi) , namə (Demotik) və yunan hərfləri ilə yazılmalı və birinci, ikinci, üçüncü məbədlərdə V Ptolomeyin əksinin (şəkilinin) yanında qoyulmalıdır."