Yapon mahoniyası

Yapon mahoniyası (lat. Mahonia japonica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.

Yapon mahoniyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

ÇindəYaponiyada mədəni şəraitdə geniş yayılmışdır və oradan Avropaya və Amerikaya gətirilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Çox az budaqlanan, düz budaqlı, hündürlüyü 4 m-ə qədər olan kiçik ağacdır. Qabığı boz, dərin yarıqlı, qalın mantar təbəqəlidir; birillik odunlaşmamış zoğları göyümsov örtüklüdür. Tumurcaqları enli yumurtavaridir, uzunluğu 2–5 sm-dir, dərivaridir; ensiz üçbucaqşəkilli xarici pulcuqları 1–2 il zoğlarda qalır; daxili pulcuqlar enli ovalşəkilli, küt, otvari, solğun yaşıldır. Salxımları uc tumurcaqların qoltuğunda yerləşir, 10–12 sm uzunluğunda, möhkəm, çox çiçəklidir. Çiçək saplaqları iti bucaq altında yuxarı yönəlmişdir, uzunluğu 1 sm-ə qədərdir; çiçəkləri 8 mm uzunluğunda və 6 mm diametrindədir, qırmızımtıl və yaşılımtıl kasayarpaqları sonradan sarı tac yarpaqlara keçir. Dekabrın axırından yaza qədər çiçəkləyir.

Məhsuldar, tər, yumşaq torpaqlara üstünlük verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda, Lənkəranda, Qəbələdə mədəni şəraitdə becərilir.

Hündür və gözəl formalı koldur. Qrup və tək əkinlər üçün yararlıdır.