Yapon qaraçöhrəsi

Yapon qaraçöhrəsi (lat. Taxus cuspidata) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.

Yapon qaraçöhrəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu növə Uzaq Şərq qaraçöhrəsi deyilir. Hündürlüyü 20 m-ə çatan, ortaboylu ağac və ya koldur, çətirləri dairəvi olub, gövdəsinin diametri 1,5 m-ə çatır. Gövdəsi qırmızımtıl rənglidir, üzərində növə xas olan sarımtıl-ağ ləkələri var, yarpaqları lələkvarıdır. Yarpaqlarının uzunluğu 1,2-2,6 sm-ə, eni 2-3,5 mm-ə çatır, yumşaq, hamar, ucu biz, üstdən tünd-yaşıl, altı-dan solğun-yaşıldır, budaqlarda 4-6 il qalır. Toxumları qozalarda << qozagiləmeyvə >> adlanan al qırmız rəngli, ətli hissə ilə örtülmüşdür. Uzunömürlüdür 1500 ilə kimi yaşayır. İtiuclu qaraçöhrə şaxtaya ( -30 C ), kölgəyə davamlıdır. Humus qatı qalın olan torpaqlarda yaxşı bitir, turş mühitli və bataqlıq torpaqlarda inkişaf etmir. Qara-çöhrənin bu növünün bir çox dekorativ: enli çətri, tünd-sarı zoğlu formaları vardır. Bu növ yaxşı meyvə verir və toxumlarla normal çoxalır. Azərbaycan da təbii halda təsadüf edilmir. İtiuclu qaraçöhrəyə Abşeron yaşıllıqlarında tək-tək rast gəlinir. Oduncağı müxtəlif bəzək materialı kimi yüksək qiymətləndirilir. 60-cı illərin əvvəlində ABŞ Milli Xərçənq İnstitutu tərəfindən aşkar olunmuşdur ki, gövdəsinin qabığındakı maddələr bədxassəli şişlərin böyüməsinin qarşısını qalır.

  • Tofiq Məmmədov, Elşad Qurbanov, Tariyel Talıbov.
  • Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.