Yapon riyaziyyatı

Yaponiyada "Vasanın tanrısı" adlandırılan Seki Takakazu.

Yapon riyaziyyatı və ya vasan (和算?)Edo dövründə ortaya çıxmış və Meyci islahatına qədər Yaponiyada istifadə olunmuş ənənəvi riyazi sistem.[1] Meyci islahatından sonra Avropadan Yaponiyaya gətirilmiş riyazi sistem isə yosan (洋算?) adlanır.[1] Abak və bir neçə termindən başqa vasan hazırda Yaponiyada sadəcə tarixi mövzu hesab olunur.

XIX əsrə qədər

[redaktə | mənbəni redaktə et]

Formal riyaziyyat Yaponiyaya ilk dəfə VII-VIII əsrlərdə Çindən gəlib.[1] Lakin vurma cədvəli kimi sadəcə riyazi vasitələr istisna olmaqla, bu biliklərin çoxu unudulub.[1] XVI əsrdə yaponlar Çindən gələn və arifmetika formasında olan yeni riyazi biliklərlə tanış olublar.[1] Bu yeni riyaziyyatın faydalı olacağını düşünən samuray və tacir siniflərinin dəstəyi ilə Yaponiyaya xas olan yeni riyazi sistem inkişaf etmişdir.[1]

Yapon riyaziyyatı haqqında olan və dövrümüzə qədər gəlib çatmış ən köhnə traktat 1620-ci ildə Mori Şiqeyoşi tərəfindən nəşr olunmuş "Bölmə haqqında yazılar" əsəridir.[1] Onun tələbəsi olan Yoşida Mitsuyoşi tərəfindən 1627-ci ildə nəşr olunmuş "Cindoki" əsəri isə praktiki hesablamalarda geniş istifadə olunmuş, uzun müddət arifmetika dərsliklərinin başlıqları üçün termin olaraq işlədilmişdir.[1] Həmin dövrdə Çindən gələn, çubuqlarla hesablama metodu olan tenqencutsu metodu sayəsində bir məchulu olan cəbri bərabərlikləri hesablamaq mümkün olmasa da, eynivaxtlı bərabərlikləri həll etmək üçün yorucu metod idi.[1] Yaponiyada "Vasan tanrısı" olaraq adlandırılan Seki Takakazunun hazırladığı cəbri notasiya sisteminə qədər bu problem həll olunmamış qalmışdır.[1] Seki determinantlar nəzəriyyəsini inkişaf etdirmiş, dairənin çevrəsini hesablamaq üçün düstur tapmış, beləliklə, vasanın bünövrəsini qoymuşdur.[1]

Sekinin "Katsuya Sampo" (1712) əsərinin replikası. Səhifədə Bernulli ədədlərindən bəhs olunur.

Sekinin tələbəsi olan Takabe Katahiro "Tetsucutsu sankey" (1722) əsərində genişlənmə və görüşmə sürəti nəzəriyyələrini inkişaf etdirmişdir.[1] Qəribəliyi ilə tanınan riyaziyyatçı Kuruşima Yoşihiro XVIII əsrdə Laplas teoreminiEyler funksiyasını avropalı alimlərdən öncə kəşf etmişdir.[1] Həmin dövrdə yaşamış Matsunaqa Yoşisuke pi ədədini 50-ci mərtəbəyə qədər hesablaya bilmiş, Kuruşima ilə birlikdə çalışaraq Seki və onun tələbələri tərəfindən inkişaf etdirilmiş riyaziyyatı sistemləşdirmişdir.[1] Bu iş Yamaci Nuşizumi tərəfindən davam etdirilmişdir.[1] Yamacinin tələbələrindən biri olan, Kurume daymyosu Arima Yoriyukinin 1769-cu ildə yazdığı, vasan prinsiplərindən bəhs edən "Cuki sampo" əsəri ilə riyaziyyatı populyarlaşdırmışdır.[1] Yamacinin digər tələbəsi olan Acima Naonobu qövslər və çevrələr elmini inteqral hesablamalar nəzəriyyəsinə qədər inkişaf etdirmişdir.[1] Acimanın işləri tələbəsi olan Vada Nei tərəfindən davam etdirilmişdir.[1] Vada müəyyən inteqrallar cədvəlini hazırlamış və Qərbdəki sistemə oxşayan sistem hazırlamışdır.[1]

XIX əsrdən sonra

[redaktə | mənbəni redaktə et]

XVII-XVIII əsrdə yaşamış vasan alimlərinin çoxu samuray sinifindən olsa da, XIX əsrin birinci yarısında bir çox tacir sinifindən şəxs vasanla məşğul olmağa başlamışdır.[1] Lakin bu dövrdə yeni nəzəriyyələrindən böyük irəliləyişlər olmamışdır, məktəblər arasında mübahisələr getmişdir.[1] Aida Yasuaki Moqamiryu (və ya Saycoryu) adlı məktəb qurmuş və 20 il boyunca Yamacinin tələbəsi olan Fucita Sadasuke ilə mübahisə aparmışdır.[1] Mübahisələr riyaziyyatından özündənsə, məktəblərin nüfuzu ətrafında cərəyan edirdi.[1]

XIX əsrin ortalarında həndəsi fiqurları öyrənmək populyarlaşmışdır.[1] Yapon riyaziyyatçılar dəniz naviqasiyası və digər praktiki məqsədlər üçün astronomiya, triqonometriya, loqaritma və digər riyazi aspektləri Avropadan götürməyə başlamışdırlar.[1] Meyci dövrünün ilk illərində vasan alimləri yeni məktəb sistemi üçün riyaziyyat kurrikulumunun inkişaf etdirilməsində köməklik etmişdirlər.[1] Yaponiyanın ən qədim akademik cəmiyyəti olan və hazırkı Yaponiya Riyaziyyat Cəmiyyətinin sələfi olan Tokio Suqakuşa cəmiyyəti 1877-ci ildə təsis olunanda üzvlərinin yarısından çoxu vasan təhsili almışdı.[1] Lakin əsrin sonuna doğru Qərb riyaziyyatı vasanı geridə qoymağa başlamışdır.[1]

Məşhur riyaziyyatçıları

[redaktə | mənbəni redaktə et]
  • Kodansha Encyclopedia of Japan. VIII cild. Tokio: Kodansha. 1983. səh. 231. ISBN 0-87011-628-2. İstifadə tarixi: 12 mart 2022.