Yaponiya Fotoqrafiya Cəmiyyəti (1924)

Yaponiya Fotoqrafiya Cəmiyyəti (日本写真会, Nihon Şaşinkay?) – 1924-cü ildə Yaponiyada yaradılmış fotoqrafiya təşkilatı. Yaponiyada fəaliyyət göstərən ən qədim fotoqrafiya təşkilatıdır. 1889-cu ildə qurulmuş eyniadlı təşkilatla əlaqəsi yoxdur.

Yaponiya Fotoqrafiya Cəmiyyəti
日本写真会
Fəaliyyəti fotoqrafiya
Yaranma tarixi 1924
Fəaliyyət göstərdiyi yer Yaponiya Yaponiya
jp-photo.gr.jp

Yaponiya Fotoqrafiya Cəmiyyəti 1924-cü ilin noyabrında Şinzo Fukuhara tərəfindən Tokioda təsis olunmuşdur.[1] Təşkilat Fotoqrafiya Cəmiyyətinin və Şiseydo Foto Gənclər Dərnəyinin birləşməsi nəticəsində yaranmışdır. Fukuhara təşkilatın ilk sədri seçilmişdir. İlk üzvlərə Yoşitaro Mori, Roso Fukuhara, Kiiçiro İşida, Maroni Kumazava, Masaciro Sakay, Hoko ŞimamuraKiyoşi Nişiyama daxil idi. Tezliklə Yaponiyanın digər yerlərində cəmiyyətin şöbələri açılmışdır. Təşkilat Yaponiyada yeni fotoqrafiya nəzəriyyələri və ideallarının müzakirə edilib yayılmasında vacib rol oynamış,[2] 1930-cu illərdə Yaponiyada piktorializm cərəyanını müdafiə edən əsas təşkilat olmuşdur.[3] 1926-cı ildə cəmiyyətin "Hikari to sono kaicho" (hərf.İşıq və onun harmoniyası) adlı aylıq bülleteni təsis olunmuşdur.[2] Bu bülleten 1940-cı ilin noyabrında ləğv olunmuş və cəmiyyət 1940-cı ilin dekabrında "Nihon Shashinkai jigyou hokokusho" (hərf.Yaponiya Fotoqrafiya Cəmiyyətinin biznes hesabatı), 1941-ci ilin avqustunda "Kaimu houkoku" (hərf.Cəmiyyətin biznes hesabatı) bülletenini nəşr etməyə başlamışdır.[4]

Cəmiyyət 1944-cü ilin martında Yaponiya ordusu tərəfindən ləğv olunaraq Böyük Yaponiya Fotoqrafiya Vətənpərvər Cəmiyyəti ilə birləşdirilmişdir. 1946-cı ilin aprelində yenidən təsis olunmuşdur. Şinzo Fukuhara sədr, Roso Fukuhara vitse-sədr seçilmişdir.[2]

Cəmiyyət tərəfindən aylıq görüşlər, fotosessiyalar və sərgilər təşkil olunur.[2] İlk dəfə 1925-ci ilin iyulunda Ueno rayonunda baş tutmuş Yaponiya Fotoqrafiya Cəmiyyəti Sərgisi hər il keçirilən tədbirdir.[1]

  1. 1 2 Tucker. səh. 319
  2. 1 2 3 4 Tucker. səh. 373
  3. Tucker. səh. 113
  4. Tucker. səh. 380
  • Tucker, Anne; Iizawa, Kōtarō; Friis-Hansen, Dana; Ryuichi, Kaneko; Kinoshita, Naoyuki; Joe, Takeba. The History of Japanese Photography (ingiliscə). Yale University Press. 1 yanvar 2003. səh. 373. ISBN 9780300099256. İstifadə tarixi: 2 dekabr 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]