Yaponiyada mobil telefon sənayesi dünyada ən inkişaf etmiş mobil telefon sənayelərindən biridir. Daxili Əlaqələr və Kommunikasiyalar Nazirliyinin verdiyi 31 iyul 2013-cü ilin statistikasına görə Yaponiyada 139.180.300 mobil telefon istifadədədir. Bu isə Yaponiya əhalisinin 110 %-i deməkdir.
Yaponiyada mobil telefonlara sadəcə keytay denva və ya qısaca keytay deyilir.
Yaponiyada əsas 4 mobil telefon operatoru var.
DoCoMo 1991-ci ildə Nippon Telegraph and Telephone (NTT) şirkətinin spin-offu olmuşdur, NTT DoCoMo əvvəlcə Personal Digital Cellular (PDC) adlı 2-ci nəsil xidmət təklif etmişdir. İndi isə ancaq W-CDMA texnologiyası ilə FOMA adlı 3-cü nəsil xidmət təklif edir. 2016-cı ilin martına əsasən 71 milyon istifadəçisi var.[1]
KDDI 2000-ci ildə KDD (beynəlxalq mobil operator), DDI (Kanto və Tokay istisna olmaq milli operator) və IDO (Kanto və Tokay üçün operator) şirkətlərinin birləşməsi ilə yaranmışdır. CDMA texnologiyası ilə 2-ci nəsil və CDMA2000 texnologiyası ilə 3-cü nəsil xidmət təklif edirlər. 800 MHz və 2100 MHz tezliklərində fəaliyyət göstərir. 2016-cı ilin martına əsasən 46 milyon istifadəçisi var.[1]
Softbank Mobile Softbank şirkətinin filialıdır. Softbank Vodafone Japan şirkətini 2006-cı ildə 15 milyard ABŞ dolları qarşılığında almışdır. Softbank Mobile W-CDMA texnologiyasından istifadə edərək 2100 MHz tezliyində 3-cü nəsil xidmət göstərir. Softbank Mobile 2011-ci ilin noyabrına kimi iPhone-nın Yaponiyadakı provayderi olmuşdur. 2016-cı ilin martına əsasən 46 milyon istifadəçisi var.
Y!mobile və ya keçmiş adı ilə EMOBILE 3-cü nəsil xidmət bazarına ən son daxil olan operatordur. 2005-ci ildə fəaliyyətə başlamışdır.[2] 1700 MHz tezliyində 3-cü nəsil xidmət göstərir. 2013-cü ilin dekabrına əsasən 10 milyon istifadəçisi var.[3]
Yaponiyadakı mobil telefonların əsas istehsalçıları aşağıdakılardır:
Yaponiya |
Qeyri-Yaponiya
|
Əməliyyat sistemi kimi əsasən ITRON əməliyyat sistemindən istifadə olunurdu. Lakin getdikcə mürəkkəbləşməsi üzündən hazırda Yaponiyada əsasən Symbian OS, Embedded Linux, Windows Mobile və Android əməliyyat sistemləri istifadə olunur. Android ən çox üstünlük verilən əməliyyat sistemidir.
Yaponiya emocilərin və kaomocilərin yaradıcısı kimi tanınır. Telefonlarda smayliklərin böyük müxtəlifliyinə rast gəlmək mümkündür.