Yaponiyanın kapitulyasiyası

Yaponiyanın kapitulyasiyası 2 sentyabr 1945-ci il— İkinci dünya müharibəsində hərbi əməliyyatlara son qoyan hadisə.

Yaponiyanın kapitulyasiyası
Tarix 2 sentyabr 1945
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İyulun sonuna Yaponiya imperator donanması öz hazırlığını başa çatdıra bilmədi, müttəfiqçilərin Yaponiya ərazisinə soxulma təhlükəsi yarandı. Buna baxmayaraq açıqça sonuna kimi mübarizə aparmağı elan edən Yaponiyanın böyük hərbi şürası ("Böyük altılıq"), neytral Sovet hakimiyyəti ilə gizli öz maraqlarını güdən müqavilə bağlamaq istəyirdi. Həmin vaxtda Sovetlər birliyi TehranYalta konfransının şərtlərini yerinə yetirmək üçün Yaponiyaya hücuma hazırlaşırdı.

6 avqustda amerikalılar Xirosimoya nüvə bombası atdılar. 8 avqustda Sovet hakimiyyəti Yaponiyaya müharibə elan etdi, 9 avqustda hərbi əməliyyatlara başlayaraq Mançjou-qoya hücum etdi. Bütün bu hadisələrin ümumi şoku imperator Hirohitonu işə qarışmağa vadar etdi və Böyük altılığı sülh müqaviləsini imzalamağa çağırdı. Bir neçə gün uğursuz müqavimətdən və nəticəsiz hakimiyyət çevrilişindən sonra, imperator Xirokito 15 avqustda xalqa radio vasitəsilə Yaponiyanın kapitulyasiyasını elan etdi.

28 avqustda Yaponiyanın müttəfiqçilər tərəfindən işğalı başlandı. Kapitulyasiyanın imzalanma mərasimi 2 sentyabrda ABŞın "Missuri" adlı hərbi gəmisində baş tutdu. Kapitulyasiyanın imzalanmasına baxmayaraq Yaponiyanın bəzi ada ərazilərində hərbi qarşıdurmalar baş verirdi. Kapitulyasiyanın imzalanması ikinci dünya müharibəsinin sona çatmağı hesab edilir.

Hərbi əməliyyatlar rəsmi olaraq 28 aprel 1952-də San-Fransiskoda sülh müqaviləsinin imzalanmasıyla başa çatdı.

Böyük hərbi şura

[redaktə | mənbəni redaktə et]

Yaponiyanın əsas siyasi idarəçisi Böyük hərbi şüra idi (1944-də baş nazir Koiso Kuniaki tərəfindən yaradılıb)— Böyük altılıq adnalan bu qruplaşmaya daxil idilər—Yaponiyanın baş naziri, xarici işlər naziri, hərbi nazir, donanma naziri, baş qərargah rəisi, hərbi donanma baş qərargah rəisi. Təzdən qurulan Sudzuki hakimiyyətində müvəqqəti daxil idilər:

Qanuna görə ordu və donanma nazirlər seçə bilər və yaxud onları işdən azad edə bilərdi. Beləliklə onlar istəmədikləri hakimiyyəti devrə bilər istədiklərini gətirə bilərdilər.

  • Статья в "Известиях" от 4 сентября 1945 года о капитуляции Японии
  • "Капитуляцию Японии принял!" статья о Кузьме Николаевиче Деревянко
  • National Archives & Records Administration Featured Document (англ.)