Yalta (Krım) konfrası (ing. Yalta Conference, rus. Ялтинская конференция) – 4–11 fevral 1945-ci ildə Yaltanın Livadiya sarayında keçirilmiş İkinci Dünya müharibəsinə dair konfrans.
Yalta konfransı | |
---|---|
ing. Yalta Conference | |
| |
Başqa adı | Krım konfransı |
Keçirilmə tarixi | 4— 11 fevral 1945-ci il |
Keçirildiyi yer | Livadiya sarayı, Yalta, SSRİ |
İştirakçılar |
SSRİ ABŞ Böyük Britaniya |
Müzakirə edilən məsələlər | Müharibədən sonra Almaniyanın qurulması, dünyanın qalib dövlətlər tərəfindən gələcək bölünməsi |
Nəticələr | Müzakirə edilən məsələlər üzrə razılaşma |
Ardıcıllıq | |
Vikianbarda əlaqəli mediafayllar |
1945-ci ilin fevralında Yaltada "Böyük üçlüyün" dövlət başçılarının (Çörçill, Ruzvelt və Stalin) yeni görüşü keçirildi. Krım konfransı adını almış bu konfransda qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir.
Almaniyadan təzminat alınmasının vacibliyi də qeyd olundu. Belə ki, konfrans qərara aldı ki, Almaniya 20 milyard dollar təzminat ödəməlidir və bunun da, 10 milyard dolları SSRİ-yə çatmalı idi. Konfransda SSRİ qərb sərhədlərinin tanınmasına nail oldu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürmüş olduğu öhdəliyə sadiq qaldı. İosif Stalin bunun müqabilində Cənubi Saxalin, Kuril adaları, Mancuriyada Cənub-Şərqi Çin dəmir yolu və Port-Arturun SSRİ-yə verilməsini tələb etdi. Konfransda "Azad edilmiş Avropa haqqında bəyannamə"də qeyd edildi ki, qitə xalqlarının arzularına uyğun demokratik təsisatlar qurmasına təminat veriləcəkdir. Konfransda gələcək Birləşmiş Millətlər Təşkilatının iş qaydaları müəyyənləşdirildi. Yalta konfransının qərarlarının təsdiqi 1945-ci ilin 17 iyul-2 avqustda keçirilmiş Potsdam konfransının qərarları oldu.