Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi

Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi (日本ハワイ移民資料館, Nihon Havay İmin Şiryokan?)Yaponiyanın Yamaquçi prefekturasının Suo-Oşima qəsəbəsində yerləşən muzey. Yaponların Havay adalarına miqrasiya tarixinə həsr olunmuşdur.

Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi
Açılış tarixi 8 fevral 1999
Mövzu Havay adaları yaponları
Ölkə
Yerləşir Suo-Oşima[d]
33°55′16″ şm. e. 132°12′00″ ş. u.
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi xəritədə
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi

Tarixi[redaktə | mənbəni redaktə et]

1885–1894-cü illərdə Suo-Oşimadan Havay adalarına 3.913 yapon şəxs miqrasiya etmişdir və onların bir çox davamçısı Havay adalarında yaşamağa davam edir. Muzey yaponların Havay adalarına miqrasiya tarixini və onların yaşadıqları çətinlikləri işıqlandırmaq məqsədilə 8 fevral 1999-cu ildə (ilk yapon miqrant qrupunun Havay adalarına çatdığı 8 fevral 1885-ci il tarixi münasibətilə)[1] açılmışdır. Muzey üçün eksponatların yığılması prosesi 1995-ci ildə başlamışdır.[2]

Muzey Kaliforniyaya miqrasiya etmiş Çouemon Fukumotoya məxsus olmuş ikimərtəbəli iqamətgahda yerləşir. O, 1924-cü ildə Suo-Oşimaya qayıtmış və 1928-ci ildə bu binanı tikdirmişdir. Fukumoto binanın tikintisində istifadə olunacaq materiallar üçün özü şəxsən Tayvana getmişdir. Qərb və yapon memarlıq üslublarının vəhdətinə malik binanın tikintisi həmin dövrdə 30.000 yen məbləğinə başa gəlmişdir. Binanın ümumi döşəmə sahəsi 442 m2 təşkil edir.[1]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Muzeydə sərgilənən materialların çoxu Havay adalarından qayıtmış şəxslər və onların ailələri tərəfindən muzeyə bağışlanmışdır. Muzeydə miqrasiya tarixinə aid tarixi materiallar və köhnə sənədlər, Havay adalarında istifadə olunmuş alətlər və məişət əşyaları, fotolar, 1963-cü ildən qardaş adalar olan Suo-Oşima ilə Kauai adası arasındakı münasibətlərə aid materiallar sərgilənir. Havay adalarına miqrasiya haqqında məlumat axtarış guşəsində 130 mindən çox şəxsin səyahət qeydləri saxlanılır. Muzeydə yerləşən kiçik teatrda Havay adalarına miqrasiyadan bəhs edən video nümayiş etdirilir. Muzeydə dükkan da yerləşir.[3]

Muzey Havay adaları ilə Suo-Oşima arasında mübadiə mərkəzi funksiyasını yerinə yetirir. Havay adalarından olan bir çox yaponəsilli şəxs öz əcdadlarının tarixini öyrənmək üçün muzeyi ziyarət edir. Muzeydə tədqiqat işləri də aparılır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "日本ハワイ移民資料館". Towa Town (yaponca). 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2023.
  2. 1 2 "About the Museum". Muzeyin rəsmi saytı (ingiliscə). 10 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2023.
  3. "Exhibition information". Muzeyin rəsmi saytı (ingiliscə). 10 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]