"Yaquar" (fr. Le Jaguar) — rejissor Fransis Veberin filmi.[2]
Yaquar | |
---|---|
fr. Le Jaguar | |
Janr | Komediya |
Əsas mövzu | Hindilər, Şaman, yaquar, cəngəlliklər |
Rejissor | Fransis Veber |
Ssenari müəllifi | Fransis Veber |
Baş rollarda |
Jan Reno Patrik Brüel |
Operator | Luçano Tovoli |
Bəstəkar | Vladimir Kosma |
İstehsalçı | Gaumont |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1996, 27 mart 1997[1] |
Filmin növü | bədii film |
Müddət | 98 dəqiqə |
Ölkələr | Fransa |
Dil | fransız dili |
İl | 1996 |
Rəng | rəngli |
IMDb | ID0116676 |
Bir gecə dəbdəbəli Paris mehmanxanasının liftinə 3 nəfər eyni vaxtda minmişdilər. Bunlar Amazonkadan səyahətə gəlmiş hindu, onun tərcüməçisi – uşaqlıqdan hinduların arasında böyümüş fransız Kampana və avara, fırıldaqçı olan Fransua Perren idi. Perren çoxdandır ki, oyun borcuna görə quldurlar tərəfindən təqib olunur. Hindu Vanu gözlənilmədən gücünü itirir, onu xəstəxanada xüsusi reanimasiya otağına gətirirlər. Hindu imkan tapıb öz tərcüməçisinə onun ruhunu kimsə oğurladığını deyir. Vanunun ruhunu qaytarmaq üçün xüsusi bir qəhrəman lazımdır ki, səfərə yollansın. Qəribə olsa da, Vanu bu səfərə Perreni seçir. Perren əvvəl bu işə razılıq vermək istəmir. Amma borcu olan quldurlardan qaçmaq üçün o, Kampana ilə Amazonka meşəliyinə Vanunun ruhunu tapmağa səyahətə çıxır.
Bu səfər vaxtı onunla o qədər qeyri-adi hadisələr baş verir ki, bütün keçmişi ona dəyərsiz görünür.