Yaqub Məmməd oğlu Məmmədov (5 may 1930, Ağcabədi rayonu – 5 iyul 2002, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1990).
Yaqub Məmmədov | |||
---|---|---|---|
Ümumi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Ağcabədi rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||
Vəfat tarixi | (72 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan | ||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | xanəndə | ||
Fəaliyyət illəri | 1949–2002 | ||
Janrlar | muğam, xalq musiqisi | ||
Musiqi aləti | qaval | ||
Mükafatları |
|
Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olmuşdur. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.
Görkəmli xanəndə Seyid Şuşinskidən ve xanəndə Mütəllim Mütəllimovdan muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir.
O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır.
Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.