Yarımçıq əlyazma (roman)

Yarımçıq əlyazma (ing. the incomplete manuscript)— Kamal Abdulla tərəfindən 2004 cü ildə nəşr edilmiş roman.

Yarımçıq əlyazma
incomplete manuscript
Müəllif Kamal Abdulla
Janr roman
Orijinalın dili Azərbaycanca
Tərcüməçi Anne Thompson
Səhifə 288 səh

Kitab Londonda "Pikadili the Fifth View Waterstone Flagman" mağazasındada AAC-nin təşkilatçılığı ilə keçirilmiş tədbirdə təqdim olunub. Tədbirdə həm Azərbaycan, həm də kosmopolit Londondan 100-ə yaxın kitabsevər iştirak edib.

Bu kitab Dədə Qorqud adlı bir ozan tərəfindən Oğuz elindəki xainlərin iç üzünün ifşa olunması ilə bağlı aparılan tədqiqatın hesabatı xarakterini daşıyır. Bu isə , öz növbəsində, XVI əsrdə mövcud olan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə aid başqa bir hekayə ilə sıx əlaqədardır. Bu iki istiqaməti özündə birləşdirən "Yarımçıq əlyazma" romanı ingilis, fransız, italyan, türk, rus, polyak, ərəb, yapon, portuqal, alman və qazax dillərində nəşr olunub.[1][2][3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-11.
  2. Ayna qəzeti, №26 11 iyul, 2009
  3. ""Yarımçıq əlyazma"ya son söz". Senet.az. 2021-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2021.