Yarəziz (fars. يارعزيز) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Yarəziz | |
---|---|
fars. يارعزيز | |
36°39′08″ şm. e. 47°08′05″ ş. u. | |
Ölkə | İran |
Region | Qərbi Azərbaycan ostanı |
Rayon | Təkab şəhristanı |
Əhalisi | |
Əhalisi | 291 nəfər (2006) |
Milli tərkibi | Azərbaycanlılar |
Dini tərkibi | Şiə müsəlmanlar |
Yarəziz yaşayış məntəqəsi 1979-cu ilinin ortalarında Sənəndəcdən buraya hücuma keçən radikal Kürd terrorçuları tərəfindən bir xeyli xəsarətlər almışdır.[1] Kənd 1980-ci illərdə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları tərəfindən etnik təmizləmə məqsədilə yandırılaraq; dinc əhali atəşə tutulmuşdur. Vaxtilə miliyyətçi Kürd terrorçuları tərəfindən bölgədə məqsədyönlü biçimdə yaradılmış təhlükələrə baxmayaraq; kəndin türk kökənli əhalisi müqavimət göstərərək yurdlarını qoruya bilmişlər.[2]
2006-cı il məlumatına görə kənddə 291 nəfər[3] yaşayır (61 ailə).