Yaralı diz qətliamı

Silahlı Amerikalılar və öldürülmüş hindular
Big Foot düşərgəsinin Yaralı diz qətliamından sonrakı vəziyyəti

Yaralı diz qətliamı (ing. Wounded Knee Massacre) - Siu qəbiləsinin üzvlərinin ABŞ silahlı qüvvələrinin əsgərləri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. 29 dekabr 1890-cı ildə 62-si qadın və uşaq olmaqla 153 nəfər Siu hindusu öldürülmüşdür. General Neslon Miles tərəfindən Daxili İşlər Komissiyasına göndərilən məktubda, olay qətliam olaraq adlandırılmışdır.

1890-cı ildə ABŞ dövləti, Siuların Ruh rəqsini ifa etmələrindən narahat olmağa başladı. Bir çoxları bu rəqsin döyüşdən əvvəl, tanrıları köməyə çağıran rəqs olduğunu iddia etməyə başladılar. Əslində ruh rəqsi yalnız milli mədəniyyətin yaşadılması üçün oynanılan rəqs idi. Bununla Siular pozulan hüquqlarına etiraz etmək istəyirdilər. Ordu naziri Siuların döyüşə hazırlaşdığından şübhələnib, VII süvari alayı Payn Ric və Rosbud yaxınlığında Lakota hidnularının yaşadığı düşərgəyə göndərdi. ABŞ ordusunun zabitləri, rəqsin dərhal dayandırılmasını tələb etdilər. 29 dekabr 1890-cı ildə VII süvari alayı Lakota hindularının yaşadığı düşərgəni dağıtmış, yaşanan silahlı qarşıdurmada 25 əsgər və 153 Siu qətlə yetirilmişdir. Bütün bunlara baxmayaraq, hadisə nəticəsində necə nəfərin öldüyü tam məlum deyil. Yaşanan bu qətliam, Amerikada yaşayan hinduların müqavimət əzminin qırılması ilə nəticələndi.

Qətliamın sonrası

[redaktə | mənbəni redaktə et]

ABŞ ordusu, cəsədləri dəfn etmək üçün muzlu insanlardan istifadə etmək qərarına gəldi. Düşərgəyə gələn fəhlələr soyuq havada 84 kişi, 44 qadın və 18 uşaq olmaqla 134 nəfəri dəfn etməyə başladılar. Qətliamdan yaralı xilas olan 7 nəfər isə Yaralı diz sahə xəstəxanasında vəfat etdi. General Nelson Miles, qətliamı törətməkdə günahlandırlan Zabit Forstu vəzifəsindən azad etmişdir. Hərbi tirubunal Forstu yalnız tənqid etməklə kifayətlənmişdir. Törətdiyi əməldə cinayət tərkibi aşkar edilmədiyinindən, Forst sərbəst bıraxılmışdır.

XX əsrin əvvələrində Amerikada fəaliyyət göstərən bəzi mətbuat orqanları, hadisə barədə yazılar yazırdılar. Ancaq dövlətin mövqeyinə zidd olan tənqidi yazıların yazılmasına imkan verilmirdi. Hadisəni törədən şəxslərdən heç biri ciddi şəkildə cəzalandırılmamışdı. Yaralı diz qətliamı 1973-cü ildə Oskar mükafatının təqdim olunma mərasimində bir daha gündəmə gəlmişdir. Həmin il Xaç atası filminə görə Marlon Brandoya Oskar mükafatı verilmişdir. Ancaq Marlon Brando mükafatdan imtina etmiş və tədbirə qatılmamışdır. Tədbirdə onun əvəzinə Saken Litlfizer adlı gənc hindu qadın söz almışdır. Saken Litlfizerin çıxışı:

" Marlon Brando məndən bir məsələ haqqında uzun bir nitq danışmağımı istədi. Ancaq zaman darlığı səbəbindən mən əlimdə olan məktubun ümumi məzmununu sizlərə oxuyacam. Böyük üzüntü ilə bildirmək istəyirəm ki, Marlon Brando Oskar mükafatınından imtina edir. Və bunun səbəbi, bu günlərdə film sənayesinin .... üzr istəyirəm .... və televiziyalarda göstərilən filmlərdə, Amerika yerlilərinə qarşı törədilən qətliamlardır. Yaralı diz qətliamı bir daha hindulara qarşı olan münasibəti göstərmişdir. Bu axşam aranızda olmadığım üçün sizlərdən üzr istəyirəm, ürəklərimiz və fikirlərimiz hər zaman xoş hisslərlə birləşəcəkdir. Marlon Brandonun adından sizlərə təşəkkür edirəm. "