Batabat gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür.
Batabat gölü | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.134 m |
Uzunluğu | 2,5 km |
Yerləşməsi | |
39°32′21″ şm. e. 45°47′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
Rayon | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir.
Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 ha sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir.