Yarpaq tökümü — Məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin ilk dəfə 1930-cu ildə nəşr edilmiş romanı.
Yarpaq tökümü | |
---|---|
türk. Yaprak Dökümü | |
| |
Müəllif | Rəşad Nuri Güntəkin |
Janr | Roman |
Orijinalın dili | Türkcə |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | 1930 |
Tərcüməçi | Vaqif Sultanlı (1994), K.Əliyeva (2006) |
Nəşriyyat | Azərbaycan Ensiklopediyası nəşriyyatı (1994), "Nurlan" nəşriyyatı (2006), "Çinar-çap" nəşriyyatı (2007), "Kitab klubu" nəşriyyatı (2015) |
Cild | Yumşaq |
Səhifə |
224 (1994) 176 (2015) |
Tiraj | 10.000 (1994-cü il nəşri) |
Yarpaq tökümü romanında maddi durum üzündən pis yollara düşən bir ailədən bəhs edilir.
Evin bəyi olan Əli Rza bəy həmişə öz ailəsini öz himayəsi altında saxlamaq istəyir, lakin buna nail ola bilmir.
Əli Rza bəyin özü kimi təmiz qəlbli Xeyriyyə adlı arvadı var.
Onların 5 uşağı olur...
"Yarpaq tökümü" romanı ilk dəfə Vaqif Sultanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş Bakıda "Karvan" dərgisində (1990, XII kitab, s.27-73) dərc olunmuşdur.Vaqif Sultanlının tərcüməsi 1994-cü ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat-poliqrafiya Birliyində, Dəyirman romanı ilə birlikdə kiril əlifbasında 10.000 nüsxədə kitab kimi nəşr olunmuşdur. Həmin tərcümə əsasında roman 2007-ci ildə "Çinar-çap" nəşriyyatında üçüncü dəfə latın qrafikası ilə 500 nüsxədə yayınlanmışdır.
2006-cı ildə roman K.Əliyevanın tərcüməsində "Nurlan" nəşriyyatında 300 nüsxədə nəşr olunmuşdur. Həmin tərcümə əsasında roman 2015-ci ildə Bakı Kitab Klubunda 176 səhifədə, 100 tirajla çap edilmişdir.[1]