Yarpaqsız cuzqun (lat. Calligonum aphyllum) — qırxbuğumkimilər fəsiləsinin cuzqun cinsinə aid bitki növü.
Yarpaqsız cuzqun | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Yarpaqsız cuzqun |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Şərqi Türküstan, Şərqi Çin və Aşağı Volqa sahillərindən təsvir edilmişdir.
Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaqlarının qabığı qırmızımtıl və ya alabəzək-qonur, mərciməkli, otvarı budaqları en kəsikdə dairəvi, nazik, yaşıl və ya açıq yaşıl, hamar, 2-6-ya qədər topa halında budaqların buğumlarından çıxır. Buğumarası hissələrin üst tərəfi ağ, pərdəvari, kənarlı, kütuclu, sonralar isə iki dilimə bölünən, qınvarı yarpaqaltlığı borusu ilə nəhayətlənir. Yarpaqları xırda, 2–3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc hissədən azca genişlənmişdir. Zoğları otvari, düz buğumlu, yarpaqsızdır. Çiçəklərin 2-si (1-3) birlikdə yarpaq qoltuğundan çıxaraq, uzunluğu 4–5 mm olan, çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında yerləşir. Çiçək yanlığının hissələri qeyri-bərabər, xaricdəkilər enli-yumurtavari, uzunluğu 3 mm, arxa tərəfdən yaşıl, kənarlardan geniş, ağ bürüncəkli, daxildəkilər nisbətən ensiz, qısa və ağ, arxa tərəfdən çəhrayıdır. Meyvəsi kürəvi olub, ikiqat qanadlıdır. Uzunluğu 15–20 mm, eni 14–18 mm-dir. Fındıqcıqların tilləri küt, azca irəli çıxıq, qanadların kənarları bütöv və ya çətin seçilən, dəyirmi dişli olmaqla demək olar ki, bütöv, qanadların səthi çılpaqdır.
May ayında çiçəkləyir, meyvəsi iyun aylarında yetişir.
Abşeron yarımadası qumluqlarında az-az təsadüf edilir. “Qırmızı kitaba” daxil edilməsi vacibdir.
Yarpaqsız cuzğunun oduncağı sıx, ağır, yaxşı cilalanır, kömür hazırlanır, tərkibində tannidlər vardır. Yaşıllaşdırmada çox az halda istifadə olunur.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine