Yasemin Əcəm Anagöz (türk. Yasemin Ecem Anagöz; 14 oktyabr 1998, İzmir) — Türkiyəli idmançı. Məşğul olduğu idman növu oxatmadır. Olimpiya və Avropa Oyunlarının iştirakçısı olub.
Yasemin Anagöz | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 14 oktyabr 1998 (26 yaş) |
Doğum yeri | |
İdman növü | oxçuluq[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Yasemin Ecem Angagöz 14 oktyabr 1998-ci ildə Türkiyənin İzmir şəhərində dünyaya gəlib. Hal hazırda "Göztepe" klubunda çıxış edir [2].
Yasemin Anagöz ölkəsini 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında təmsil edib. O Avropa oyunlarında 1/4 finala qədər yüksəlir ancaq burada Yunan oxatan Evangelia Psarraya 0: 6 hesabı ilə məğlub olur[3] . Avropa oyunlarında göstərdiyi nəticəyə görə 13-cu yeri tutur[2].
2015-ci ildə Kopenhagendə keçirilən Dünya Çempionatında fərdi və komanda yarışlarında iştirak edir. Fərdi turnirin ilk turunda Belarusiyalı Anna Marusovanı məğlub edir ancaq daha sonra Çinli Vu Jiaxinə məğlub olur[4] .
Komanda yoldaşı Mete Gazoz ilə birlikdə 2017-ci ildə Rosarioda keçirilən Gənclər arasında Dünya Çempionatında qarışıq cütlüklərdə bürünc medal qazanır[5].
2018-ci ildə, finalda Danimarka Maya Jageri məğlub edir .
Əlavə olaraq Aybüke Aktuna və Gülnaz Coşkunla birlikdə finalda italyanları məğlub edərək komanda yarışlarında çempion olur[6].
Anagöz 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edib.[7]