Yasin Mikayıl oğlu Qarayev (22 may 1946, Dəllər Cırdaxan, Şamxor rayonu) — Azərbaycanın tanınmış teatr və televiziya aktyoru və ikinci rejissor, Azərbaycanın xalq artisti (2006), "Qızıl Dərviş" mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.
Yasin Qarayev |
Doğum tarixi |
22 may 1946(1946-05-22) (78 yaş) |
Doğum yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Vətəndaşlığı |
|
Fəaliyyəti |
aktyor |
Fəaliyyət illəri |
1974-cü ildən |
Təhsili |
|
Mükafatları |
19912006 |
Yasin Qarayev 22 may 1946-cı ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub.1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmiş, 1974-cü ildən[2] Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Doğma teatrın səhnəsində aşağıdakı rolları ifa etmişdir:
- 1. Aşıq Vəli, Mahmud — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov)
- 2. Cəlal — ("Komsomol poeması", İskəndər Coşğun)
- 3. Volodya Kulikov — ("Unutmayın", Yusif Əzimzadə)
- 4. Elşad — ("Şəhərli oğlan", Qeybulla Rəsulov)
- 5. Əziz — ("Sağlıq olsun", İsi Məlikzadə)
- 6. Qarakişi — ("Gəl qohum olaq", İsi Məlikzadə)
- 7. Qulu — ("Tamahkar", Süleyman Sani Axundov)
- 8. Azər — ("Mahmud və Məryəm", Elçin)
- 9. Əflətun — ("Ölüm hökmü", Elçin)
- 10. Qələndərov — ("Olmuş əhvalat", Aqşin Babayev)
- 11. Qafar – ("Çimnaz xanım yuxudadır", Süleyman Rüstəm)
- 12. Əmi — ("Nənənin kələyi", Əhməd Orucoğlu)
- 13. Kürən – ("Yaddaş ağrısı", Hüseynbala Mirələmov)
- 14. Qafar — ("Çimnaz xanım yuxudadır", Süleyman Rüstəm)
- 15. Aşıq Vəli – ("Yağış, yağmur və daldan atılan daş", Nəcəf bəy Vəzirov)
- 16. Mister Bambl – ("Oliver Tvistin macəraları" Ç. Dikkens)
- 17. Hacı Qara – ("Hacı Qara" M. F. Axundxzadə)
- 18. Vəzir – ("Əlincə qalası" Dilsuz)
- 19. Balaəmi — ("Sarıköynəklə Valehin nağılı" İ. Əfəndiyev)
- 20. Bulmaq — ("Qohumlar" V. Şuqrayeva, Ə. Əmirli)
Yasin Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist, 2006-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə[3] və 6 may 2015-ci ildə[4] Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.[5] 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[6]
- Şeytan göz qabağında (film, 1987)
- Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası) (Aztv)
- Ömürdən uzun gecə (film, 1996)
- Fatehlərin divanı
- Nigarançılıq (film, 1998)
- Bağdada putyovka var... (film, 2000)
- Gəl qohum olaq (film, 2001)
- Yol yoldaşları (film, 2003)
- Mükafat (film, 2004)
- Ərazi (film, 2005)
- Bəylik dərsi (film, 2007)
- Laplandiyalı qonaq (film, 2009)
- Qaynanamız (serial 2015)
- Bir xalanın sirri (film, 2018)
- Qaragöz (film, 2018)