Yastıqəlsəməlilər

Yastıqəlsəməlilər (lat. Elasmobranchii) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan yarımsinfi. Akulalar və skatlar daxil olan bu sinifaltının nümayəndələrində başın önündə rostrum adlanan çıxıntı, yanlarında 5-7 qəlsəmə yarığı var. Bu yarıqların üzərini örtən ümumi dəri qatlaq yoxdur, qəlsəmə yarpaqcıqları yastıdır. Pulcuqlar plakoiddir, kloaka var. Kəllə amfistil və ya hiostildir, fəqərə cisimləri inkişaf edib. Quyruq heteroserkaldır. Erkəklərdə qarın üzgəclərinin daxili hissəsində barmaqvari çıxıntı əmələ gəlir ki, bu kopulyasiya orqanıdır. Yastıqəlsəməlilər sinifaltına iki dəstəüstü daxildir: Akulalar-Selechomorpha və skatlar- Batomorpha.

Yastıqəlsəməlilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Yarımsinif:
Yastıqəlsəməlilər
Beynəlxalq elmi adı