Asada Qoryu (麻田 剛立?, 10 mart 1734[1] və ya 6 fevral 1734, Kitsuki hanı[d], Saykaydo[d] – 25 iyun 1799[1], Osaka[d], Osaka) – Yaponiya astronomu və həkimi. Yaponiyada müasir astronomiyanın qabaqcılı olmuş,[2] Yaponiyada təqvim islahatında vacib rol oynamışdır.[3] Yaponiya astronomlarının ənənəvi Çin texnikalarından Qərb texnikalarına keçid etməsi üçün ilham mənbəyi olmuşdur.[3]
Asada Qoryu | |
---|---|
yap. 麻田剛立 | |
Doğum tarixi | 10 mart 1734[1] və ya 6 fevral 1734 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 1799[1] (65 yaşında) |
Vəfat yeri | |
Tanınmış yetirmələri | Takahaşi Yoşitoki, Yamaqata Banto[d], Hazama Şiqetomi[d] |
Asada Kitsuki hanında yaşayan konfusiçi alim və həkim Keysay Ayabenin dördüncü oğlu idi.[3][a] Doğulanda ona Yasuaki adı verilmişdi.[3] Astronomiya və tibb öyrənmiş, 1767-ci ildə daymyonun rəsmi həkimi təyin olunmuşdur.[3] Tezliklə təqvim elminə maraq göstərməyə başlamışdır.[3] O, 1772-ci ildə astronomiya ilə məşğul olmaq üçün həkimlik vəzifəsini tərk etmək istəsə də, daymyo ona bu icazəni verməmişdir.[3] Buna görə də daymyonu qeyri-qanuni şəkildə tərk etmişdir.[3] Osakaya qaçmış, adını Asada Qoryu olaraq dəyişdirmiş, astronomiyaya daha çox vaxt ayırmağa başlamışdır.[5]
Asada təqvim araşdırmalarındakı uğurlarına görə tanınmış, öz təqvim sistemini yaratmışdır.[5] Yoşitoki Takahaşi, Şiqetomi Hazama və Taçu Nişimura kimi alimlər onun şagirdləri olmuş, Sencinkan akademiyasını yaratmışdırlar.[5] 1795-ci ildə Tokuqava şoqunluğu onu Horyaku təqviminin islahatı layihəsinə dəvət etmiş, lakin səhhətindəki problemlərə görə təklifi rədd etmişdir.[5] Bunun əvəzində Takahaşi və Hazamanı tövsiyə etmişdir.[5] Onlar Edoya gedərək Asadanın yerini tutmuşdurlar.[5] Asada məktəbinin işi nəticəsində 1798-ci ildə Kansey təqvimi islahatı baş tutmuşdur.[5] Bu, Yaponiyada Qərb konsepsiyalarına əsaslanan ilk təqvim islahatı olmuşdur.[5] Çox içməkdən qaynaqlanan sağlamlıq problemlərinə görə 1799-cu ildə ölmüşdür.[5]
Asada Yaponiya astronomiyasında bir çox ilkə imza atmışdır.[5] O, günəş ləkələrini müşahidə edərək Günəşin fırlanmasını ölçən ilk yapon astronom olmuşdur.[5] O, tropik i haqqında Şo-Ço qanununu,[5] eləcə də, Keplerin üçüncü qanununu müstəqil şəkildə kəşf etmişdir.[2]
Asada rasional və empirik metodlardan istifadə etməyə üstünlük vermişdir.[5] Onun araşdırmaları Kiotoda yaşayan bürokratik Tsuçimikado ailəsinin astronomları ilə ziddiyyət təşkil edirdi.[5] Asada məktəbi Qərb modellərini öyrənmiş, ənənəvi Çin cihazlarını müasir ləvazimatlarla əvəz etmişdir.[5] Asada şagirdlərini sistematik müşahidələr aparmağa təşviq etmişdir.[5]