Yasuke

Yasuke (müxtəlif mənbələrdə 弥助, 弥介, 彌助 və ya 彌介 kimi yazılır; d. 1555 - ö. 1590) – ilk qaradərili samuray. 1581-1582-ci illərdə hegemon hərbi sərkərdə Oda Nobunaqaya xidmət edib və onun samurayı olub.[1]

Yasuke
yap. 弥助
Doğum tarixi 1530-cu illər
Doğum yeri
Vəfat tarixi bilinmir
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti Samuray
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adı və mənşəyi[redaktə | mənbəni redaktə et]

Yaponiyada səyahət edən Nanban dəstəsi.

Yasuke adını ona Oda Nobunaqa verib, lakin niyə məhz həmin adın verilməsinin səbəbi və vaxtı məlum deyil.[1]

Onun həqiqi adı heç bir bilinən mənbədə qeyd edilmədiyi üçün Yasukenin ona ilkin adına əsasən və ya tamamilə sahibinin seçimi olaraq verilib-verilmədiyini müəyyənləşdirmək mümkün deyil.[1]

1627-ci ildə Yezuitlər ordeninin üzvü François Soiler "Histoire Ecclesiastique Des İsles Et Royaumes Du Japon" adlı əsərində Yasukenin Mozambikdən olma ehtimalını irəli sürür. Lakin Soilerin yazısında heç bir dəlil olmadığı üçün Yasukenin Portuqaliya, Anqola və ya Efiopiyadan olma ehtimalı da yaranır. Həmçinin, o, həmin dövrdə Yaponiyada çoxluq təşkil edən, Hindistan dövlətinə çalışan afrikalı muzdlu da ola bilərdi.[1]

2013-cü ildə daha çox əyləncə xarakteri daşıyan "Dünya sirlərinin kəşfi" verilişinin araşdırması meydana çıxarır ki, Yasuke Yasufe adlandırılan makua (makua və ya makhuva – Afrikanın cənub-şərqində və də Mozambik ərazisində ən böyük etnik qrup) olub. Lakin bu veriliş o qədər də ciddi jurnalist araşdırmasına əsaslanmırdı. Onların irəli sürdüyü nəticələr də dəlillərə dayanmırdı. Belə ki, 1585-ci ilədək Portuqaliyanın Mozambiklə bağlı əhəmiyyətli münaqişəsi yaşanmayıb. Yasuke o vaxt portuqaliyalılarla təmasa gələn yao xalqının üzvü də ola bilər. Hətta bu nüans ona verilən yapon adının da izahına çevrilə bilər; "yao" sözünə "suke" ümumi yapon kişi adı suffiksinin artırılması.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

İlk illər[redaktə | mənbəni redaktə et]

Yasuke Yaponiyaya 1579-cu ildə buraya Hindistandakı (bu isə Şərqi Afrika, Cənub-şərqi Asiya deməkdir) yezuit missiyasından müşahidəçi (inspektor) kimi təyin olunan əslən italiyalı yezuit Alessandro Valinyanonun qulluqçusu kimi gəlmişdi. O, Alessandro Valinyanonu 1581-ci ilin martına qədər paytaxta yaxın ərazilərədək müşayiət etmişdir.[1]

Bir gün əhalinin onu görmək istəyi bir neçə nəfərin ölümcül əzilməsinə səbəb olur, yezuitlər qorxur ki kilsələri dağılacaq. Lakin faciənin qarşısını almaq olur. Həmin vaxt Nobunaqa yaxınlıqdakı məbəddə qərargah salmışdı. Səs-küyü eşidən və vəziyyətdən xəbərdar olan Nobunaqa onu görmək istədiyini bildirir. Nobunaqa onun mürəkkəblə rənglənmədiyinə əmin olmaq üçün Yasukenin belinə qədər soyunmasını tələb edir və dərisinin təmizlənməsini (rəngini qaşımasını) istəyir. Onun həqiqətən də qara dərili olduğuna inanandan sonra Nobunaqanın gözləri işıldayır, sanki simasına rəng gəlir və o, ya Nobunaqanın yanına qulluğa keçirilir, yaxud da keçirilməklə bağlı icazə alır.[1]

Bu hadisələri 1581-ci ildə yezuit Luis Frois əməkdaşı Lorenço Mexiaya məktubunda qələmə alıb. Həmçinin, həmin hadisə 1582-ci ildə Frois tərəfindən hazırlanan yezuitlərin fəaliyyəti ilə bağlı illik hesabatında öz əksini tapır. Bu materiallar 1598-ci ildə "Cartas que os padres e irmãos da Companhia de Jesus escreverão dos reynos de Japão e China II" və ya əsasən sadəcə "Cartas" kimi tanınan məcmuədə nəşr olunur.[1]

Sərkərdə Nobunaqanın xronikasında (信長公記 / "Şinço Koki") bunlar təsvir olunur: "2-ci ayın 23-də (23 mart 1581-ci il) qara səhifə (黒坊主, kuro-bōzu?) xristian ölkələrindən gəldi. Bu adam sağlam və yaxşı görünüşlü, yaxşı davranışlı idi. Nobunaqa Yasukenin gücünə qiymət verdi və onu 10 adi kişi gücü ilə müqayisə etdi. Nobunaqanın qardaşı oğlu, Tsuda Nobusimi, onların ilk görüşündə qaradəriliyə müəyyən qədər pul verdi".[1]

May ayında Yasuke Nobunaqa ilə onun Azuçidəki qəsrinə gedir. Matsudayra İetada xatirəsində Yasukeni 6 şaku 2 sun (188 sm) təsvir edir: "O qara idi, onun dərisi kömürə bənzəyirdi. Əgər həqiqətən də o elə hündür idisə, bu, o vaxtın yaponları üçün olduqca heybətli ölçü idi, baxmayaraq ki, Nobunaqa özü heç də qısa adam deyildi".[1]

Oda Nobunaqa

Onun 24, 25, 26 (Qərb mənbələrində 27) yaşı olduğu qeyd edilir.[1]

May ayında Yasuke yezuitlərin eçizenə kiçik səyahəti zamanı onları müşahidə edir və burada yaponlarla danışığı Nabunaqanın xoşuna gəlir. Valinyano mərkəzi Yaponiyanı tərk etmədən (1 il öncə) Nobunaqanın xahişi ilə Yasukeni onun yanında saxlayır.[1]

Böyük ehtimalla Yasuke yapon dilini bilirdi. Yəqin Valinyano missiya ilə əlaqədar ona dil və adət-ənənə, maksimum şəkildə yerli əhaliyə uyğunlaşması üçün bütün bilgiləri öyrətmişdi. Çünki qeydlərə görə Nobunaqa Yasuke ilə söhbət etməyi sevirdi. Hər halda Nobunaqanın portuqal, Yasukenin isə klassik Çin dilini bilməsi ehtimalı sıfıra bərabərdir.[1]

Onlar kifayət qədər sıx dost münasibətlərinə malik idilər və o, yeganə qeyri-yapon döyüşçü idi. Bütün bunlar Yasukenin sürətli yüksəlişinə kömək edirdi. Deyilənə görə, hətta Yasukenin tono (殿?) olmaq ehtimalı da varmış, lakin o ancaq samuray ola bilir.[1]

Yasuke həmçinin Maeda qəbiləsinin arxivindəki Sonkeykaku Bunkoya (尊経閣文庫?) məxsus Şinçokoki prototipində xatırlanır. Buna görə də, Nobunaqa Yasukeyə yaşayış evi, qısa mərasim katanası verir. Həm də onu silah daşıyan vəzifəsinə təyin edir.[1]

Nobunaqadan sonra[redaktə | mənbəni redaktə et]

1582-ci ildə Nobunaqa Akeçi Mitsuhidenin qoşunları tərəfindən hücuma məruz qalır və Kiotonun Honno məbədində seppuku həyata keçirməyə məcbur olur. Yasuke də həmin vaxt döyüşür və Nobunaqanın ölümündən sonra Nico qəsrində Oda qüvvələrini toplamağa çalışan Nobunaqanın varisi Oda Nobutadanın dəstələrinə qatılır və uzun zaman Nobutadanın qüvvələri ilə birgə mübarizə aparır, ancaq sonunda qılıncını Akeçinin ordusuna təslim edir. Qalib gələn Akeçidən Yasukenin taleyi ilə bağlı soruşanda o, belə cavab verir: "qara adam vəhşi idi və heç nə bilmirdi, o, yapon deyildi, buna görə də öldürülməməlidir. Lakin nanban-dera və ya nanban-ciyə aparılmalıdır (yaponların yezuit kilsəsini adlandırdıqları kimi "cənub varvarları")".[1]

Akeçinin bu formada deməsi, Yasukeyə yazığının gəlməsi və onu öldürməmək üçün açıq səbəb verməsidir. Həm də yapon məbədlərində buddalar qara rəngdə təsvir olunurdu. Bununla yanaşı, bəlkə də Akeçi siyasi qarışıqlıq dövründə əldə edə biləcəyi müttəfiqlərini itirmək yerinə qazanmaq, beləliklə də yezuitlərin xətrinə dəymək istəmədi.[1]

Bundan sonrakı dövrdə Yasuke ilə bağlı heç bir yazışma qalmamışdır. Lakin Froisin "Yaponiya tarixi" əsərində 1584-cü ildə Arima Harunobunun dəstəsində afrikalı qaradərili topçu haqqında qeydləri var. Ancaq Yaponiyada avropalı və yaponiyalı iş adamlarının sərəncamında, eləcə də azad şəkildə afrikalının çoxaldığı bir dönəmdə bu qaradərilinin də Yasuke olmama ehtimalı yüksəkdir.[1]

Populyar mədəniyyətdə[redaktə | mənbəni redaktə et]

Yasuke 1968-ci ildə nəşr olunan uşaqlar üçün tarixi, fantastik "Kuro suke" (くろ助?) romanının qəhrəmanıdır (müəllif: Yoşio Kurusu). Əsər Yasukenin Nobunaqanın ordusundakı həyatına ən uyğun hesab oluna bilər. Kitab Yaponiya Uşaq Yazıçıları Assosiasiyası tərəfindən 1969-cu ildə mükafatlandırılıb.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 "Yasuke – ilk qaradərili samuray". Yapon.az (az.). 12 yanvar 2017. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.