Yasukuni məbədi

Yasukuni məbədi (yap. 靖國神社) — Tokioda yerləşən qədim məbədlərdən biri.

Yasukuni məbədi
靖國神社
Xəritə
35°41′38″ şm. e. 139°44′33″ ş. u.HGYO
Ölkə  Yaponiya
Şəhər Tokio
Yerləşir Çiyoda
Aidiyyatı Şintoizm
Tikilmə tarixi iyun 1869
Üslubu Şinmei-zukuri
Vəziyyəti fəaliyyətdədir
Rəsmi sayt yasukuni.or.jp
Yasukuni məbədi (Yaponiya)
Yasukuni məbədi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yasukuni 1869-cu ildə imperator Meydzinin əmri ilə Tokioda vətəndaş müharibəsində həlak olanların xatirəsinə tikilən sintoist məbəddir.[1] Digər sintoist məbədlərdən əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burda Yaponiya və imperator uğrunda həlak olan döyüşçülərin ruhuna ibadət edilir. Bu məbədin ali ilahəsi Yaponiya imperatoru hesab olunur.[1][2]

Yasukuni məbədində tikildiyi dövrdən II dünya müharibəsinədək baş verən 11 müharibədə həlak olan 2,5 milyon döyüşçünün adı yazılmışdır.[3] Məbəddə həlak olan döyüşçülərin ruhuna ibadət edilməsi imperator uğrunda canını verən döyüşçülərin allahlara bərabər tutulması deməkdir.[1]

Tarixdə indiyədək ən çox yapon II dünya müharibəsində həlak olmuşdur. Bu müharibədə həlak olan 2,1 milyon nəfərin adı Yasukuni məbədində ilahiləşdirilmişdir. II dünya müharibəsindən sonra ölüm hökmünə məhkum olunan 1068 nəfər, o cümlədən bəşəriyyət əleyhinə cinayətdə ittiham olunan keçmiş Baş nazir və 13 generalın adı da burda müqəddəsləşdirilmişdir. Burda həmçinin Tokio prosesində ittiham olunan yapon hərbçilərə bəraət verilməsini tələb edən yeganə hakim hindistanlı Radxabinod Pala da heykəl qoyulmuşdur.[1]

Bütün bunlara görə XX əsrin I yarısında Yaponiyanın təcavüzünə məruz qalan Çində, Yaponiyanın keçmiş müstəmləkəsi olan Koreyada Yasukuni məbədi yapon hərbi qüdrətinin simvolu hesab edilir. Yaponiya rəsmiləri tərəfindən məbədin ziyarət edilməsi isə militarizm hərəkəti və yapon təcavüzündən həlak olanların xatirəsinə təhqir kimi qiymətləndirilir.[1]

Yeni dövrdə Yaponiya rəsmiləri Yasukuni məbədini ziyarətdən ənənəvi olaraq proseslərə dərhal reaksiya üçün istifadə edirlər. Belə ki, keçmiş baş nazir Cuniçiro Koyzumi bu məbədə getməklə ÇinCənubi Koreya ilə münasibətlərə yön vermək üçün istifadə edirdi. Maraqlıdır ki, yapon imperatorları 1978-ci ildən özlərinin baş ilahə hesab olduqları Yasukunini ziyarət etmirlər.[1]

26 dekabr 2013-cü ildə Yaponiyanın Baş naziri Şinzo Abenin Tokioda Yasukuni məbədini ziyarət etməsi diplomatik qalmaqal yaratmışdır. Çin, Cənubi Koreyanın və Rusiyanın rəsmiləri öz etirazlarını bildirmişlər.[1]

İllik təntənələr

[redaktə | mənbəni redaktə et]
Mitama Festivalı
Yasukuni Mitama Fənərləri
Hayden bənövşəyi rəng pərdələrlə
  • Yanvar 1:
    • 08:00 (yap. 新年祭) (Yeni il festivalı)[4]
  • Yanvar 7: (yap. 昭和天皇 武蔵野陵 遙拝式) (Musaşi İmperator Qəbiristanlıqında sitayiş)
  • Yanvar 30: (yap. 孝明天皇 後月輪東山陵 遙拝式) (İmperator Komi mavzoleyində sitayiş)
  • Fevral 11: (yap. 建國記念祭) (Yaponiyanın birinci imperatoru Cimmunun ildönümü ilə əlaqədar keçirilən bayram)
  • Fevral 17: (yap. 祈年祭) (Yaz festivalı)
  • Aprel 21–23: (yap. 祈年祭) (İllik yaz festivalı)
    • Aprel 19: (yap. 直会) (Ziyafət)
    • Aprel 21: (yap. 清祓) (Təmizləmək mərasimi)
  • Aprel 29: (yap. 昭和祭) (İmperator Şovanın ad günü)
  • İyul 13–16: (yap. みたままつり) (Mitama Festivalı)
  • Oktyabr 17–30: (yap. 秋季例大祭) (İllik payız festivalı)
    • Oktyabr 17: (yap. 清祓) (Təmizləmək mərasimi)
    • Oktyabr 20: (yap. 直会) (Ziyafət)
  • Noyabr 23: (yap. 新嘗祭) (Birinci meyvələr festivalı)
  • Dekabr 31: (yap. 除夜祭) (İl sonu ritual)

Tanrısal təsbit

[redaktə | mənbəni redaktə et]

Yasukuni məbədinin simvolik reyestrində üzərində 2.466.000 Kami (tanrıları) tanrısal təsbit olunmuşdur.[5] Təsbit olunmaq Yapon mənşəli insanlara müstəsna deyil.

Uyğun kateqoriyalar

[redaktə | mənbəni redaktə et]

Bir qayda olaraq, siyahıya Yaponiyaya görə müharibə zamanı həlak olmuş hərbi qulluqçular məhduddur. Siyahıya müharibə zamanı həlak olmuş vətəndaşlar daxil deyil, nadir istisnalardan başqa. Mərhum siyahıya düşmək üçün aşağıdakı kateqoriyalara birinə düşməlidir:

  1. Həyatını itirmiş Okinavalı evakuasiya olan məktəblilər
  2. Müharibə zamanı Sovet QULAQ-ında həlak olmuş vətəndaşlar
  3. Müharibə zamanı həlak olmuş hərbi qulluqçular
  4. Müharibə zamanı həlak olmuş səfərbər və ya könüllü vətəndaşlar
  1. 1 2 3 4 5 6 7 Həbibbəyli, Ərəstün. "Diplomatiyanın məbəd düyünü". newtimes.az (Azerbaijani). 5 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 August 2014.
  2. "History". 2021-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-23.
  3. "Deities". 2016-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-04-13.
  4. "Yasukuni Schedule". 2013-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-08.
  5. Nobumasa, Tanaka. "Yasukuni Shrine and the Double Genocide of Taiwan's Indigenous Atayal: new court verdict". Znet. 2004-05-27. 2004-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-04-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]