Yatağan dəmirtikan

Yatağan dəmirtikan (lat. Tribulus terrestris) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinin dəmirtikan cinsinə aid bitki növü.

Yatağan dəmirtikan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Birillik ot bitkisi olub, nazik, düz kökləri olur. Gövdəsi budaqlanan olub, uzunluğu 10-60 (120) sm-dir. Yarpaqları qarşı-qarşıya, cüt cüt, mürəkkəb lələkvari, 6-8 olmaqla, cüt-cüt yerləşən uzunsov yarpaqcıqdan ibarət, uzunluğu 3-8 sm, eni isə 1,5-2 sm-dir. Çiçəkləri qoltuq yarpaqlarından ibarət, qısa ayaqcıqlı, tək, azsaylı, kiçık, 1,2 sm diametrində çiçək tacından ibarətdir. İkiqat çiçək yanlığı, düzgün, beşüzvlü olmaqla, 10 erkəkcikdən ibarətdir. Yetişən zaman meyvələri 5 ulduzşəkilli künclü və 4 ədəd uzun və sərt tikan və çoxsaylı qabarcıqlardan ibarətdir. Çiçəkləri yaşıl-sarı, yarpaqları yaşıl, meyvələri isə açıq-yaşıldır. Özünəməxsus zəif iylidir.

Alaq otu kimi məndəcər yerlərdə, yolların ətrafında, çay boyunca, qumsal torpaqlarda, alaq, bostan bitkiliyində, qumsal çimərlik balıqqulağı qarışıq torpaqlarda, şose və dəmiryol ətraflarında rast gəlinir. Mədəni şəkildə yaxşı inkişaf edir.

Bütün yay ərzində toplanılır. Kök və yerüstü hissələri torpaqdan çıxarılaraq təmizlənir. Toplanılmanın əl ilə aparılması zamanı tikanların ələ batmasından qorunmaq lazımdır. Xammal 20 sm qalınlığında kağız və ya parça üzərində sərilməlidir. Qurudulmanın quruducu şkafda aparılması daha yaxşıdır.

Sürünən gövdəsi xammaldır.

Xammalın toplamasından bir neçə il sonra təkrar aparıla bilər. Bu tədbir bitkinin özünübərpa prosesinə yönəldilir.  Quru, havalı yerlərdə saxlanılmalıdır. Saxlanılma müddəti 5 ildir.

Tərkibi  və təsiri

[redaktə | mənbəni redaktə et]

Tərkibində steroid saponinlər (trillin, diosçin, qraçillin, protodiosçin), flavonoidlər, alkaloidlər və aşı maddələri vardır. Bikidən «Tribusponin» preparatı hazırlanır.

"Tribusponin" preparatı. Bu preparat 0,1 q olub, tərkibi steroid saponinlərdən ibarətdir. Antiaterosklerotik dərman maddəsidir. Bütöv və ya xırdalanmış yarpaq, gövdə, kök və meyvələrindən qarışıq hazırlanır. Ekstraktından kompleks preparat olan "Fitovit", "Speman", "Speman forte" adlı dərmanlar hazırlanır.

Hipolipidemik, hipoxolesteremik və hopotenzivdir.

Bitkidən hazırlanan ekstrakt ödqovucu, diuretik, mədə şirəsini və bağırsağın peristaltikasını artırır.

Farmakoloji tədqiqatlarla aşkar edilmişdir ki, tərkibində olan tribusponin eksperimental olaraq qanda xolesterinin miqdarını azaldır. Antisklerotik təsiri tərkibində olan steroid saponinlərin lipid mübadiləsinə təsiri ilə izah edilir. Tribusponin eyni zamanda ürək-damar sisteminə təsir edərək ürək vurğularını yavaşıdır, miokardın qanla təchizini yaxşılaşdırır, diastolanı uzadır və koronar qan dövranı normallaşdırır.

Tribusponin antikoaqulyant təsir edərək, protrombin indeksini aşağı salaraq, qanın laxtalanmasını azaldır.

Tribusponin profilaktik və müalicəvi məqsədlə, ateroskleroz, ürəyin işemik və hipertoniya xəstəliyində tətbiq edilir. Bu preparatla aterosklerozun müalicəsində lipoproteinlərin miqdarını aşağı düşürməklə, arterial təzyiqi azaldır, baş ağrısı və qulaqlarda küy yox olur. Ateroskleroz fonunda gedən şəkərli diabet zamanı bu preparat lipid və karbohidrat mübadiləsini nizama salaraq qanda şəkərin miqdarını azaldır. Periferik damarların genişlənməsinə kömək edir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 387.