Yatmaq

Yatan qız

Yuxubeynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir.

Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır.

Yuxunun fiziologiyası

[redaktə | mənbəni redaktə et]

Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir.

Yuxu elmi izahı

[redaktə | mənbəni redaktə et]

Bu haqda alimlərin bir çox fikirləri vardır.

  • Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır. Və onu fiziki amillərlə əlaqələndirirlər.
  • Bəziləri alimlər isə belə düşünürlər ki, cismi fəaliyyət nəticəsində bədəndə xüsusi maddə cəm olur ki, bu da əsəb sisteminə təsir göstərir və insanda yuxu halı meydana gətirir. Və bu hal o zamana qədər davam edir ki, həmin maddə bədən tərəfindən tamamilə sorulur. Buna görə də onu kimyəvi amil adlandırırlar.
  • Bəziləri isə yuxunu bir növ əsəb amili ilə əlaqələndirirlər və deyirlər ki, insan beynində yerləşən fəal əsəb sistemi əzaların hərəkətini təmin edir. Və çox yorğunluq nəticəsində yorularaq sönür. Bu da əsəb amilidir.

Bütün bu nəzəriyyələr yuxunu qanedici dərəcədə izah etmirdilər. Ancaq bütün bu amillərin də təsiredici olduğunu inkar etmək də mümkün deyildir.[1]

Harvard Səhiyyə Məktəbi ilə Afina Universitetinin alimləri 6 ildən artıq müddətdə 26–86 yaş arasında olan 23 681 nəfər üzərində apardıqları təcrübə nəticəsində müəyyən etmişlər ki, gündüzlər iş arası qısa müddətli yatan adamlar ürək xəstəliklərinə daha az tutulurlar. Belə adamlarda ürək xəstəliklərin gündüzlər yatmayan şəxslərə nisbətən 37 faiz az müşahidə olunmuşdur. Alimlərin fikrincə, həyəcan və narahatlıqlarla yüklənmiş gün ərzində qısa müddətli yuxu stress və yorğunluğu bədəndən çıxartmaq üçün ən yaxşı vasitədir..[2]

Yuxusuzluq nəinki bizim üçün, hətta ətrafımızda olanlar üçün də pisdir. Hesablamalara əsasən hər il yuxulu sürücülərin səhvi ucbatından on minlərlə yol qəzası baş verir. 1920-ci illərlə müqayisədə indi Böyük Britaniyada insanlar gecə təxminən 8 saat yatırlar.[3]

Yuxu pozğunluqları

[redaktə | mənbəni redaktə et]

Yuxu pozğunluğu deyildikdə ən çox qarşılaşılan vəziyyətlər: yata bilməmək, yuxuya getməmək, yuxu kəsilməsi ya da səhər erkən saatda oyanıb yenidən yuxuya getməmək nəzərdə tutulur. Lakin çox yatmaq ya da yastığı görər-görməz yuxuya getmək də yuxu pozğunluğudur. Yuxusuzluğun ən çox bilinən növü psixofizioloji olanıdır. Bütün yuxu xəstəliklərinin əlaməti olaraq ortaya çıxa bilir. Bundan başqa daxili, psixiatrik və dərmanlarla əlaqəli vəziyyət də yarana bilər. Psixofizioloji yuxusuzluq tipik olaraq stres kimi faktorlar baş verərkən əmələ gəlir. Psixofizioloji yuxusuzluqda bütün diqqət yata bilməmək üzərində toplanır. İdiopatik yuxusuzluq vəziyyəti isə xroniki və ciddi yata bilməmək və yuxunu davam etdirə bilməməkdir. Yataqda olarkən yuxuya getmək vaxtı çox uzun ola bilir və yuxu qısa oyanmalara parçalanır. Buna səbəb olan nevroloji pozulma yüngül ilə şiddətli dərəcələrdə olduğu kimi yata bilməmək də yüngül və ya ağır və hətta dayanılmaz ola bilir. Daha kəskin hallarda xəstələr iş görə bilməyəcək vəziyyətə düşürlər. Bununla birlikdə, yuxuda gəzmək, yuxuda qorxu kimi yuxu pozuqluqları da geniş yayılmışdır. Yuxusuzluq tez-tez rast gəlinən və müalicə edilə bilən xəstəlikdir. Müalicə edilmədikdə, mühüm xəstəliklərə və hətta ölümə yol açır, depresiyanın inkişaf etməsində risk faktoru ola bilər. Yuxu və xərçəng riski Case Western Reserve Universiteti Tibb məktəbinin əməkdaşları tədqiqatlar apardılar. Onlar belə nəticəyə gəldilər ki, altı saatdan az yatan insanlarda düz və yoğun bağırsağın adenoma riski 50% çoxdur. Müalicə olunmayan adenomalar bədxassəli şişlərə çevrilirlər. Bu təhlükəni o adamlar bilirlər ki, onların qohumları (ata, ana, bacı, qardaş) düz bağırsağın xərçəngi ilə xəstələnmişdilər. Lakin bu o demək deyil ki, siz yuxu dərmanları içməlisiniz. Belə dərmanlar xərçəng xəstəliyinə tutulma riskini dörd dəfə artırır. Niyə gecə yuxusunun çatışmamazlığı xərçəngə səbəb olur? Bu gecə yaranan melatonin hormonu ilə əlaqəlidir. Bu hormonun gecə-gündüz mərhələsi var; günəş batandan səhərə qədər melatonin emal olunur, gündüz isə onun tərkibi dəyişir. Hormon beyində yerləşən şişəbənzər vəzidə formalaşır. Gün çıxandan batana qədər isə digər hormonserotonin əmələ gəlir ki, ondan isə orqanizm melatonini sintezləşdirir. Melatoninin azalması bir çox xəstəliklərə gətirib çıxarır: Alsqeymer xəstəliyi, nevroloji, metabolik, endokrin pozğunluqlara və xərçəngə tutulma riskini artır. Melatonin düzgün əmələ gəlsin deyə, gecə saat 11- dən işığı söndürüb yatmaq lazımdır. Fiziki və psixoloji səhhətə melatoninin çox xeyri var: — Yuxu gətirir, yəni hipnoz xassəsi var. — Azad radikalların verdiyi zərəri və oksidləşməni azaldır. — Melatonin olmaması yuxusuzluq və depressiya gətirir. — Menopauza zamanı depressiyanı azaldır. — İmmun sistemini normallaşdırır. Melatonin müxtəlif növ şişlərin inkişafını və çoxalmasını dayandırır. Melatonin bəzi şiş növlərini dağıdır, bu hormonun çatışmamazlığı xərçəng xəstəliyinə gətirir. Bu kəşf xərçəngin qarşısını alır və müalicə edir.

Yuxu mərhələləri

[redaktə | mənbəni redaktə et]

Yuxu 2 mərhələdən ibarətdir. Ləng və Tez yuxu. Ləng yuxu mərhələsində əzələlər boşalır, tənəffüs sakitləşir, ürək döyüntüləri yavaşıyır, göz alması hərəkətsiz vəziyyətdə olur. Tez yuxu mərhələsində isə beynin bioelektrik fəaliyyətinin əyrisində kiçik və sürətli dalğalar gözə çarpır. Bu mərhələdə gözün hərəkəti baş verir, qan təzyiqi yüksəlir, nəbz və tənəffüs sürətlənir, maddələr mübadiləsi güclənir. Ləng və tez yuxu mərhələsi dövri olaraq bir-birini əvəz edir. İnsanın sutkalıq yuxusunun təxminən 1,5–2 saatı tez yuxunun payına düşür.

Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik.

Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlər isə bundan sonra gəlir.

Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən delta yuxusu da deyirlər. Bu müddət ərzində heç bir yuxu görmürük.

Normal gecə ərzində adamlar müxtəlif mərhələlərdən keçirlər. Problemlər, bu mərhələlərdə pozulma olarsa əmələ gəlir.

Nə qədər yatmaq olar

[redaktə | mənbəni redaktə et]

Günorta yatmaq üçün vaxtı olmayanlar üçün günün bu vaxtı yuxulu olmaq normal haldır. Maraqlıdır ki, gecə yuxusunu artıran adamlar günorta yatmağa ehtiyac duymurlar.

Amma günorta 10 dəqiqəlik yuxu ala bilmək çox xeyirlidir.

Yuxu və əhvali-ruhiyyə bir-biri ilə əlaqələdir. Bu əlaqə hələ indiyə kimi tam başa düşülməyib. Amma doyunca yemək kimi, doyunca yatmaq da adamı xoşbəxt edə bilər..[4]

Alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq yuxu ilə bağlı bəzi məqamlar tam da aydınlaşdırılmayıb.

Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunun bildirirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətn altı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.

İnsan ömrünün 3-də birini yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Məşhur qərbli fəlsəfəşunas Ziqmund Freydin yuxu haqqında fikirlərinə görə yuxu insanın şüurda gizlənmiş bəzi məqamların qısa metrajlı görüntüləridir. Yuxularda bəzən yaşamaq istədiklərimizi, bəzən keçmişimizdən bəzi anları, bəzəndə gələcəkdə yaşayacaqlarımız barədə qısaca məlumatlar görürük.

Bəs maraqlıdır yuxu nə qədər davam edir? Maraqlı burasıdır ki, bu barədə də müxtəlif fikirlər və fərziyyələr irəli sürülmüşdür. Yuxuda zaman qavramının beyin tərəfindən qəbul oluna bilməməsi isə illər boyu yekun qərara gəlməyə imkan verməyib. Bəziləri bunun bir neçə saniyə sürdüyünü, bəziləri isə saatlarla davam etdiyini göstərmişdir. Bütün bu fərziyələrə isə son nöqtəni amerikalı alim Dr. B. Klein qoymuşdur. O təcrübə üçün könüllü seçilmiş insanları hipnoz edərək yatırmış və müəyyən bir müddət sonra onları oyadıb yuxuda nə gördüklərinə qulaq asmışdır. Araştırma gözlənilməz nəticələr verib. Sən demə bütün ömrümüzü, keçmişimizi gördüyümüz yuxular belə 20 saniyəni keçmir. Dr. B. Klein`nin araştırmaları göstərib ki, insanın gördüyü ən uzunmüddətli yuxu 90 saniyə davam edib.

Alimlərin araşdırmaları göstərib ki, yuxuların müəyyən növləri vardır. İnsan yatmaq üçün çarpayıya üzanır və gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır və insan yuxuya gedir. Alimlərin fikrincə yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirlər ki, təbii olaraq yuxuya getmiş hər bir insan yatdıqdan sonra mütləq yuxu görür. Yuxular isə ağ-qara və rəngli ola bilir. Amma insanların çoxu yuxularını ağ-qara görüklərini söyləyirlər.

Daim yorğun və başı hər hansı mövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklərini söyləyirlər. Əksərən onlar yuxularında fikirləşdikləri məsələ barəsində görürlər. Belə yuxuları yozmaq mümkün deyil. Məsələn televizorda və ya başqa bir yerdə həyəcanlı bir filmə baxan insan gecə yatdığı zaman həmin filmdən hissələr görə bilər. Bu sadəcə filmin təsirində qalmaqdır və belə yuxuları yozmaq mümkün deyil.

Kabus və ya qarabasma adı verilən yuxular da vardır ki, belə yuxular adətən yaxşı başlayır. Yatan insan hər hansı xoş bir hadisəylə maraqlandığını görür və birdən-birə yuxuda qorxulu məqamlar başlayır. Yaxşı görüntülər bir anda dəhşət dolu anlarla əvəzlənir. Belə yuxuların açıqlamasını əsəb həkimləri və psixoloqlar verirlər. Kabusları, yuxuda bir dəfə görülən qorxulu səhnələrlə qarışdırmaq olmaz. Qarabasma görən insan qorxur. Hərdən yatdığını və yuxu gördüyü hiss edərək oyanmağa çalışır. Amma ya oyana bilmir, ya da oyandığını zənn edərək yatmağa davam edir və yenidən qarabasmalar davam edir. Hər insan ömründə bir neçə dəfə kabus görür.

Yuxuda görülən hadisələrin heç bir təhrif olmadan həyata keçməsi də mümkündür. Belə yuxuları yalnız yüksək həssaslığa malik insanlar görürlər. Məsələn, yuxuda hər hansı bir yaxınının başına gələcəkləri görmüş insanlar hadisə baş verdikdən sonra və ya öncə hadisəni olduğu kimi danışa bilər. Belə yuxular "Gerçək yuxular" (həqiqi yuxular) adlanırlar.[mənbə göstərin] Belə yuxuları görənlər daha diqqətli olmalıdırlar və yuxuda gördüklərini düzgün qiymətləndirməlidirlər.

Yatmış insan yuxuda bir çox şey görə bilər. Oyandığı zaman isə bunların bəzilərini xatırlayır. Məhz xatırlanan bu hissələri yozmaq mümkündür. Yuxuyozmalar da daha çox bu 4-cü tip yuxular üçündür.

Bəzən isə insanlar yuxuda daima eyni şeyləri görə bilir. Məsələn hər hansısa evi və ya insanı yuxuda daim təkrarən görə bilər. Halbuki həmin insanı və ya evi real həyatda tanımamaqdadır.

İngiltərədə edilən bir araşdırma qadınların kişilərdən daha çox kabus və romantik yuxular gördüyünü ortaya çıxarmışdır.170 nəfər könüllü üzərində aparılan araşdırma zamanı, yaxın zamanda gördükləri yuxuları izah etmələri tələb olunmuşdur. Kişilərin 30%-i kabus gördüyünü söyləmişdir. Başqa bir araşdırma kişiılərin qadınlara nəzərən daha rahat yuxu aldıqlarını göstərmişdir.Qadınlardan bu mənfiliklərə tək səbəb olaraq bədən istiliyindəki dəyişiklik göstərildi. Yuxuları hər kəs görür, hətta o kəslər ki,yuxu görmədiklərinə əmindirlər.Onlar yanılmırlar, çünki onlar yuxu gördüklərini unudurlar.Alimlər sübuta yetirmişlər ki, yuxuların 90%-ı unudulur. Xoruldayan zaman isə yuxu görülmür.Bunun elmi izahı yoxdur. Yuxu zamanı insan bədəni müəyyən qədər iflic olur. Ən çox yatma rekordu 18 gün 21 saat və 40 dəqiqə olmuşdur.Tibbi araşdırma olmadan birinin həqiqətən yatılı və ya oyaq olduğunu başa düşmək çətindir. İnsanlar bəzən özləri də hiss etmədən açıq gözlə yata bilərlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]