Cizgi filmi uşaqların düzgün tərbiyəsi probleminə toxunmuşdur. Kinolentdə ailələrdən birində valideynlərin uşaqla dil tapa bilməməsi öz əksini tapmışdır.
Yatmaq vaxtıdır | |
---|---|
Janr |
komediya musiqili uşaq |
Rejissor | Arif Məhərrəmov |
Ssenari müəllifi | Dinarə Seyidova |
Operator | Ramiz Ağayev |
Bəstəkar | Mobil Babayev |
Rəssam | Yelena Qolubeva |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1984 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 8,5 dəq. |
Ölkə | SSRİ |
Dillər | rusca (mətnsizdir, titrlər ruscadır) |
Texniki məlumatlar |
1 hissə 241 metr 35 mm |
Rəng | rəngli |
Əsəbi vəziyyət, yuxusuz gecə-valideynlərin düzgün hərəkət etməmələrinin nəticəsidir. Yalnız balaca qız-çığır-bağır salan uşağın bacısı onu başa düşür. O, heç bir çətinlik çəkmədən, səs-küysüz balacaya adi əmzik verir, uşaq sakitləşir.
Cizgi filmi körpə yaşlarından uşaqlarını yeni dəblə tərbiyə edən bəzi valideynlərin sonradan peşimançılıq çəkmələrindən danışır. Burada müəlliflər qarşıya belə bir sual qoyurlar: müasir ailədə kim-kimi tərbiyə edir: böyüklər uşaqları, yoxsa əksinə?..