Arif Məhərrəmov (rəssam)

Arif Əli oğlu Məhərrəmov (5 avqust 19489 avqust 2022[1]) — Azərbaycan kino rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2000).

Arif Məhərrəmov
Doğum tarixi 5 avqust 1948(1948-08-05)
Vəfat tarixi 9 avqust 2022(2022-08-09)[1] (74 yaşında)
Fəaliyyəti aktyor
Təhsili
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2000

Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür[2].

  1. Biz qayıdacağıq (film, 2007)
  2. Gəldi kosa (film, 1988)
  3. İşgüzar səfər (film, 1982)
  4. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
  5. Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
  6. Molla Nəsrəddin Xoca (film)
  7. Münəccimin şagirdi (film, 1983)
  8. O dünyadan salam (film, 1991)
  9. Qala (film, 2008)
  10. Qaravəlli (film, 1989)
  11. Qaravəlli-2 (film, 1992)
  12. Xrizantema yarpağı (film, 1989)
  13. Yatmaq vaxtıdır (film, 1984)
  14. Yeddi gözəl (film, 1982)
  1. 1 2 Əməkdar rəssam Arif Məhərrəmov vəfat edib // Azəri Press Agentliyi. 2004.
  2. "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5-6.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 313-318.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.